Ankarada zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb
Icma.az, Azertag portalına istinadən məlumat yayır.
Ankara, 18 avqust, AZƏRTAC
Ankaranın Etnoqrafiya Muzeyində zərgərlik sənətinin 12 minillik tarixinə həsr olunmuş sərgi açılıb.
AZƏRTAC xəbər verir ki, sərgidə Türkiyə paytaxtının sakinlərinə və qonaqlarına bəşər tarixinin Paleolit dövründən Osmanlı imperiyasınadək müxtəlif mərhələlərinə aid 550 unikal zərgərlik nümunəsi təqdim olunur.
Ekspozisiya Türkiyənin 60 muzeyinin fondları əsasında formalaşdırılıb. Sərgilənən eksponatların 276-sı ictimaiyyətə ilk dəfə nümayiş etdirilir.
Ziyarətçilərə Anadolu ərazisində aparılan arxeoloji qazıntılar zamanı aşkar olunmuş sümük və dişlərdən, həmçinin obsidian, əqiq, kvars və qırmızı yəşəmdən hazırlanmış qədim boyunbağılar, bilərziklər və saç bəzəkləri təqdim olunur.
Tunc və Dəmir dövrlərində geniş yayılmış daş muncuqlardan istifadə Roma dövründə yeni formalar alıb. Həmin dövrdə fil sümüyü, qızıl, gümüş və bürünclə yanaşı, yarımməhsuldar və yarıqıymətli daşlardan da geniş istifadə olunub.
Daha sonra tökmə, döymə və metal təbəqənin işlənməsi texnikaları meydana gəlib. Şərqi Roma imperiyası və İslam dövründə isə Anadoluda zərgərlik məmulatlarının emalla örtülməsi və qızılla işlənməsi üsulları tətbiq edilib.
Ekspozisiyada zərgərlik məmulatlarının tarixən yalnız estetik bəzək əşyası deyil, həm də sosial statusun, kimliyin və iyerarxiyanın vizual göstəricisi olduğu vurğulanır.
Sərgini Türkiyənin mədəniyyət və turizm naziri Mehmet Nuri Ersoy da ziyarət edib.
Ramin Abdullayev
AZƏRTAC-ın xüsusi müxbiri
Ankara
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:127
Bu xəbər 18 Avqust 2026 14:47 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















