“Difai” məşqçisinə görə 1000 manat ziyana düşdü
futbolpress-az saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.
AFFA İntizam Komitəsinin iclası keçirilib.
Futbolpress.az xəbər verir ki, toplantıda II Liqanın oyunları ilə bağlı aşağıdakı qərarlar qəbul edlib:
08.11.2026-cı il tarixində II Liqada X turun “Şəmkir”– “Ağstafa Gəncləri” oyununun 90-cı dəqiqəsində “Şəmkir” komandasının 22 nömrəli futbolçusu Fuad Əhmədov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Şəmkir” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
08.11.2026-cı il tarixində II Liqada X turun “Şəmkir”– “Ağstafa Gəncləri” oyununda “Ağstafa Gəncləri” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Ağstafa Gəncləri” komandası 70 manat cərimə edilsin (maddə 43.1);.
09.11.2026-cı il tarixində II Liqada X turun “Hypers”– “Kür-Araz” oyununda təşkilati-texniki öhdəliklər pozulduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” komandası 200 manat cərimə edilsin (maddə 99, 94, 68);
09.11.2026-cı il tarixində II Liqada X turun “Hypers”– “Kür-Araz” oyunu bitdikdən sonra meydançaya kənar şəxs daxil olduğuna və bu hal cari mövsümdə 2-ci dəfə təkrarlandığına görə “Hypers” komandası 500 manat cərimə edilsin (maddə 86.3);
09.11.2026-cı il tarixində II Liqada X turun “Hypers”– “Kür-Araz” oyununda “Kür-Araz” komandasının 5 futbolçusu sarı vərəqə aldığı üçün “Kür-Araz” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
10.11.2026-cı il tarixində II Liqada X turun “Difai”– “Zəngəzur” oyununda “Difai” komandasının 4 futbolçusu sarı vərəqə aldığı üçün “Difai” komandası 70 manat cərimə edilsin (maddə 43.1);
10.11.2026-cı il tarixində II Liqada X turun “Difai”– “Zəngəzur” oyununun 84-cü dəqiqəsində “Difai” komandasının məşqçisi Əli Hüseynov hakimi təhqir etdiyinə görə birbaşa qırmızı vərəqə aldığı üçün 4 oyun oyuna buraxılmasın, “Difai” komandası 1000 manat cərimə edilsin (maddə 52.4);
Baxış sayı:43
Bu xəbər 12 Noyabr 2026 13:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















