Icma.az
close
up
RU
Andras Laszlo: USAID və ona bağlı fondlar bir çox ölkələrin siyasətinə müdaxilə edib

Andras Laszlo: USAID və ona bağlı fondlar bir çox ölkələrin siyasətinə müdaxilə edib

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

USAlD və onun kimi fondlar bəzən başqa ölkələrdə siyasi fəaliyyət göstərən QHT-ləri maliyyələşdirirdi və onların hərəkətləri bir çox hökumətlər üçün çox həssas idi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Avropa Parlamentinin Macarıstandan olan deputatı Gürcüstan mətbuatına müsahibəsində söyləyib.

Deputat deyib ki, USAID bir çox ölkələrdə onilliklər ərzində çox fəal işləyib. Təcrübəsi olanlar, USAID-in işini öz ölkələrində hiss edənlər bu təşkilatın güclü siyasi müdaxiləsini və layihələrini müşahidə ediblər. Müəyyən təcrübəmiz var və müşahidələrimiz əsasında bilirik ki, onlar həmin ölkələrin siyasətinə, seçkilərə, hətta demokratiyaya dolayı yolla müdaxilə ediblər. İndi onların fəaliyyətini qiymətləndirmək çox maraqlı bir prosesdir və bu, yeni başlayıb. Hesab edirik ki, bu, gələcəkdə Avropa siyasətini müəyyən edəcək.

“Bir neçə il əvvəl biz Macarıstanda QHT-lərin şəffaflığı haqqında qanun qəbul etmişik və bu, xaricdən maliyyələşməyə də aiddir. Bir çox başqa ölkələrin də oxşar qanunları var, o cümlədən Gürcüstanın. QHT-lərin şəffaflığı onların maliyyələşdirilməsi ilə bağlı uzun illər davam edən mübarizəni xeyli asanlaşdıracaq”, - deyə, A.Laszlo vurğulayıb.

ABŞ ilə münasibətlərə də toxunan avroparlamentari deyib ki, Vaşinqtonla əlaqələr səmimiyyət, diplomatiya və siyasi dialoq üzərində qurulacaq.

Xətayi Əzizov

AZƏRTAC-ın xüsusi müxbiri

Tbilisi

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:105
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 07 Fevral 2025 19:02 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Qusarın Laza kəndində təbii fəlakətlə bağlı vəziyyət stabilləşib FOTO

26 Sentyabr 2025 14:49see288

Pezişkianın nüvə silahının haram olması ilə bağlı bəyanatı başadüşüləndir

26 Sentyabr 2025 07:27see208

Sərxoş halda qadının evinə hücum çəkdi, şişlə ona ağır xəsarətlər yetirdi

26 Sentyabr 2025 22:31see164

Moskva ilə körpülər yandırılır? ŞƏRH

26 Sentyabr 2025 15:13see142

“Mina təhdidi köçkünlərin təhlükəsiz qayıdışına əngəl törədir” Prezident

25 Sentyabr 2025 21:38see140

Avropanın kiçik bir ölkəsində ən təmiz yanacağın böyük yataqları tapıldı

25 Sentyabr 2025 21:27see140

Qusarın Ləzə kəndini cənginə alan təbii fəlakət Xəbərlərin 20:00 buraxılışı

25 Sentyabr 2025 20:00see139

Ucuz taksilər insanlar üçün təhlükəlidir ŞOK AÇIQLAMA

26 Sentyabr 2025 07:09see137

Onlar elə belə öləcəklər, ruslar isə cənnətə gedəcəklər..?

26 Sentyabr 2025 19:56see137

Londonda qeyri qanuni mühacirlərin məskunlaşdığı otel yandırıldı

27 Sentyabr 2025 03:35see134

Azərbaycanın şanlı və şərəfli tarixi ŞƏRH

25 Sentyabr 2025 19:03see134

Arsenal klubu İspaniyada çıxış edən iki futbolçu ilə maraqlanır

26 Sentyabr 2025 19:31see132

Starbucks 1 milyard dollarlıq yenidənqurma planı çərçivəsində bəzi mağazalarını bağlayacaq və işçiləri ixtisar edəcək

26 Sentyabr 2025 08:37see131

Təranə Qumralın 18 yaşlı qızına canlı efirdə elçi düşdülər FOTO

26 Sentyabr 2025 23:14see130

Xəzər sürətlə kiçilir, səbəbi iqlim dəyişikliyi deyil Əliyev

25 Sentyabr 2025 21:31see128

Liverpul fransalı ulduzun izində

25 Sentyabr 2025 21:34see128

Avropanın doqquz bankı güclərini birləşdirdi: Ortaq kriptovalyuta gəlir

25 Sentyabr 2025 19:05see128

12 ölkə Fələstinə maliyyə dəstəyi üçün koalisiya yaratdı

27 Sentyabr 2025 01:48see124

FİFA 7 oyunçunu futboldan kənarlaşdırdı

27 Sentyabr 2025 10:27see124

Azərbaycan dünyanın logistik xəritəsini yenidən çəkir

27 Sentyabr 2025 10:28see124
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri