Icma.az
close
up
RU
“Anası gəzən ağacı, balası budaq budaq gəzər Aysunun boşanmasının dərdinə düşənlər

“Anası gəzən ağacı, balası budaq budaq gəzər Aysunun boşanmasının dərdinə düşənlər

Kulis.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Kulis.az Səbinə Əvəzqızının "Rəqsanənin qızı Aysunun boşanmasının dərdinə düşənlər və ya qapı açıq qalarsa..." adlı yazısını təqdim edir.

“ "Anası gəzən ağacı, balası budaq-budaq gəzər" deyib atalar. Bəxtinə yaxşı "həci" çıxmır yəqin. Nə deyim? Axarıncı olsun”.

Bu sözlər Lent.az-ın sosial şəbəkədə paylaşdığı “Aysun İsmayılova tanınmış vəkildən boşanır” maqazin xəbərinə gələn yüzlərlə rəydən biridir. Bunu fikrini bildirməyi özünə borc bilən bir azərbaycanlı kişisi doğma dilimizdə yazıb. Əvvəlcə ona səhifəmizi izlədiyi üçün təşəkkürümü bildirmək istəyirəm. Hətta bu qədər “açıqsözlü” olduğuna görə də minnətdaram ki, növbəti dəfə diqqətimizi bu prosesə yönəldə bildi. Onu da deyim ki, həmin eloğlumuz tək deyil, ondan daha vulqar, hətta söyüş ifadələrindən istifadə edən izləyicilərimiz var. Özü də qız bir kənarda qalıb, sosial şəbəkə nümayəndələri onun anasını hədəfə alıb. Müğənni Rəqsanə İsmayılova barəsində demədikləri qalmadı. Arada səhifəmizin admininə də qəzəb püskürürlər ki, bu nədir paylaşırsınız? Yaxşı, tutaq ki, bizim admin sizin ifadənizlə desək, düz eləməyib. Bəs siz niyə bu xəbəri sonuncu cümləsinə kimi oxuyub, oradan sitat belə gətirirsiniz?

Əziz oxucular, eyni gün müğənni Aysunla bağlı paylaşımdan həmən sonra Lent.az-ın sosial şəbəkələrində meymunçiçəyinə ilk yoluxmanı aşkar edən həkimlə müsahibə verildi. Rəqsanənin qızının boşanmasının, əslində, sizə heç bir adiyyatı olmasa da, bu mövzunun bir başa həyatınıza dəxli var. Niyyətimiz təhlükəli, sizləri ölümə apara biləcək ehtimalı olan bir qorxulu virusdan necə qorunmaq barədə cəmiyyəti maarifləndirmək idi. Sağ olsun dermatoloq, uzman həkim Mehdi İskəndərli də çox sadə dillə danışır. Yəni onun söylədiklərini tibb elmindən ömründə xəbəri olmayan vətəndaş belə anlamağa çətinlik çəkməz. Həm də bizim cəmiyyət olaraq bu həkimə bir şükran borcumuz var ki, o cəsarət göstərərək bu virusun rəsmi formada Azərbaycanda qeydə alınmasına nail olub. İndi baxıram bu paylaşıma gələn rəylərə. Bayaq Aysunu, Rəqsanəni və Lent.az kollektivini də onların gözünə qatıb söyən izləyicilər heç yoxdur. Burda tamam başqalarıdır. Əgər eyni səhifəni izləyirsinizsə, necə olur ki, Aysunu görürsünüz, amma uzman həkimi yox? İndi kimin zövqü qınanılmalıdır?


Məsələ Aysuna gəldikdə isə, insan öz həyatını necə istəyirsə, ona necə rahatdırsa elə də yaşayır. Siz bu qədər kəskin reaksiyalar verməklə, nə demək istəyirsiniz? Burasını anlamadım. Boşandığı üçün üzülürsünüz, yoxsa sevinirsiniz? Görünən odur ki, yalnız söyməklə, əslində, nələrin baş verdiyi heç sizə əhəmiyyətli və maraqlı da deyil. Bəs niyə bu xəbəri elliklə gəlib axıracan oxuyursunuz? Adi riyazi hesablamalarla məsələyə baxanda, səhifənin admini görür ki, Aysunun boşanması mövzusuna onun çıxış etdiyi auditoriyada diqqət, maraq daha çoxdur. Savadlı bir həkimin müsahibəsinə reaksiyalar bundan 3 qat aşağı olanda, sizcə, o gələn dəfə seçim olsa, hansı mövzuya üstünlük verəcək? Niyə hesab edirsiniz ki, bütün biznes sahələrində olduğu kimi burada da tələb və təklif kimi maraqlar kənarda qalmalıdır?

İndi gələk insan marağı deyilən, hətta özündən belə asılı olmadan bu istəyin cazibəsindən çıxa bilməmək məsələsinə. Bu sadə proses deyil. İnsanın başqasının həyatına gözünü yumub keçə bilmək qədər içində böyüməsi üçün xeyli zəhmət tələb olunur. Təsəvvür edin ki, bir insan yolla gedir, saysız-hesabsız bağlı qapıların önündən öz beynindəki fikirləri, problemləri ilə sakitcə ötür. Nə bağlı qapılar, nə də onun arxasındakı talelər onun diqqətini çəkir. Niyə? O qapını bağlayan artıq “get, işinlə məşğul ol” mesajını ona ötürüb. Lakin həmin şəxsin yolunun üstündə hansısa qapı azacıq aralıdırsa, mütləq diqqətini çəkir. Hətta görə bildiyi qədər boylanıb baxır. Bəlkə də, bir an öncə kredit borcunun, uşağa alınacaq ayaqqabı, çantanın dərdində idi. İndi necə oldu ki, bütün dərdini-sərini unudub ora boylanır? Həmin qapını aralı qoyub gedən də, sizcə, günah varmı? Yəni kiminsə sənin özəlinə, evinə, həyətinə boylanmasına şərait yaratmısan. İndi kimisə çıxıb qınaya bilməzsən ki, nəyə boylanırsan? Axı biz Amsterdamda yaşamırıq ki, nəinki hasara, bağlı qapıya heç pəncərələrdə pərdəyə də ehtiyac olmasın. Orda bütün evlər cəmiyyətə açıq olduğundan insanların heç diqqətini də çəkmir. Hamının evinə bir-bir boylansan səndə boyun qalmaz ki... Biz də isə vəziyyət fərqli olduğundan gərək ortalığa çıxmaq istəmədiyin məsələni yaxşı saxlayasan. Necə ki, evindən çıxan zibil torbasını bərk-bərk bağlayırsan ki, qoxusu ətrafa yayılmasın. İnsanlar kiməsə özü, evi, ailəsi barədə “qeybət mövzusu” verməkdən əlahiddə qorxur. Bəlkə də, bizdə ona görə hətta qalın pərdələrin altından belə, pəncərəyə ondan da qalın ağ bez vurulur. Üstünə qapı bağlanır, həmin qapının görünməyəcəyi hündürlükdə həyətə hasar çəkilir, darvazalar qurulur. Təsəvvür edin ki, insanlarımız ətrafdan bu qədər çəkinir. Heç divarının rənginin də görünməsini istəmir. İndi bu məsələdə günah çəkinən, mühafizəkar ev sahibindədir və ya həmişə nədənsə bütün günahları üzərinə atdığımız ətrafdadır? Bunun cavabını vermək asan deyil.

Rəqsanəni də, onun qızı Aysunu da, media orqanlarını da rahat buraxın. İnanın ki, bunun ən çox sizin özünüzə faydası var. İstəmirsinizsə, heç gözucu da baxmayın, şərh verməyin o mövzulara. Onun yerinə gedib daha faydalı yazıların yayılmasına, insanlara çatmasına, bəyənmədiyiniz o ətrafın maariflənməsinə köməklik edin. Yoxsa bizim səhifələrin admini olan gənc əməkdaşımızı seçim qarşısında qoyursunuz. Onun da sizin kimi öz maraqları var axı...

“Kod adı V.X.A” tamaşası yenidən təqdim olunacaq "Ssenaristin əlifbası" - Yeni təlim Tanınmış rejissorun xatirəsi anıldı
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:88
embedMənbə:https://kulis.az
archiveBu xəbər 24 Yanvar 2025 15:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Gənclərimiz bundan sonra daha ayıq sayıq olmalıdırlar

23 Dekabr 2025 10:26see214

“Konstitusiya və Suverenlik İli” münasibətilə muzeylərə mediatur təşkil olunub FOTOLAR

23 Dekabr 2025 18:44see198

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see180

Elektron siqaretlər qadağan olunur Sahibkarlar xəbərdarlıq edir: Bizneslər bağlanacaq, insanlar işsiz qalacaq

23 Dekabr 2025 09:14see167

Nüşabə Ələsgərli: Bizim dövrümüzdə qızın müğənni olmağına yaxşı baxmırdılar

23 Dekabr 2025 11:03see156

“Barışı ən çox Hande ilə yaraşdırıram” Gupse Özay

23 Dekabr 2025 20:41see156

Tərəqqi və rifah siyasəti Fotolar

23 Dekabr 2025 18:16see155

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see154

FHN ASAN Xidmətdə təlim keçirdi Foto

23 Dekabr 2025 11:05see149

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see145

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see143

Cəlilabadda sakinləri təngə gətirən PROBLEM

23 Dekabr 2025 08:38see141

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see137

Binəqədi sakinlərindən ETİRAZ: “Prezidentə necə çatdıraq ki, icra hakimiyyəti işləmir” Şikayətçi (FOTOLAR)

23 Dekabr 2025 11:50see135

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see133

Prezidentin sərəncamı ilə bu şəxslərə 200 manat veriləcək Bayram ərəfəsində...

23 Dekabr 2025 11:03see133

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see133

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see129

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see128

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri