Icma.az
close
up
RU
Kolbasa nə dərəcədə ziyanlıdır?

Kolbasa nə dərəcədə ziyanlıdır?

Icma.az, Saglamolun saytından verilən məlumata əsaslanaraq xəbər yayır.

Həkimlərin ümumi fikirinə görə, kolbasa və sosis məhsullarını insan sağlamlığı üçün xeyirli hesab etmək olmaz.

Bunun səbəbləri çoxdur. Hal hazırda bu məhsulların istehsalı zamanı onlarla müxtəlif kimyəvi maddələr istifadə olunur. Bu maddələrin bir hissəsi məhsulun dadını, digərləri rəngini və iyini insan üçün daha xoş edir. Bundan əlavə məhsula lazım olan qatı konsistensiya vermək, onun həcmini və saxlama müddətini artırmaq və s. məqsədlərlə müxtəlif kimyəvi maddələr istifadə olunur. Bu kimyəvi maddələrin bir hissəsi orqanizm üçün çox ziyanlıdır.

Belə ki, bütün kolbasa məhsullarına əlavə olunan nitratlar (natrium nitriti) orqanizmdə güclü kanserogen təsirinə malik olan birləşmələr (nitrozaminlər) əmələ gətirir. Nitratların kolbasada əsas "vəzifəsi" məhsula xoşagəlimli xarici görünüş vermək və onun saxlanma müddətini artırmaqdır. Beləliklə, tez-tez kolbasa məhsulları qəbul edən insanın orqanizmində xərçəng hüceyrələrin əmələ gəlməsi prosesi sürətlənir. Təbii ki, immun sistemimiz bu hüceyrələri daim zərərləşdirir. Lakin immun sistemimiz müxtəlif səbəblərə (xəstəlik, stress və s.) görə zəifləyə bilər ki, bunun nəticəsində "sağ qalmış"  xərçəng hüceyrələri çoxalaraq xərçəng şişini əmələ gətirə bilər.

Digər ziyanlı maddə fosfatlardır. Bu maddəni də bütün kolbasa-sosis məhsullarına əlavə edirlər. Fosfatlar kolbasaya "ətə" uyğun olan rəng və lazım olan sıx konsistensiya verir. Kolbasanın rəngi lazım olandan daha parlaq olduqda, bu o deməkdir ki, məhsulda fosfatların miqdarı olduca çoxdur. Daim böyük dozalarda orqanizmə daxil olan fosfatlar orqanizmdə kalsium və fosforun balansını pozur ki, nəticədə insanda osteoporoz (sümüklərin kövrək olması) inkişaf edir.

Mütəxəssislərin rəyinə görə, hal hazırda ucuz kolbasa-sosis növlərində ət, demək olar, yoxdur. Belə məhsulların əsas hissəsini soya (paxlalı bitki), heyvan dərisi, sümükləri və digər tullantı hissələri, sellüloz təşkil edir. Bu kütləyə onu "ətə" bənzətmək üçün külli miqdarda kimyəvi maddələr əlavə olunur. Nəticədə bizim sevimli kolbasamız alınır.

Soya genetik səviyyəsində modifikasiya olunmuş məhsuldur. Belə məhsulların insan orqanizminə olan təsiri hələ ki tam öyrənilməyib və çox ciddi müzakirə olunur. Alimlərin bir çox hissəsi belə məhsulları insan orqanizmi üçün çox ziyanlı hesab edir.

Beləliklə, kolbasa və sosis məhsulları sağlam qidaya aid etmək mümkün deyil. Bu səbəbdən bu məhsulları rasiondan tam çıxartmaq və ya minimuma çatdırmaq lazımdır.

Saglamolun.Az


Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:173
embedMənbə:https://saglamolun.az
archiveBu xəbər 16 Noyabr 2024 06:05 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1385

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see676

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see527

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see515

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see506

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see461

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see436

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see433

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see422

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see409

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see398

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see359

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see346

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see341

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see339

Yamal Golden Boy 2026 namizədləri arasında yoxdur

06 Oktyabr 2026 02:14see311

Rusiyada ölümcül epidemiya: Vəziyyət nə yerdədir?

06 Oktyabr 2026 01:50see308

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see281

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see263

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see263
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri