Icma.az
close
up
RU
Anka quşu kimi küllərimdən yenidən doğuram Əməkdar artist

Anka quşu kimi küllərimdən yenidən doğuram Əməkdar artist

Azxeber.com saytından alınan məlumata görə, Icma.az bildirir.

"Mən ölkəmin "Sarıköynəyi", "Sahilsiz Gecə”nin Zibeydəsi, "Məhv Olmuş Gündəliklər”in Anjeli, Hacı Zeynalabdin Tağıyevin fədakar, amma talehsiz qızı Sarası, "Manqurt”un Nayman anası, "Şükriyyə” tamaşasında sürgünə məhkum olsa da, haqsızlığa boyun əyməyən Zöhrəsi və sadalamaqla bitməyəcək saysız-hesabsız unudulmaz obrazların yaradıcısıyam..."

AZXEBER.COM xəbər verir ki, bu sözləri Əməkdar artist Mehriban Xanlarova sosial şəbəkə hesabında qeyd edib.

Bu gün 58 yaşını qeyd edən Əməkdar artist xalqın sevgisinə layiq olmağa çalışdığını və onların sevgisini qəlbində daşıdığını bildirib:

Heç vaxt unuda bilmədiyim bir xatirəni sizinlə bölüşmək istəyirəm. Uzun illər öncə bir gənc məni təsadüfən yolda görüb göz yaşları içində məni qucaqladı və dedi: "Sizə ömrümün sonuna qədər borcluyam. Çünki sizin "Məhv Olmuş Gündəliklər" tamaşasında canlandırdığınız Anjel rolunu izlədikdən sonra imtahandan keçdim." Bir sənətkar üçün bundan böyük bir mükafat, bundan ülvi bir sevgi ola bilərmi? Həmin an bir daha anladım ki, əgər bu yolda bir nəfərin belə taleyində iz qoymuşamsa, mənim sənət yolum hədər getməyib... 

Mən xarakter olaraq haqsızlığa qarşı susa və göz yuma bilmirəm. Nə şəxsi həyatımda, nə iş yerimdə, nə də ekspert olaraq iştirak etdiyim sosial verilişlərdə şəxsi maraqlarım naminə vicdanıma xəyanət etməmişəm. Mənim üçün vətəndaşlıq mövqeyi hər zaman bütün statuslardan üstün olub. Ədalətsizliyə qarşı açıq şəkildə vuruşmuşam. Mən dünyaya gələndə şöhrətli doğulmuşam. Elə bu səbəbdən, kimin adını çəkirəmsə, həmin insan da şöhrət qazanır. Həyatın ağır sınaqları mənim üçün heç vaxt son olmayıb. Anka quşu kimi küllərimdən yenidən doğuram... 

Mənim üçün bu fani dünyanın mənası odur ki, dünyadan köçdüyün zaman xalq səmimi qəlbdən "Allah rəhmət eləsin” desin. Əsl xoşbəxtlik budur. Yoxsa elələri də var ki, adları çəkiləndə, "Allah yanındakılara rəhmət eləsin” deyirlər... Hər zaman özümə tez-tez xatırladıram: Sultan Süleyman vəsiyyət etmişdi ki, bir əlini tabutun kənarına çıxarsınlar. İnsanlar görsünlər ki, dünyanın ən qüdrətli hökmdarı belə bu dünyadan əli boş gedir. Çünki heç kim buradan nə taxtını, nə tacını, nə də malını apara bilmir... Yalnız yaxşı adını və qoyduğu izi aparır... 

Yeni yaşımda özümə möhkəm cansağlığı ilə yaşamaq arzulayıram. Və mənə qarşı olan sevginizi qürurla, təşəkkürlə, minnətdarlıqla daşıyıram..."

Aysel


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:223
embedMənbə:https://azxeber.com
archiveBu xəbər 12 Avqust 2025 10:15 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Kartından şübhəli ödənişlər aparıldı, bankdan isə ziddiyyətli cavablar aldı

13 Noyabr 2026 19:58see310

Gəzinti və güc məşqləri sümükləri möhkəmləndirmək üçün kifayət etməyə BİLƏR

13 Noyabr 2026 13:29see306

Qanınızı qatılaşdıran 2 əsas səbəb

13 Noyabr 2026 16:19see292

Niyə payızda çox yorğun oluruq?

13 Noyabr 2026 19:47see287

Payızda bu 2 qida mütləq yeyilməlidir

13 Noyabr 2026 15:46see284

Psixoloqlar artırılmalıdır, 1000 nəfərə biri düşür Nazir müavini

13 Noyabr 2026 18:54see271

Pullar Amerikadan Avropaya axır Qlobal maliyyə xəritəsi dəyişir?

13 Noyabr 2026 16:35see267

Miqrantlardan assimilyasiya tələbi: Rusiyanın miqrasiya siyasətindəki ziddiyyətlər

13 Noyabr 2026 20:18see243

Özünü xalq təbabəti ilə müalicə edir

13 Noyabr 2026 14:48see241

Yolumuzu çiyin çiyinə davam etdiririk

14 Noyabr 2026 01:31see240

Yuxuda tənəffüsün dayandırılması aritmiya və vuruşa gətirib çıxarır...

13 Noyabr 2026 21:08see238

Kilolu adamlarla bağlı ən son araşdırma Az yaşayırlar

13 Noyabr 2026 17:05see238

Sumqayıtda zavodda qanlı hadisə

13 Noyabr 2026 22:04see235

Hər dərdə dəva! Ozonoterapiyanın tətbiqi sahələri

13 Noyabr 2026 21:49see231

NDU da “Əcəmi 900: İpək yolu üzərində şəhərsalma mədəniyyəti və memarlıq” mövzusunda beynəlxalq elmi konfrans başlayıb

13 Noyabr 2026 21:09see222

Azərbaycanda 55 yeni peşə standartı hazırlanır

14 Noyabr 2026 11:57see212

UEFA Millətlər Liqasında gecənin nəticələri

14 Noyabr 2026 02:09see205

“Ağzımızdakı dişlərin sayını da uçota alsalar yaxşı olar...” TƏKLİF

14 Noyabr 2026 12:26see202

Paxıllığın müsbət faydaları

13 Noyabr 2026 20:45see190

Həkimlər başında güllə ilə 30 il yaşamış kişini xilas etdilər

13 Noyabr 2026 19:47see190
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri