Icma.az
close
up
RU
Ankarada “Bəxtiyar Vahabzadə 100” ilinə təntənəli start verildi

Ankarada “Bəxtiyar Vahabzadə 100” ilinə təntənəli start verildi

Icma.az, Xalq qazeti portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bugünlərdə qardaş Türkiyənin paytaxtında Azərbaycanın istiqlal nəğməkarı, Türk dünyasının sevimli şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illik yubiley tədbirlərinə start verilib.

Türkiyə Cümhuriyyəti Mədəniyyət və Turizm, Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi və TÜRKSOY – Beynəlxalq Türk Mədəniyyəti Təşkilatının təşkil etdiyi açılış mərasimində Azərbaycan Prezidentinin əlamətdar yubiley barədə sərəncamından irəli gələn vəzifələr, Xalq şairi Bəxtiyar Vahabzadənin anadan olmasının 100 illiyinin Türk dünyasında silsilə təntənələrlə qeyd edilməsi ilə bağlı məsələlər diqqət mərkəzində olub.

Açılış məclisinin iştirakçısı AMEA Ədəbiyyat İnstitutu baş direktorunun müşaviri, filologiya elmləri doktoru, professor Əlizadə Əsgərli XQ-yə açıqlamasında bildirdi:

– İdealı böyüklük, arzusu təmizlik, məqsədi yüksəklik, eşqi gözəllik olan Bəxtiyar Vahabzadənin türklük sevgisinin qanadlarında qardaş Türkiyəmizə uçduq, sevimli Ankaramızda olduq. Böyük İnsan məhəbbəti, yurd sevgisi, qəlb atəşi ilə Türk dünyasında ölməzlik qazanmış Xalq şairimiz Bəxtiyar Vahabzadənin 100 ilik yubiley ilinin açılış mərasimində iştirakdan hədsiz qürurlandıq.

Toplantının proqramı TRT Ankara Radiosu Xorunun konserti ilə başlandı. Ünlü musiqi kollektivinin bədii rəhbərinin Azərbaycan sənətçisi Elnarə Kərimova, pianoçunun isə soydaşımız Nailə Əhmədova olması öyüncümüzü bir az da artırdı. Solistlər Mələk Aşık və Çinar Onur Önər Bəxtiyar Vahabzadənin sözlərinə bəstəkarlar Aqşin Əlizadənin “Ana torpaq”, Hikmət Şimşəyin “Azərbaycan–Türkiyə” və Cavanşir Quliyevin “Azərbaycan –Türkiyə” mahnılarını təntənə ilə səsləndirdilər.

Bəxtiyar Vahabzadənin əsərləri və haqqında yazılmış kitablardan ibarət sərgidə ekspozisiyanın təşkilatçısı Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov biblioqrafik məlumatla çıxış etdi. Sonra yubiley ili ilə bağlı müzakirələr başlandı.

TÜRKSOY-un baş katibi Sultan Rayev, Azərbaycanın Mədəniyyət nazirinin müavini Fərid Cəfərov, Türkiyə Cümhuriyyəti Mədəniyyət və turizm nazirinin müavini Sərdar Çam, Azərbaycanın Türkiyədəki səfiri Rəşad Məmmədov yubileyə hazırlıq tədbirlərindən söz açdılar. Bəxtiyar Vahabzadənin ömür yolundan bəhs edən filmin nümayişindən sonra “Doğumunun 100-cü ilində Bəxtiyar Vahabzadə” mövzusunda konfrans keçirildi.

Müsahibimiz daha sonra söylədi ki, elmi məclisdə Xalq şairi Sabir Rüstəmxanlının “Bəxtiyar Vahabzadə və Azərbaycanın müstəqillik hərəkatı”, Qarsdakı Qafqaz Universitesinin türk dili və ədəbiyyatı kafedrasının müdiri professor Mitat Durmuşun “Bəxtiyar Vahabzadənin şeirlərində tarix və milli kimlik”, Ankara Universitesinin çağdaş türk ləhcələri və ədəbiyyatları şöbəsinin əməkdaşı dosent Rza Heyətin “Xatirələrimdəki Bəxtiyar Vahabzadə” mövzularında məruzələri dinlənilib. Professor Kərim Tahirov konfransda “Türk dünyasının Bəxtiyarı” elektron bilgi təqdimatı, professor Əlizadə Əsgərli isə “Bəxtiyar Vahabzadə yaradıcılığında azərbaycançılıq, türkçülük və turançılıq məfkurəsi” mövzusunda məruzə ilə çıxış ediblər.

Mərasimin bədii hissəsində Ankara Universitesinin azərbaycanlı tələbəsi Solmaz İsmayılova, Qazi Universitesinin moldovan tələbəsi Viktoria Burca Bəxtiyar Vahabzadənin şeirlərini səsləndiriblər. Muğam ustalarımızdan Xalq artisti Mələkxanım Əyyubova, kamançaçı Araz Ağaverdiyev, nağaraşalan Ramin Abdullayev və tarzən Altay Niftalıyevin məharətli ifaları alqışlarla qarşılanıb.

Həmin gün Ankarada Bəxtiyar Vahabzadə adına məktəbin müəllim və şagirdləri ilə də görüş keçirilib. Uşaqların “Bəxtiyar Vahabzadə və Azərbaycan” mövzusunda rəsm sərgisi, Sabir Rüstəmxanlının hərarətli çıxışı, yubilyarın şeirlərinə yazılmış mahnılar Türk dünyasının böyük şairinə sevgi və ehtiramı təcəssüm etdirib.

Hazırladı:
Tahir AYDINOĞLU

XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:135
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 25 Fevral 2025 11:22 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Xəstəxanada mühafizəçini bıçaqlayan şəxslə bağlı qərar verildi

10 Sentyabr 2026 14:40see312

SOCAR ın prezidenti CC7 nin İdarə Heyətinin sədri ilə görüşüb FOTO

10 Sentyabr 2026 14:38see286

Miqrantlar əvvəlcə rus dilini və mədəniyyətini öyrənəcəklər Yeni model açıqlanıb

10 Sentyabr 2026 16:09see276

Ayaqlarda gizildəmə, yanmanın səbəbləri

10 Sentyabr 2026 16:06see270

Süni intellekt qida təhlükəsizliyini yoxlayacaq

10 Sentyabr 2026 18:14see255

Arxası üstə yatmaq kimlər üçün təhlükəlidir?

10 Sentyabr 2026 09:50see254

Tez yuxuya getmək yuxu çatışmazlığının əlaməti ola bilər Nevroloq xəbərdarlıq etdi

10 Sentyabr 2026 22:16see245

Gündə 50 qramdan artıq yemək zərərlidir

10 Sentyabr 2026 20:37see242

Freydin anatomiyası ilə Haydeqqerin ontologiyası arasında

10 Sentyabr 2026 22:27see242

Gəncədə Oftalmologiya şöbəsi yenilənib

10 Sentyabr 2026 16:06see239

Məşhur aparıcı keçmiş həyat yoldaşı tərəfindən döyülüb

10 Sentyabr 2026 15:57see234

Uşaqlarda “6 cı xəstəlik” Xəstəlik zamanı inteqrativ müalicənin effekti

10 Sentyabr 2026 20:12see223

Bakıda köhnə avtobusların sayı nə qədərdir? RƏSMİ CAVAB

10 Sentyabr 2026 18:23see222

Böyük etimad, sonsuz inam

10 Sentyabr 2026 20:59see215

“Putin bir addım belə geri çəkilməyəcək” Trampın planı sual altına düşdü

10 Sentyabr 2026 20:42see209

Nəbiyevin qardaşının tikinti şirkəti zərərdə işçilər ixtisar olunur

10 Sentyabr 2026 13:25see208

Vətəndaş “Expargo”dan şikayətçidir: 240 AZN dən çox məhsul hara yoxa çıxıb?

10 Sentyabr 2026 13:43see203

Səhiyyə naziri UNOPS un Avstriya Çoxölkəli Ofisinin direktoru ilə görüşdü

10 Sentyabr 2026 14:08see196

Bitki mənşəli içki faciəsi: 24 nəfər həyatını itirdi

10 Sentyabr 2026 19:48see196

Keçmiş general Netanyahunun həyat yoldaşından 843 min dollar tələb edir

11 Sentyabr 2026 05:01see168
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri