Icma.az
close
up
RU
Menu

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

Merson Alonsonun Estevao qərarını tənqid etdi

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

Zobu olanlar xurma yesin Təsiri

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

Böyük Zəfərin min bir rəngi

Böyük Zəfərin min bir rəngi

Icma.az bildirir, Xalq qazeti portalına istinadən.

Xalqımızın tarixinə qızıl hərflərlə yazılmış 8 Noyabr Zəfər Günü yalnız hərbi-siyasi qələbənin deyil, milli iradənin, birliyin, vətənpərvərlik ruhunun və tarixi ədalətin təntənəsidir. 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbə ölkənin ictimai-siyasi həyatında olduğu kimi, mədəniyyət və incəsənət sahəsində də yeni yaradıcılıq mərhələsinin başlanğıcını qoydu. Bu hadisə rəssamların yaradıcılığında vətən, torpaq, qəhrəmanlıq, şəhidlik, azadlıq və milli qürur anlayışlarının daha geniş bədii müstəvidə təcəssümünə zəmin yaratdı.

Zəfər mövzusuna həsr olunmuş əsərlərdə müharibənin xronikası ilə yanaşı, xalqın tarixi yaddaşı, itkiləri, gələcəyə olan inamı, doğma yurda qayıdışın sevinci, şəhid ailələrinin yaşadığı ağrı, azad edilmiş torpaqların mənəvi dəyəri və qələbəmizin yaratdığı qürur hissi də öz əksini tapır.

Bu mövzunun rəngkarlıqda diqqətçəkən nümunələrindən biri Fikrət İbrahimlinin “Zəfər günü. Şuşa nağılım” əsəridir.

Rəssam kompozisiyada tarixi qələbənin yaratdığı sevinc və milli birlik ovqatını çoxfiqurlu təsvir vasitəsilə ifadə edir. Əsərdə Şuşanın azadlığı konkret tarixi hadisə kimi deyil, xalqın uzun illər gözlədiyi mənəvi qayıdışın təntənəsi kimi təqdim olunur. Müxtəlif insan obrazlarının, tarixi və milli-mədəni elementlərin vahid kompozisiyada birləşdirilməsi Qələbənin ümumxalq xarakterini ön plana çıxarır.

Rəssamın “Diriliş” əsərində isə Zəfər anlayışına daha ümumiləşdirilmiş yanaşma müşahidə olunur. Kompozisiyanın mərkəzində Azərbaycan bayrağı fonunda təqdim edilən hərbi geyimli əsgər dayanır. Onun yanında təsvir olunan uşaq isə qələbənin gələcək nəsillərə bəxş etdiyi təhlükəsizlik, ümid və azad həyat ideyasını ifadə edir. “Diriliş” tablosu yalnız müharibədən sonrakı həyatın deyil, xalqın öz tarixi torpaqlarına qayıdışının bədii ifadəsidir.

Tanınmış rəssam Tahir Şixəliyevin “Bir yolumuz var, evə getmək” adlı qrafik əsərində diqqət doğma yurda qayıdış ideyasına yönəlir. Kağız üzərində qarışıq texnika ilə işlənmiş kompozisiyada mürəkkəb təsvir strukturu, çoxsaylı fiqurlar və müxtəlif məkan elementləri vasitəsilə uzun illər davam edən yurd həsrəti və qayıdış arzusu ifadə olunur.

Zəfər mövzulu əsərlər sırasında Nazim Məmmədovun “Zəfərin sonu” tablosu xüsusi emosional təsir gücünə malikdir. Əsərdə şəhid anasının obrazı yaradılmışdır.

Pəncərə kənarında əyləşmiş ana bir əlində oğlunun məktubunu oxuyur, digər əlində isə onun şəklini sinəsinə sıxaraq saxlayır. Saçlarına dən düşmüş, yorğun və taqətdən düşmüş qadının çöhrəsində illərin ağrısı, gözləntisi və övlad həsrəti cəmləşib.

Pəncərə önündəki məkan quruluşu obrazın daxili dünyasını tamamlayaraq tamaşaçıda, sanki, ananın hələ də oğlunun yolunu gözlədiyi təəssüratını yaradır. Rəssam əsərdə müharibənin görünməyən, lakin ən ağır nəticələrindən birini, ana qəlbində yaşayan əbədi nisgili təsvir edir. Burada qəhrəmanlıq döyüş meydanından ailə ocağına, cəbhədən ananın mənəvi dünyasına daşınır. Rənglərin təmkinli, bir qədər tutqun münasibəti obrazın psixoloji vəziyyətini gücləndirir. “Zəfərin sonu” adı da düşündürücü məna daşıyır. Xalq üçün qələbə sevincinin arxasında şəhidlərin əziz xatirəsi və onların ailələrinin heç zaman bitməyən həsrəti dayanır.

Zəfər mövzusunun mühüm istiqamətlərindən biri də işğaldan azad edilmiş ərazilərin tarixi-mədəni irsinin bədii yaddaşda yaşadılmasıdır. Xalq rəssamı Arif Hüseynovun “Ağdama ithaf” triptixi bu baxımdan xüsusi əhəmiyyət kəsb edir. İşğaldan azad olunmuş Qarabağa səfər təəssüratları əsasında ərsəyə gələn üçlük rəssamın tarixi hadisələrə, milli-mənəvi dəyərlərə və mədəni irsə münasibətinin obrazlı ifadəsidir. “Ağdam teatrının məhvi”, “Şahbulaq qalası” və “Azad Ağdamda Cümə məscidində azan səsi” adlı kətan üzərində qarışıq texnika ilə ərsəyə gəlmiş əsərləri birləşdirən əsas ideya xeyirlə şərin mübarizəsi, dağıdılmış mədəni irsin yaddaşda yaşadılması və tarixi ədalətin bərpasıdır.

Triptixin mərkəzi hissəsini təşkil edən “Ağdam teatrının məhvi” əsərində Ağdamın mədəni həyatının mühüm simvollarından biri olmuş teatr binasının acı taleyi təsvir edilir. Teatrın üçtağlı fasadı qarşısından səhnəyə doğru uzanan pillələr kompozisiyanın əsas məkan elementlərindəndir. Bu pillələrin ətrafında “Leyli və Məcnun”, “Don Kixot” və “Otello” tamaşalarının obrazlarının şər qüvvələrin hücumuna məruz qalması səhnələşdirilir. Beləliklə, teatr binasının dağıdılması yalnız memarlıq abidəsinə vurulmuş zərbə kimi deyil, bütövlükdə, mədəniyyətə, sənətə və mənəvi dəyərlərə qarşı yönəlmiş vandalizm aktı kimi ümumiləşdirilir.

Sağ hissədəki “Şahbulaq qalası” əsərində Qarabağ xanlığının banisi Pənahəli xan və onun döyüşçüləri, eləcə də xan tərəfindən inşa etdirilmiş qala təsvir olunur. Tarixi şəxsiyyətin və müdafiə istehkamının eyni kompozisiyada təqdim edilməsi Qarabağın dövlətçilik ənənələrinə, hərb tarixinə və milli irsə diqqət yönəldir. Burada Şahbulaq qalası sadəcə memarlıq abidəsi deyil, tarixi varlığın və torpağa bağlılığın rəmzinə çevrilir.

Üçlüyün digər hissəsi olan “Ağdam Cümə məscidində azan səsi” əsərində isə dini-mənəvi irsin bərpası və azadlığın yaratdığı mənəvi yüksəliş ideyası ön plana çəkilir. İşğaldan azad edilmiş dini məkandan ucalan azan səsinə cavab verən rəmzi şəhid əlləri, yüksəlişi ilə qürur doğuran məscid minarələri kompozisiyanın əsas obrazlı elementlərini təşkil edir. Bu bədii həll şəhidlərin müqəddəs xatirəsi ilə azad edilmiş torpaqlarda yenidən canlanan həyat arasında mənəvi əlaqə yaradır.

Beləliklə, Arif Hüseynovun triptixi Ağdamın tarixi, mədəni və dini yaddaşını vahid bədii konsepsiya daxilində birləşdirən, işğalın dağıdıcı nəticələrini və azadlığın mənəvi təntənəsini qarşılaşdıran əhəmiyyətli incəsənət nümunəsidir.

Azərbaycan təsviri sənətində at obrazı tarixən igidlik, qəhrəmanlıq, azadlıq və mübarizə ruhu ilə əlaqələndirilmişdir. İstedadlı gənc rəssam Nərmin Abdullayevanın “Zəfər atı” əsərində isə qələbə ideyası ənənəvi milli-mədəni simvollardan biri olan at obrazı vasitəsilə ifadə olunur. Bu obrazın Zəfər mövzusunda işlənməsi milli tarixi yaddaşla müasir dövrün qəhrəmanlıq salnaməsi arasında bədii əlaqə yaradır. At obrazı burada həm mübarizənin, həm də qələbəyə aparan iradənin simvolik ifadəsi kimi dəyərləndirilə bilər.

Şuşa Azərbaycan xalqının tarixində və mədəniyyətində müstəsna yer tutan şəhər olmaqla yanaşı, milli musiqi, ədəbiyyat, memarlıq və sənət ənənələrinin mühüm mərkəzidir. Bu şəhərin təsviri Zəfər mövzusunda yalnız ərazi bütövlüyünün bərpasını deyil, həm də milli-mədəni yaddaşın öz tarixi məkanına qayıdışını ifadə edir. Nəsibə Əsgərovanın “Şuşa” əsəri də bu baxımdan diqqətəlayiqdir.

Xuday İbrahimovun “Şuşanı qoruyan mələklər” və “Torpaq şəhidlərilə Vətəndir” əsərlərində Zəfərin mənəvi-fəlsəfi məzmunu ön plana çıxır. “Şuşanı qoruyan mələklər” adının özündə daşıdığı simvolik məna şəhərin qorunması, onun müqəddəsliyinin və tarixi dəyərinin yaşadılması ideyası ilə səsləşir. “Torpaq şəhidlərilə Vətəndir” əsərində isə Vətən anlayışı şəhidlik məfhumu ilə vəhdətdə təqdim olunur. Bu yanaşma torpağın yalnız coğrafi məkan olmadığını, onun uğrunda canından keçən insanların xatirəsi, mübarizəsi və fədakarlığı ilə müqəddəslik qazandığını vurğulayır.

Oksana Kazımovanın “Qələbə küləyi” və “Qarabağ Azərbaycandır” əsərlərində milli qürur, azadlıq və tarixi ədalətin bərpası ideyaları təqdim olunur. Bu əsərlərdə mövzunun emosional və ideoloji mahiyyəti ön plana çəkilərək Qələbənin ümumxalq əhəmiyyəti vurğulanır.

Əməkdar rəssam Vüqar Əlinin “Hədəfə doğru” və Zəfər mövzusunda yaratdığı plakat janrlı əsərlərində də əsas ideya istiqamətini mübarizə əzmi, məqsədə doğru inamla irəliləmək və qələbəyə aparan iradə təşkil edir.

Rəssamlar İttifaqının üzvü Mirazər Abdullayevin “Kədəri sevincə çevirən Azərbaycan əsgəri” əsərində Qələbənin yaratdığı mənəvi dönüş əsgər obrazı vasitəsilə ümumiləşdirilir. Əsərin adı belə müharibənin ağrılı yaşantılarından tarixi sevincə doğru keçidi ifadə edir. Azərbaycan əsgəri burada yalnız döyüşçü deyil, xalqın ümidlərini gerçəkləşdirən, illərlə davam edən həsrətə son qoyan və milli qürurun təcəssümünə çevrilən qəhrəman obrazıdır.

Zəfər mövzusunun daha lakonik, çağırış xarakterli ifadəsi plakat janrında yaradılmış əsərlərdə özünü göstərir. Bu janrın imkanları, obrazların ümumiləşdirilməsi, tarixi hadisənin ideyasını tamaşaçıya birbaşa çatdırmağa şərait yaradır. Nicat Muxtarlının “8 Noyabr” plakatı Zəfər Gününün tarixi və ictimai əhəmiyyətinin bədii ifadəsinə yönəlmiş nümunələrdəndir.

Emin Aslanovun “Biz qalibik” plakatı 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Qələbənin ideya-bədii təcəssümünə həsr olunmuş əsərlər sırasında yer alır. Bu əsərləri birləşdirən başlıca cəhət Zəfərimizin yalnız hərbi uğur kimi deyil, milli yaddaşın, mənəvi bütövlüyün və tarixi ədalətin bərpası kimi dərk edilməsidir. Rəssamların yaratdığı obrazlar, kompozisiya həlləri xalqın keçdiyi mürəkkəb tarixi yolu, şəhidlərin müqəddəs xatirəsini, qazilərin qəhrəmanlığını və azad edilmiş torpaqların yenidən dirçəlişini sənətdə yaşadır.

Bu mənada, tarixi qələbəmizə, Zəfərimizə həsr edilmiş rəngkarlıq, qrafika və plakat nümunələri gələcək nəsillər üçün tarixi yaddaşın qorunmasına xidmət edir. Çünki incəsənət tarixi hadisəni yalnız təsvir etmir, onu zamanın fövqünə qaldıraraq yaddaşa çevirir. Zəfər isə Azərbaycan rəssamlarının fırçasında, rənglərində və yaratdıqları obrazlarda əbədi yaşayan milli qürur dastanıdır.

Ziyarət CABAROVA-QƏHRƏMANOVA,
sənətşünas

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:114
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 12 Noyabr 2026 13:18 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

​Binəqədidə sakinlər internetsiz qaldı X günü yaxınlaşıb bəlkə... (VİDEO)

10 Noyabr 2026 22:07see350

COP21 COP30 prezidentləri COP31 ə dəstək olaraq birgə bəyanat qəbul ediblər

10 Noyabr 2026 15:01see277

Enerjiyə qənaət gələcəyin təhlükəsizliyinə, dünyanın sabahına qoyulan sərmayə

11 Noyabr 2026 10:14see265

Xərçəngin müalicəsində yeni ümid Türkiyəli alimlərdən mühüm kəşf

10 Noyabr 2026 16:15see262

Xırdalanda səkiyə dəmir dirəklər basdırıldı, piyadalar avtomobil yoluna çıxdılar

10 Noyabr 2026 22:33see253

Minimum istehlak səbəti niyə yenilənmir? SİYAHI

11 Noyabr 2026 00:01see239

COP31 də Antalya konfransı Bakıda əldə olunmuş razılaşmaları davam etdirir (Video)

10 Noyabr 2026 20:22see236

Təmirə bağlanan xəstəxana hansı ünvana köçür? VİDEO

11 Noyabr 2026 00:20see219

Merson Alonsonun Estevao qərarını tənqid etdi

11 Noyabr 2026 04:09see215

Uşaqlıqda özünü çirkin hesab edirdi, milyonlarla kişinin arzusuna çevrildi FOTOLAR

10 Noyabr 2026 16:08see210

Bitki yağının təbii olub olmadığnı necə müəyyən etmək olar? EKSPERT AÇIQLADI

11 Noyabr 2026 17:40see202

Gürcüstanın Azərbaycandan meyvə tərəvəz şirəsinin alışına çəkdiyi xərc 2 dəfədən çox artıb

10 Noyabr 2026 14:47see202

Qazaxıstan COP31 də Azərbaycan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi layihəsini təşviq edir.

11 Noyabr 2026 23:37see199

Zobu olanlar xurma yesin Təsiri

11 Noyabr 2026 16:16see199

Arıqlama dərmanları görmənin itirilməsi riskini artıra bilər Xəbərdarlıq

11 Noyabr 2026 03:36see193

ABŞ Nümayəndələr Palatası Heqsetə qarşı impiçment təşəbbüsünü təxirə salıb

11 Noyabr 2026 05:51see191

Qadınlarla kişilərin maaşları arasında fərq nədən qaynaqlanır?

10 Noyabr 2026 18:56see184

“Səhiyyə sistemində islahatların nəticələri yaxın mərhələdə daha aydın görünəcək” DEPUTAT

11 Noyabr 2026 15:23see182

Gülağası Mirzəyev: Balet artistinin səhnədəki zərif hərəkətlərinin arxasında illərin zəhməti dayanır

12 Noyabr 2026 01:28see180

Əraqçi ABŞ nin 20 milyon dollarlıq təklifinə görə BMT və AEBA ya etiraz məktubu ünvanlayıb

11 Noyabr 2026 04:57see178
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri