Icma.az
close
up
RU
Ankarada dahi Üzeyir Hacıbəylinin irsinə həsr olunmuş təqdimat və konsert keçiriləcək

Ankarada dahi Üzeyir Hacıbəylinin irsinə həsr olunmuş təqdimat və konsert keçiriləcək

Azertag portalından alınan məlumata görə, Icma.az xəbər verir.

Ankara, 15 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Azərbaycan professional musiqi sənətinin banisi, Müsəlman Şərqində ilk operanın müəllifi, Türk dünyasının görkəmli bəstəkarı, musiqişünas alim, dramaturq, pedaqoq və ictimai xadim Üzeyir Hacıbəylinin anadan olmasının 140 illik yubileyinin dövlət səviyyəsində qeyd olunması haqqında imzaladığı Sərəncama əsasən Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzi tərəfindən tədbirlər, nəşrlər, təqdimatlar və konsertlər həyata keçirilir.

AZƏRTAC xəbər verir ki, Azərbaycanda Milli Musiqi Günü münasibətilə sentyabrın 18-də Qazi Universitetinin Memar Kəmaləddin adına konsert sarayında “Müsəlman Şərqinin ilk operasının bəstəkarı, Azərbaycan-Türkiyə dünya musiqisinin simvolu Üzeyir Hacıbəyli” adlı tədbir keçiriləcək.

Tədbir Türkiyədəki Azərbaycan Mədəniyyət Mərkəzinin təşkilatçılığı, Qazi Universiteti, Ankara Musiqi və Gözəl sənətlər Universitetinin dəstəyi ilə təşkil olunacaq.

Tədbir çərçivəsində Azərbaycan Mədəniyyət Mərkəzinin layihəsi ilə hazırlanmış “Azerbaycanlı bestecilerden piyano eserleri” adlı kitabın təqdimatı və Türkiyədə yaşayan azərbaycanlı sənətçilərin iştirakı ilə dahi Üzeyir Hacıbəyli əsərləri əsasında konsert proqramı təqdim ediləcək.

Kitab Ankara Opera və Balet Teatrının mütəxəssisi Nailə Əhmədova tərəfindən tərtib olunub. Nəşrdə bir çox Azərbaycan bəstəkarlarının - Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Soltan Hacıbəyov, Asəf Zeynallı, Səid Rüstəmov, Fikrət Əmirov, Qara Qarayev, Cövdət Hacıyev, Tofiq Quliyev, Vasif Adıgözəlov, Aqşin Əlizadə və b. fortepiano üçün not əsərləri yer alıb.

Kitabda dahi bəstəkar Üzeyir Hacıbəyli, onun yaradıcılığı, musiqi sənətinə verdiyi töhfələrə dair geniş məlumat verilib.

Tədbir çərçivəsində keçiriləcək konsert proqramında Ankara Opera və Baletinin mütəxəssisi, fortepianoçu Nailə Əhmədova, Azərbaycanın Əməkdar artisti İslam Manafov, opera sənətçiləri Ömer Türkmenoğlu, Ali Tuna Güney, Fidan Hüseynova Üzeyir Hacıbəyli əsərlərindən parçalar səsləndirəcək, Azərbaycan Mədəniyyət Mərkəzinin “Zəngəzur” Rəqs Ansamblı Üzeyir Hacıbəyli repertuarından milli rəqslərlə çıxış edəcəklər.

Ankara

Ramin Abdullayev

AZƏRTAC-ın xüsusi müxbiri

Ankara

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:83
embedMənbə:https://azertag.az
archiveBu xəbər 15 Sentyabr 2025 11:07 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see283

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see279

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see276

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see248

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see240

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see225

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see219

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see195

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see195

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see185

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see183

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see170

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see159

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see151

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see150

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see148

Hakan fidan: Müharibə davam edərsə, Türkiyə İsraillə ticarətə başlamayacaq

30 Yanvar 2026 02:27see144

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see140

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see139

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see138
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri