Icma.az
close
up
RU
Antiterror əməliyyatı regionda sülh gündəliyini gücləndirdi POLİTOLOQ ŞƏRH ETDİ

Antiterror əməliyyatı regionda sülh gündəliyini gücləndirdi POLİTOLOQ ŞƏRH ETDİ

Sia Az portalından verilən məlumata əsasən, Icma.az bildirir.

“Azərbaycanın 2023-cü ilin sentyabrında həyata keçirdiyi antiterror əməliyyatı təkcə hərbi-strateji qələbə deyildi, həm də dövlət suverenliyinin tam bərpası kimi tarixə düşdü. Əməliyyatla Qarabağda qondarma separatçı qurumun hərbi-siyasi varlığına son qoyuldu. Azərbaycan beynəlxalq hüququn tələbini yerinə yetirərək öz ərazisində legitim hakimiyyətini bərpa etdi. Bu sözləri SİA-ya açıqlamasında politoloq Tural İsmayılov deyib.

Onun sözlərinə görə, bu, həm də 30 ilə yaxın davam edən separatizm siyasətinə verilən qəti və son cavab idi: “Əməliyyatdan sonra bölgədə inzibati idarəetmə tamamilə dəyişdi. Qondarma “müdafiə ordusu” və separatçı strukturlar ləğv edildi. Xankəndidə, Xocalıda, Əskəranda və Ağdərədə Azərbaycan dövlət qurumları yerləşdirildi. Dövlət qurumları bölgədə sosial xidmətləri bərpa etməyə başladı. Dövlət Təhlükəsizliyi Xidməti, Daxili İşlər Nazirliyi və digər strukturlar bölgədə nəzarəti təmin etdi. Siyasi baxımdan isə Ermənistanın Qarabağda hər hansı təsir imkanları sıfırlandı. Bu proses Ermənistanın illərdir apardığı “müstəqil qurum” oyununun sonunu gətirdi. Azərbaycanın daxili idarəçiliyi tam möhkəmləndi. Prezidentin xüsusi nümayəndəliyi institutlaşaraq bölgənin sosial-iqtisadi inkişafını koordinasiya etməyə başladı. İnzibati quruculuqla yanaşı yenidənqurma və infrastruktur layihələri gündəmə gəldi. Əməliyyat Azərbaycanın beynəlxalq nüfuzunu da gücləndirdi. Dünya birliyi faktiki olaraq Azərbaycanın ərazi bütövlüyünə şübhə yeri qoymadı. Xankəndidə dövlət bayrağının qaldırılması tarixi an oldu. Bu, həm də psixoloji üstünlüyün bərpası demək idi”.

Politoloq fikirlərinə davam edərək həmçinin qeyd edib ki, keçmiş məcbur köçkünlərin öz torpaqlarına qayıdışı istiqamətində yeni mərhələ açıldı: “Azərbaycan vətəndaşı anlayışı bölgədə praktiki olaraq bərqərar oldu. İnteqrasiya prosesi üçün təhsil, səhiyyə və sosial xidmətlər şəbəkəsi qurulmağa başladı. Əməliyyat, həmçinin, regionda sülh gündəliyini gücləndirdi. Ermənistan artıq Qarabağ mövzusu üzərindən Azərbaycana təzyiq imkanını itirdi. Bu da sülh müqaviləsi danışıqlarına müsbət təsir göstərdi. Bütün bunlar göstərir ki, antiterror əməliyyatı sadəcə hərbi qələbə deyildi. O, həm də Azərbaycan dövlətçiliyinin tam, real və hüquqi bərpası idi”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:39
embedMənbə:https://sia.az
archiveBu xəbər 03 Sentyabr 2025 12:40 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see267

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see252

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see220

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see218

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see202

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see154

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

AYNA 5 min sürücü hazırlayacaq FOTO

17 Yanvar 2026 15:59see139

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see136

Oturaq həyat tərzinin fiziki və psixoloji təsirləri nələrdir?

16 Yanvar 2026 18:40see135

Həkimlərin ölmüş hesab etdiyi qıza görə 3 milyon təzminat ödənildi

16 Yanvar 2026 21:49see131

Şəbnəm Tovuzlu göz yaşları tökdü: O qədər darıxıram ki... VİDEO

16 Yanvar 2026 19:55see131

Cavidan Osmanlı hakimindən adından saxta sənəd düzəltdi KONKRET

17 Yanvar 2026 11:26see129

Rza Pəhləvi İrana qayıdacağı təqdirdə seçki keçirəcəyini vəd edib

16 Yanvar 2026 20:33see129

Tramp İrana buna görə qoşun göndərməyib Səbəb təəccübləndirdi

16 Yanvar 2026 22:28see128

Harri Maquayr üçün İtaliya nəhəngləri növbəyə düzülüb

16 Yanvar 2026 22:42see128
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri