Icma.az
close
up
RU
Antiterror tədbilərinin keçirilməsi tarixi zərurət idi

Antiterror tədbilərinin keçirilməsi tarixi zərurət idi

Icma.az, Ses qazeti saytına istinadən bildirir.

Azərbaycanın beynəlxalq konvensiyalarla tanınmış legitim hüququndan istifadə edərək, keçirdiyi lokal xarakterli antiterror əməliyyatı nəticəsində özünün ərazi bütövlüyünü və tam suverenliyini bərpa etməsindən artıq bir il keçir. Birmənalı olaraq demək lazımdır ki, həmin tədbir ümumilikdə Cənubi Qafqazda dayanıqlı sülhün və sabitliyin bərqərar olması istiqamətində atılmış ən mühüm addımlardan biri oldu. Bununla belə, bəzi anti-Azərbaycan əhval-ruhiyyəli Qərb dövlətləri bu gün də ölkəmizi beynəlxalq hüququn və tarixi ədalətin bərpa olunması ilə nəticələnmiş həmin hadiəyə görə qınamağa çalışır, Azərbaycanın demonizasiyası məqsədilə müxtəlif səylər göstərirlər. Halbuki, istər 2020-ci ildə ölkəmizin apardığı II Qarabağ savaşının, istərsə də 2023-cü ildə keçirilmiş antiterror tədbirinin baş verməsinə görə ən böyük məsuliyyəti də məhz həmin qüvvələr özləri daşıyırlar. Əgər Azərbaycan ərazilərinin 30 il davam edən işğalı dövründə həmin Qərb dairələri qərəzli mövqelərdə durmasaydılar, xalqımızı işğal və öz dədə-baba torpaqlarının itirilməs faktı ilə barışdırmaq üçün səylər göstərməsəydilər, erməni faşistlərinin xalqımıza qarşı törətdikləri hərbi cinayətlərə, qətliamlara göz yummasaydılar, qəsbkarları yeni ərazilərin işğalına təhrik etməsəydilər və ən nəhayət, Ermənistanı BMT qətnamələrinin icrasına məcbur etsəydilər bu zaman əlbəttə ki, hərbi əməliyyatlara da heç bir ehtiyac qalmazdı. Lakin bütün bunlar baş vermədi. Buna görə də münaqişənin sülh yolu həlli imkanlarının artıq tam tükəndiyinə əmin olduqdan sonra Azərbaycan Vətən müharibəsinə başladı və cəmi 44 günə parlaq tarixi Qələbə qazanaraq, onilliklər boyunca uzanan problemi həll etdi. Lakin Ermənistan bu acı məğlubiyyətindən lazım olan dərsi almadı. Yenə də məlum Qərb dairələrinin təhrikilə Ermənistan növbəti üç il ərzində özünün silahlı qüvvələrinə aid hərbi birləşmələri Azərbaycanın Qarabağ bölgəsində saxlamaqla gərginliyin artmasına zəmin yaradırdı. Bu birləşmələrin ölkəmizə qarşı ard-arda törətdikləri silahlı diversiya aktları Azərbaycan tərəfində həm hərbçilər, həm də mülki vətəndaşlar arasında itkilərlə müşayiət olunurdu. Xarici havadarlarının dəstəyi ilə Ermənistan Azərbaycan ərazilərindəki hərbi birləşmələrini insan qüvvəsi və müxtəlif silahlarla daha da gücləndirməyə çalışırdı. Məhz bütün bunlara görə, Azərbaycanın keçən il sentyabr ayının 19-da başladığı antiterror tədbirləri Ermənistanın ölkəmizə qarşı apardığı məqsədyönlü və planlı terror siyasətinin cavabı kimi gözlənilən idi.

Azərbaycan hətta antiterror əməliyyatlarının gedişində belə qarşı tərəflə danışıqlara başlamağa hazır olduğunu dəfələrlə bəyan etmişdi: “Vacib məqamlardan biri budur ki, Azərbaycan hətta antiterror tədbirinin gedişi zamanı da Qarabağın erməni əhalisinin nümayəndələrini reinteqrasiya məsələlərini müzakirə etmək üçün dialoqa dəvətini davam etdirirdi. Bunun üçün qanunsuz erməni silahlı dəstələri ağ bayraq qaldırmalı, bütün silahlar təhvil verilməli, qanunsuz rejim özünü buraxmalı idi. Bu halda antiterror tədbirləri də dayandırılacaqdı. Lakin görünür separatizmin sonu məhz Azərbaycan əsgərinin əli ilə gəlməliydi. Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbəriyi ilə Şanlı Ordumuz bir sutkadan da az bir vaxta erməni separatçılarını ağ bayraq qaldırmağa məcbur etdi. Cəmi 23 saat davam edən antiterror əməliyyatı dövlətimizin və ordumuzun gücünü bir daha göstərdi və yenə də düşmən ağ bayraq qaldıraraq təslim oldu. Bu gün isə, bir vaxtlar torpaqlarımızda yaratdıqları qondarma rejimin marionet liderləri Bakıda təcridxanada oturub öz aqibətlərinin necə olacağı barədə düşünürlər. Onların paytaxtımıza qədər sürüb gələcəklərilə xalqımızı təhdid etdikləri tankları isə, artıq neçə müddətdir ki, Hərbi Qənimətlər Parkının ekspozisiyasında öz layiqli yerlərini tutublar. Bütün bunlara görə də biz hamımız, Ali Baş Komandan cənab İlham Əliyevin dediyi kimi, haqlı olaraq Silahlı Qüvvələrimizlə fəxr edirik. Həm Vətən müharibəsinin gedişində, həm sonrakı üç il ərzində, həm də keçən ilin sentyabr ayında keçirilmiş antiterror tədbirləri zamanı Azərbaycan əsgəri, zabiti əsl qəhrəmanlıq, vətənpərvərlik, fədakarlıq göstərmişdir.

Gülər Sultanzadə

YAP Yasamal rayon təşkilatının fəal üzvü

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:152
embedMənbə:https://sesqazeti.az
archiveBu xəbər 17 Sentyabr 2025 15:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1166

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see355

Pünhan Piriyevin 15 min manat iddiasına Alim Qasımovdan CAVAB VİDEO

05 Oktyabr 2026 16:18see340

Bu toplanış bizi daha da birləşdirdi Rəşad Eyyubov

05 Oktyabr 2026 20:52see339

Hədəf 2028 ci ilədək Naxçıvanı heyvan xəstəliklərindən azad zonaya çevirməkdir

05 Oktyabr 2026 21:26see338

“Əlimizdən gələni edəcəyik” Rəşad Eyyubov

05 Oktyabr 2026 21:20see331

Prezidentin səlahiyyətli nümayəndəsi Naxçıvandakı iki əsas problemi AÇIQLADI

05 Oktyabr 2026 23:07see293

Səlahiyyətli nümayəndə: Naxçıvanın enerji şəbəkəsi ölkənin vahid sisteminə və ixrac magistrallarına qoşulacaq

05 Oktyabr 2026 21:42see269

NBC: “Flydubai” pilotu təkbaşına hərəkət etmiş ola bilər

06 Oktyabr 2026 00:45see239

Azərbaycanda taunla bağlı məhdudlaşdırıcı tədbirlər olacaq?

05 Oktyabr 2026 15:58see211

3 aylıq olanda nə baş veribsə xatırlayır

05 Oktyabr 2026 18:11see203

70 yaşlı qadın infarktın ilkin əlamətlərini AÇIQLADI

05 Oktyabr 2026 16:52see203

Toyda döyülən 32 yaşlı kişi öldü FOTO

06 Oktyabr 2026 02:48see201

PULU YĞIB YIĞIŞDIRMAQ OLMUR, AMMA... İqtisadçı yaranmış riskləri açıqladı düz baçlıqdır?

05 Oktyabr 2026 10:56see200

Fridrix Merts: Baltikyanı ölkələrin təhlükəsizliyi Almaniyanın təhlükəsizliyidir

06 Oktyabr 2026 02:22see196

Ceyranbatanda toyda dava Biri komadadır

05 Oktyabr 2026 15:49see196

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see188

Ceyhun Bayramov və Marko Rubio Azərbaycan ABŞ strateji tərəfdaşlığını müzakirə ediblər

05 Oktyabr 2026 20:39see183

Antonio Konte Mançester Yunayted və Yuventus un maraq dairəsindədir

06 Oktyabr 2026 00:59see174

UEFA Millətlər Liqası 2026/2027 mövsümünün 5 oktyabr oyunlarının cədvəli

05 Oktyabr 2026 12:27see171
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri