Icma.az
close
up
RU
Menu

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

İlhamə Quliyeva müsahibə verdi və ağladı

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

Anarla Fikrət Qocanı əsəbiləşdirənlər və sakitləşdirənlər...

Anarla Fikrət Qocanı əsəbiləşdirənlər və sakitləşdirənlər...

Icma.az, Modern.az portalına istinadən məlumat yayır.

Bu gün mərhum Xalq şairi Qabilin diğum tarixidir. Yaşasaydı 99 yaşı tamma olacaqdı. 
Modern.az saytı mərhum şairin varisi Mahir Qabiloğlunun atasının 70 yaşına qələmə aldığı xatirə yazısını təqdim edir.

Mahir Qabiloğlu
Atamın 70 yaşı tamam olurdu. Evdə gözəl bir ziyafət təşkil etmişdik. Balaca 16 kvadrat metrlik otaqda iki stol - 15 nəfərlik bir süfrə açmışdıq. Qonaqlara qulluğu mən və həyat yoldaşım boynumuza götürmüşdük. Yeməklərin hazırlanması isə anamla atamın dayısı qızı Mənzərin boynuna idi. İlk gələn, səhər saat 11-də Xalq şairi Nəbi Xəzri oldu.

O bizim ailə üçün təkcə şair deyil, atamın uşaqlıq dostu, yaşıdı, qonşumuz idi. Ədəbi yaradıcılıq yollarında inamla addımlayaraq zirvəyə qədər ucalmışdılar. Eyni gündə – 1944-cü il aprelin 4-də ədəbiyyata qədəm basmışdılar. 1996-cı ildə isə o nəsildən Bəxtiyar Vahabzadə ilə birlikdə üçü qalmışdı.

Nəbi əmi “Gedirəm, tələsirəm. Gəldim ki, birinci mən səni təbrik edim. Axır ki, gəlib mənə çatdın” və digər xoş sözlər deyərək dəhlizdə dayanıb içəri keçmək istəmirdi. Atam isə  “Nəbi, mən ölüm, keç oturaq. Bir boğazımızı yaşlayaq. 70 ildə bir dəfə olur belə şey. Hara gedirsən?” - deyərək axır ki, Nəbi əmini süfrə arxasına oturtdu. Beləcə atamın yubiley mərasimi səhər saat 11-də açıq elan olundu.

“Yox, içmirəm. Həkim qoymur. Xəstəyəm” – deyərək söz qaytaran Nəbi əmi atamın “bəlkə pivə? Yaxşı “Bavariya” pivəsi var” sözündən sonra “Qabil, sənin sağlığına bir bakal pivə içərəm” - deyib çay süfrəsinin yığışdırılmasına razılıq verdi. Bir pivə oldu iki, sonra üç... və bir-birini əvəz edən digər dadlı təamlar. Bir azdan Nəbi Xəzrinin, o cümlədən atamın şeirlərinə gözəl nəğmələr bəstələmiş Emin Sabitoğlu da gəldi. O da yeyib-içən adam idi. Saat 3-də-4-də – qonaqların gəldiyi vaxtda artıq üç böyük sənətkar “hazır vəziyyətdə”  idi. Araq atamı o qədər də tutmamışdı, Prezident Heydər Əliyevdən telefon zəngini, təbrikini gözləyirdi. Gözü qonaqlarda, fikri isə telefondaydı. Amma Nəbi əmiylə Emin Sabitoğlunun keyfləri saz idi. 

Elə bu vaxt qapı döyüldü. Dəvətli qonaqlar sırasında olan Yazıçılar Birliyinin sədri Anar, birinci katibi Fikrət Qoca, şair Fikrət Sadıq və başqaları atamla qucaqlaşıb öpüşdülər. Təbrik edib hədiyyələrini çatdırdılar. Beləcə atamın şərəfinə təşkil olunmuş məclis qızışdı. Sağlıqlar bir-birini əvəz elədi. Təbii ki, mən də öz xidmətimlə qonaqların qulluğunda idim. Söz demək növbəsi Fikrət Sadığa çatdı.

Fikrət Sadıq indi olduğu kimi, onda da Yazıçılar Birliyində işləyirdi. O və şair-qəzəlxan Balasadıq atamın daimi həmpiyalələrindən sayılırdılar. Atam onları çox istəyir,  zarafatyana “şuriklər”, Fikrət Sadığı isə həm də adının və təxəllüsünün baş hərfinə əsasən ixtisarla “Ef-Es” çağırırdı. Məsələn anam zəng edib soruşanda ki, “Qabil, hardasan?”. Qısa cavab verirdi: “Şurikləyəm”. Anam da ah çəkərək “aydındır” – deyirdi. Yəni ki, artıq “Qabil, içmə” və ya “az iç” əlavələrinə ehtiyac yoxdur, gecikib.  Fikrət Sadıq, həmçinin “Ədəbiyyat qəzeti”ndə Yazıçılar Birliyinin adından gedən yubiley təbriklərinin müəllifiydi.

Nə isə... Fikrət Sadıq sağlığa başladı. Bir-iki xoş sözdən sonra “mən Yazıçılar Birliyi adından Qabil üçün “Ədəbiyyat qəzeti”nə təbrik sözü yazanda” demişdi ki, Nəbi əmi əlini bərkdən stola çırpdı. Az qaldı ki, qarşısındakı boşqab, çəngəl-bıçaq yerə düşə.

- Nəəə... o təbriki, Fikrət, sən yazmısan?

- Hə.

- Mən də elə bilirəm ki, Anar və digərlərinin işidir. Demə, Fikrət, sən yazmısan da?

- Bəli, burda nə var ki...  təkcə Qabilçün yox. Hamıyçün təbrik sözlərini mən yazıram.

- Necə yəni “burda nə var”? Mənim 70 illiyim olanda “Ədəbiyyat qəzeti” verdi ki,  “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələrindən biri Nəbi Xəzri”. Qabillə, Bəxtiyarın 70 illiyində isə yazıblar ki, “Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qabil, Bəxtiyar Vahabzadə” Necə olur ki, mən “görkəmli nümayəndələrdən biri” oluram, onlar isə “görkəmli  nümayəndəsi”?

- Nəbi, axı nə fərqi var e.. – deyə söhbətə Anar qarışdı.

- Fərqi yoxdusa, onda məni də onlar kimi yazaydınız da.

Nəbi əmi həqiqətən də bərk əsəbləşmişdi. Məclisi tərk etmək istəyirdi. Bir tərəfdən isə sevinirdi. İki ildən sonra bu işlərin başında duran, iş icraçısını, “təxribatçı”nı üzə çıxarmışdı. Üzə çıxarmamışdı e..., demə səhərdən onunla üzbəüz oturub qədəh-qədəhə vururmuş.
Mən də mat-məəttəl durub tamaşa edirdim. Bir anlıq “O olmasın, bu olsun” filmində Məşədi İbadın nişan səhnəsi yadıma düşdü. “Mənə meymun deməyin az deyil, hələ bir əl də uzadırsan?”. Yəni ki, “Fikrət Sadıq, mənə “biri” deməyin bəs deyil, hələ mənimlə üzbəüz oturub rumka rumkaya da vurursan?”
Bir yandan atam, o biri yandan isə Emin Sabitoğlu Nəbi əmini  sakitləşdirə bilmirdilər. Artıq ayağa durub getmək istəyirdi.  Ev darısqal olduğundan çıxa bilmirdi. Bir tərəfdən pianino, o biri tərəfdən isə Emin Sabitoğlunun ayağa durub yol verməməsi ona məclisi tərk etməyə mane olurdu. Birdən Emin Sabitoğlu 180 dərəcə geri çevrildi. Pianonun qapağın qaldıraraq, həzin bir musiqi ifa edə-edə oxumağa başladı:


Çinarlar  qatar-qatar,
Qalxıb zirvəyə çatar,
Dağa qısılıb yatar,
Mışıl-mışıl dərələr,
Dərələr, dərələr, dərələr,
Yaşıl, yaşıl dərələr.
- Bu mahnı kimindir, Nəbi.
Əvvəlki əsəbindən bir qram da əsər-əlamət qalmayan Nəbi əmi  gözlərində sevinc, həlim səslə:
- Mənim.
Emin Sabitoğlu daha bir mahnı ifa etdi:
- Bu kimindir, Nəbi.
- Mənim.
Daha bir mahnı ifa etdi.
- Bu kimindir, Nəbi.
- Mənim.
Bu ifa Nəbi əmi kefini düzəltdi. Beləliklə atamın yubileyi gecə saat 12-yəcən davam etdi. İlk gələn qonağımız da Nəbi əmi oldu, son gedən də.
Noyabrın 2-si haqq dünyasında olan  Emin Sabitoğlunun doğum günü idi. Nəbi Xəzri və Qabil də bu dünyada yoxdurlar. Allah can sağlığı və uzun ömür versin Anara, Fikrət Qocaya, Elçinə, Fikrət Sadığa. Onlar da artıq 70-i arxada qoyublar.Öz nəsillərinin sonuncu mogikanları sayılırlar. İndi yox, 1996-cı ildə də titulları, yaradıcılıqları ilə Qabil, Nəbi Xəzri, Bəxtiyar Vahabzadəylə bir sırada dayanırdılar. Fikrət Sadığın təbiriylə desək, Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri idilər.
Amma məni ötən illərə qaytaran, bu xatirəni yada salan başqa məqam oldu.
O vaxt Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Nəbi Xəzri bir sözə görə bərk əsəbləşmişdi. Onu əsəbləşdirən isə Azərbaycan ədəbiyyatının digər görkəmli nümayəndələri Anar, Fikrət Qoca, Fikrət Sadıq idi. Nəbi Xəzrini Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi Qabil sakitləşdirməyə çalışırdı. Və nəhayət Azərbaycan musiqisinin görkəmli nümayəndəsi Emin Sabitoğlu öz ifası və həzin səsiylə Nəbi Xəzrinin əsəblərini mum elədi.
Bu xoş və daim yaddaşımda həkk olan hadisənin üstündən nə az, nə çox düz 17 il ötüb. Mətbuatı yaxından izləyirək öz-özümə fikirləşirəm,  görəsən bu gün  Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri Anarı və Fikrət Qocanı öz sözləri, fikirləri, atmacaları ilə əsəbləşdirən kimlərdir, sakitləşdirən kimlər? Xahiş edirəm cavabı mənim yazımda axtarmayın və deməyin  ki,  əsəbiləşdirən gənc yazarlardır, sakitləşdirən isə Yazıçılar Birliyinin mətbuat katibi?! 

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:123
embedMənbə:https://modern.az
archiveBu xəbər 12 Avqust 2025 11:54 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

“Qərb İlham Əliyevin yürütdüyü siyasətin və siyasi qətiyyətin qarşısında məğlub oldu

26 Dekabr 2025 08:47see255

Aviasiya sektorunda baqaj sistemləri ilə bağlı problemlər həll olunur

25 Dekabr 2025 16:01see241

Bakı aeroportundan 70 dən çox istiqamətə uçuşlar həyata keçirilir

26 Dekabr 2025 10:31see215

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see211

Bu gün bütün dünya Azərbaycanı eşitmək məcburiyyətindədir

26 Dekabr 2025 09:03see209

Nazir: Azərbaycandan Ermənistana yüklərin Gürcüstan dəmir yolları ilə tranzit qiyməti nisbətən yüksəkdir

25 Dekabr 2025 17:55see196

“Rus Evi” ilə bağlı ən son təmaslar bir neçə həftə əvvəl olub Bayramov

26 Dekabr 2025 16:18see191

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see190

ABŞ bank sektorunda rekord artım: Kapitallaşma 2,37 trilyon dollara çatıb

26 Dekabr 2025 06:57see165

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see162

İlhamə Quliyeva müsahibə verdi və ağladı

26 Dekabr 2025 05:07see162

Səhifələrin sayı deyil, alınan həzz önəmlidir: Mütaliənin gizli sirri

25 Dekabr 2025 06:29see161

Dövlət Məşğulluq Agentliyi yeni layihə çərçivəsində ASCO ilə əməkdaşlıq edəcək

26 Dekabr 2025 10:48see159

Türkiyə MN: Ukrayna Rusiya arasında davam edən münaqişə PUA istifadəsinin artmasına səbəb olub

25 Dekabr 2025 13:26see159

İranla müharibə riski bütün regionu alova bürüyə bilər ŞƏRH

25 Dekabr 2025 19:06see156

Mərkəzi Bank 2026 cı il pul siyasətini bu tarixlərdə nəzərdən keçirəcək

25 Dekabr 2025 09:35see154

Türkiyədə tanınmış şəxslər saxlanıldı Terror təşkilatına kömək edirmişlər... FOTO

25 Dekabr 2025 13:26see152

AZIR indeksinin kəskin dəyişkənliyinə yol verilməyəcək, uçot dərəcəsinə yaxın hərəkətinə xüsusi diqqət yetiriləcəkdir

25 Dekabr 2025 07:09see148

Kağız üzərində məntiqli, reallıqda mürəkkəb fikirlər... Şagird günahkardır, yoxsa təhsil sistemi?

26 Dekabr 2025 00:28see147

Secret Santa üçün ideal hədiyyə seçimi necə olmalıdır?

25 Dekabr 2025 06:13see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri