Icma.az
close
up
RU
Anası hinə atdı, quş dili ndə danışmağa başladı... Dünyanı şoka salan “toyuq qız”ın HEKAYƏSİ

Anası hinə atdı, quş dili ndə danışmağa başladı... Dünyanı şoka salan “toyuq qız”ın HEKAYƏSİ

Bizim media saytından verilən məlumata görə, Icma.az xəbər verir.

1980-ci ildə 9 yaşlı portuqaliyalı Mariya İzabel Dos Santos adlı qızın faciəvi hekayəsi bütün dünyanı şoka salmışdı. Körpə ömrünün əsas illərini ana sevgisindən, qayğısından və hətta ən sadə ünsiyyətdən məhrum olaraq toyuq hinində keçirdi.
 

1970-ci il iyulun əvvəlində Tabua kəndində yerləşən fermalardan birində sonradan “toyuq qız” adlandırılan Mariya Isabel Quaresma Dos Santos adlı bir körpə dünyaya gəldi. Qız sağlam doğulub: onun psixi pozğunluğu olmayıb. Ancaq anasının meningitdən əziyyət çəkdiyi üçün psixi problemləri olub.


Qadın yeni doğulmuş uşağı ailəsinin üzvü kimi qəbul etməyib. Körpənin cəmi bir yaşı olanda anası onu quşçuluq hininə aparıb və toyuqlarla dolanmaq üçün orada qoyub. Ailənin digər fərdləri də onun qarşısını almağa və uşağı geri qaytarmağa cəhd etməyib.
Mariya toyuqların yedikləri taxıl, kələm yarpaqları və süfrə qırıntılarını yeməyə məcbur olub.
Üstəlik, heç kim qıza yaxınlaşıb, onunla ünsiyyət də qurmayıb. Mariya tam sosial təcriddə böyüyüb.
1976-cı ildə Mariya İzabelin bibilərindən biri kiçik qızın yaşadığı şəraitdən xəbər tutaraq həkimlərlə birgə toyuq hininə gəlib. Müayinə zamanı qızın bir sıra psixi problemləri və ciddi inkişaf ləngiməsi olduğu üçün təcili xəstəxanaya yerləşdirilməli olduğu üzə çıxıb. Mariyanın bibisi həftələrlə müxtəlif reabilitasiya və psixiatriya müəssisələrinin qapılarını döyüb. Lakin onlar qeyri-adi xəstəni qəbul etməkdən qəti şəkildə imtina ediblər.
 

Ancaq Torres Vedras Xəstəxanasında işləyən tibb bacısı Maria Bihao bu qızın hekayəsini eşidir və ona kömək etmək qərarına gəlir. Kəndə gələn Bihao asanlıqla həmin toyuq hinini tapır və qızı oradan götürür. Onun davranışını müşahidə etdikdən sonra tibb bacısı anlayır ki, bu işin öhdəsindən tək başına gələ bilməyəcək.Buna görə də o, dəstək üçün jurnalistlərə müraciət edir. Bütün Portuqaliya mediası Mariya İzabeldən yazmağa başlayır.


Daha sonra Portuqaliyanın birinci xanımı Manuela Eanesi də qızdan xəbərdar olur. O, Mariyanın ölkənin ən yaxşı reabilitasiya mərkəzinə yerləşdirilməsini təmin edir.
Müəssisənin direktoru Mariya ilə bağlı jurnalistlərə açıqlamasında demişdi:
“Müşahidələrimə əsasən, əminliklə deyə bilərəm ki, uşaq yaşına uyğun olaraq kifayət qədər inkişaf etməyib. Əqli gerilik çox güman ki, insan ünsiyyətinin tam olmaması ilə əlaqəlidir. Qızın bütün davranışları ən sadə bioloji instinktlər və reflekslərlə müəyyən edilir”.
Bəzi şahidlərin sözlərinə görə, Mariya İzabel hətta ağlaya bilmirdi, çünki “göz yaşları insan ünsiyyətinin bir növüdür və o, uşaqlıqdan belə bir təcrübə keçirməyib”.
Mariya uzun müddət müalicə görməyinə baxmayaraq danışmağı öyrənə bilmədi. O, duyğularını jestlərlə izah etməyi bacarırdı. Qız sonrakı illərdə də özünü toyuq kimi aparmağa davam edib. O, kiçik addımlarla yeriyir, daim dayanıb qollarını yelləyirdi.
Ayşən Rəhim, Bizim.Media

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:165
embedMənbə:https://bizim.media
archiveBu xəbər 21 Mart 2025 10:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xames Rodrigez MLS klubuna keçə bilər

31 Dekabr 2025 03:28see274

AZAL ın təyyarə qəzasının araşdırılması üçün Qazaxıstanla əməkdaşlıq edirik Rusiya XİN

30 Dekabr 2025 20:05see233

Avropanın üç nəhəngi Joao Kanseloya elçi düşüb

31 Dekabr 2025 08:10see210

Qaçılmaz qiyamət: Alimlər kainatın çökməyə başlaya bilər deyirlər...

01 Yanvar 2026 01:32see193

Lukaşenko Putinə sui qəsd cəhdindən danışdı

31 Dekabr 2025 19:38see183

Süni intellekt 2026 cı ildə əmək bazarını dəyişə bilər

31 Dekabr 2025 10:29see175

30 il əvvəl İstanbulda edilən səhv Bakıda təkrarlanır Təhlükəli mənzərə

31 Dekabr 2025 06:14see158

Birmarketdən növbəti böyük hədiyyə: Kia K5 Sport qalibə təqdim olundu

30 Dekabr 2025 19:53see158

Benzin və dizelin bahalaşması taksi qiymətlərinə təsir edəcək? VİDEO

31 Dekabr 2025 22:14see151

Ukrayna Xersona hücum etdi

31 Dekabr 2025 03:13see151

Nadir qalaktika birləşməsi kəşf edildi Kainatda ilk

31 Dekabr 2025 04:13see150

Yolka ağacları artıq dronlar və süni intellekt vasitəsilə yetişdirilir...

31 Dekabr 2025 04:27see149

Əməkdar artistin əri ilə arxiv FOTOsu yayıldı

31 Dekabr 2025 21:43see146

Yaşayış minimumu və ehtiyac meyarı artdı

01 Yanvar 2026 00:06see144

Zəngəzur dəhlizi sayəsində türk dövlətlərinə birbaşa çıxış yolu təmin edəcəyik Uraloğlu

31 Dekabr 2025 02:51see144

Qızının ad günündə 162 min dollar uddu

01 Yanvar 2026 00:52see142

AYB Sayman Aruzla bağlı qərara aydınlıq gətirib

30 Dekabr 2025 18:30see141

Əsrarəngiz türk qızlarının dəniz keyfi (VİDEO, FOTO)

01 Yanvar 2026 05:14see141

“Turan Tovuz”dan ayrılan futbolçu: “Daim oynamaq istəsəm də, az şans qazanırdım”

31 Dekabr 2025 17:38see137

Rusiya şou biznesində ən çox toyu olan ulduzlar

01 Yanvar 2026 03:14see137
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri