Icma.az
close
up
RU
Ankarada Azərbaycanın və Türkiyənin görkəmli şairlərinin xatirəsi anılıb

Ankarada Azərbaycanın və Türkiyənin görkəmli şairlərinin xatirəsi anılıb

Azertag saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Ankara, 25 dekabr, AZƏRTAC

Dekabrın 25-də Ankaranın Sosial Elmlər Universitetində (ASBÜ) Azərbaycanın və Türkiyənin dövlət himnlərinin müəllifləri olan görkəmli şairlər – Əhməd Cavad və Mehmet Akif Ərsoyun xatirəsinə həsr edilmiş anım tədbiri keçirilib.

AZƏRTAC xəbər verir ki, tədbirin təşkilatçıları ölkəmizin Türkiyədəki səfirliyi, ASBÜ-nün rektorluğu və Əhməd Cavad adına Ankara İnstitutu olub.

Tədbirdə Ankaranın valisi Vasip Şahin, ASBÜ-nün rektoru, professor Musa Kazım Arıcan, Böyük Millət Məclisinin deputatları, diplomatlar, Türkiyə Yazıçılar Birliyinin nümayəndələri, alimlər, ekspertlər, iki qardaş ölkənin ictimaiyyət nümayəndələri iştirak ediblər.

Əhməd Cavadın və Mehmet Akif Ərsoyun həyat yoluna həsr olunmuş qısametrajlı filmlər nümayiş etdirilib.

Əhməd Cavad adına İnstitutun rəhbəri, Türkiyənin Milliyyətçi Hərəkat Partiyasının (MHP) liderinin baş müşaviri, professor Ruhi Ərsoy Azərbaycanın ədəbi-bədii fikir tarixinin görkəmli nümayəndələrindən olan, ömrünün son anınadək xalqın və bütün Türk dünyasının ideallarına sadiq qalmış Əhməd Cavad irsinin xüsusi əhəmiyyətini vurğulayıb.

İnstitutun rəhbəri Azərbaycan ziyalılığının görkəmli nümayəndəsinin yaradıcılığına yüksək qiymət verərək, məşhur “Qara dəniz coşurdu” mahnısının sözlərinin də onun qələminin məhsulu olduğunu qeyd edib.

Azərbaycanın Ankaradakı səfirliyinin müşaviri Füzuli Məcidli dövlət himnimizin sözlərinin müəllifini əsl vətənpərvər və ziyalı adlandırıb. Onun sözlərinə görə, Əhməd Cavadın və Mehmet Akif Ərsoyun yaradıcılığı Azərbaycanla Türkiyənin qardaşlığının rəmzi, iki xalqı birləşdirən körpüdür.

“Əhməd Cavad Azərbaycan ədəbi-bədii fikir tarixində özünəməxsus üslubu ilə seçilən söz ustalarından biridir”, - deyə diplomat bildirib.

Azərbaycan ədəbiyyatının görkəmli nümayəndəsi, maarifçi və ictimai xadim Əhməd Cavadın, həmçinin türk xalqının milli azadlıq mübarizəsinin fəal iştirakçısı, Türkiyənin dövlət himninin mətninin müəllifi Mehmet Akif Ərsoyun yaradıcılığının əhəmiyyəti barədə ASBÜ-nün rektoru, professor Musa Kazım Arıcan və Ankaranın valisi Vasip Şahin çıxış ediblər.

Daha sonra iki böyük maarifçi və şairin irsi və həyat yolu mövzusunda panel müzakirələr keçirilib.

Tədbirdə Əhməd Cavad və Mehmet Akif Ərsoyun yaradıcılığına həsr olunmuş fotosərgi təşkil edilib.

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:87
embedMənbə:https://azertag.az
archiveBu xəbər 25 Dekabr 2025 20:47 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Hökumət kənd təsərrüfatı, qida və sənaye sektoruna daha çox diqqət ayırmalıdır

24 Dekabr 2025 15:21see264

Bu ölkə yaşayış icazəsi və vətəndaşlıq tələblərini sərtləşdirir

24 Dekabr 2025 04:46see189

Yağışlı Bakı yollarında son vəziyyət SİYAHI

25 Dekabr 2025 08:36see174

Ramin Axundov axtarışa verildi FOTO

23 Dekabr 2025 22:05see163

Gümüşün qiyməti tarixi maksimumunu yeniləyib

23 Dekabr 2025 22:41see161

İsrail Trampın sülh planının ikinci mərhələsinə bu şərtlə razıdır

25 Dekabr 2025 05:45see159

Xarici ticarət: ixrac və idxal azalır

24 Dekabr 2025 23:42see157

Yaponların uzunömürlü olmasının səbəbi AÇIQLANDI

24 Dekabr 2025 01:01see155

Vizada dəyişiklik: Seçim artıq təsadüfi olmayacaq

24 Dekabr 2025 15:45see151

Kərkicahan Bir kənd, iki tale

24 Dekabr 2025 06:46see147

“Avromed Company” MMC nin baş ofisində media nümayəndələri üçün Bakı şəhərinin tibbi tarixinin formalaşma mərhələlərinə həsr olunmuş təqdimat keçirilib

24 Dekabr 2025 20:16see144

Avtomobil almaq istəyənlər üçün VACİB XƏBƏR Gələn ildən bu qədər bahalaşacaq

24 Dekabr 2025 19:20see140

Zaur Axundov “Araz Naxçıvan”ın avrokubok şansını bitirdi! bir qərara sözardı

24 Dekabr 2025 00:11see139

Quba məktəbliləri sağlam qidalanma vərdişləri barədə məlumatlandırılıblar

24 Dekabr 2025 13:04see138

“Səsi yaxşı çıxır, pis deyil” Ferstappen yeni “Formula 1” mühərrikinin səsini təriflədi

24 Dekabr 2025 01:02see137

Ən simic bürclər Pul xərcləmirlər

24 Dekabr 2025 03:24see137

Türkiyədə Liviyanın Baş Qərargah rəisinin olduğu təyyarə ilə radar əlaqəsi kəsilib

23 Dekabr 2025 23:06see137

Xəbərdarlıq edildi: 55 dərəcə şaxtaya hazırlaşın

25 Dekabr 2025 01:15see135

“Yaxınlaşıb dedi ki, ərim səni sevir”

24 Dekabr 2025 00:44see133

İmkanı olmayanlara pulsuz mal qara verilməsi ilə bağlı AÇIQLAMA

25 Dekabr 2025 04:48see131
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri