Icma.az
close
up
RU
Antonio Quterreş Qəzzadakı atəşkəs prosesi barədə bəyanat verib

Antonio Quterreş Qəzzadakı atəşkəs prosesi barədə bəyanat verib

Sia Az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Quterreş BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) İsrail-Fələstin problemi ilə bağlı yüksək səviyyəli sessiyasında çıxış edib.

BMT-nin Baş katibi Antonio Quterreş üzv ölkələri Qəzzada atəşkəsin daimi olmasını, günahkarların məsuliyyətə cəlb olunmasını, bərpa və yenidənqurma üçün şəraitin yaradılmasını təmin etməyə çağırıb.

SİA-nın xarici qaynaqlardan əldə etdiyi məlumata görə, Quterreş BMT Təhlükəsizlik Şurasının (BMT TŞ) İsrail-Fələstin problemi ilə bağlı yüksək səviyyəli sessiyasında çıxış edib.

Orta Şərqin ətraflı transformasiya prosesindən keçdiyini bildirən Quterreş deyib:

"Region qeyri-müəyyənliklərlə doludur, eyni zamanda imkanlara malikdir. Orta Şərq yenidən formalaşdırılır, lakin bu prosesin nəticəsinin nə olacağı hələ bəlli deyil. Orta Şərqin bu təlatümlü dövrdən sülh, ləyaqət və ümidlə dolu bir üfüqlə çıxmasını təmin etmək ümumi məsuliyyətdir. Qəzzada atəşkəs və girovların azadlığa buraxılmasına dair razılaşma çoxdan gözlənilən “rahatlıq” təmin etmişdir. Qəzzaya 630-dan çox humanitar yardım maşını daxil oldu. Tərəflərin razılaşmaya tam əməl etmələri vacibdir. Biz əmin olmalıyıq ki, bu razılaşma bütün girovların azad edilməsinə və Qəzzada daimi atəşkəsə gətirib çıxarsın.
Qəzzada atəşkəsin sahədəki 4 fərqli mövzuya təsir edəcəyini gözləyirik. Bunları belə sadalamaq olar: BMT agentlikləri, xüsusilə də humanitar müdaxilələrin əsasını təşkil edən BMT-nin Fələstinli Qaçqınlara Yardım və İşlər üzrə Orta Şərq Agentliyi maneəsiz fəaliyyətlərini davam etdirməli, yardımlar təhlükəsiz mühitdə artırılaraq ehtiyacı olanlara çatdırılmalıdır. İctimai asayiş bərpa edilməli və xüsusilə tibbi evakuasiyaya ehtiyacı olan xəstələr üçün həyati vacib yardıma çıxış əldə edilməli, mülki əhalinin qorunması üçün beynəlxalq dəstəyin təmin edilməsi və onların təhlükəsiz qayıtması üçün lazımi tədbirlər görülməlidir".

BMT Baş katibi Quterreş “BMT Təhlükəsizlik Şurasını və bütün üzv dövlətləri Qəzzada atəşkəs, münaqişəyə daimi son qoyulması, günahkarların cavabdehliyi, bərpa və yenidənqurma işlərini dəstəkləməyə çağırıram” deyib.

WhatsApp-da Səs Media Qrupu kanalını izləyin

Bütün xəbərlər Facebook səhifəmizdə

Digər xəbərlər

Dünya

Boluda baş verən yanğında 66 nəfər həyatını itirib

Dünya

Tramp Zelenskinin razılaşmaya hazır olduğunu bildirib

Dünya

Britaniya Putinlə Trampın Ukrayna ilə bağlı razılaşmasından qorxur...

Dünya

Ersin Tatar Nikos Xristodoulides ilə görüşüb

Dünya

"Biz hər hansı böyük dəyişiklik gözləməməliyik..."

Dünya

İndoneziyada torpaq sürüşməsi nəticəsində 16 nəfər ölüb

Dünya

Lukaşenko Belarusla daha zarafat etməməyə qərar verdi

Dünya

“Yunanıstan ilə Türkiyə arasındakı müsbət gündəmi dəyərləndirməliyik”

Dünya

Türkiyənin terrorla mübarizəsi davam edir

Dünya

5 rus hərbçisini qətlə yetirən 3 Şimali Koreyalı döyüşçü axtarılır...

Dünya

Bu bədbəxt kiminlə döyüşdüyünü belə bilmirmiş…

Dünya

82 yaşlı Bayden siyasətdən getməyəcəyini deyir..?

Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:197
embedMənbə:https://sia.az
archiveBu xəbər 21 Yanvar 2025 19:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see281

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see278

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see263

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see254

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see254

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see252

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see246

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see240

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see238

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see229

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see222

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see216

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see214

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see207

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see202

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see202

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see202

Bağlanan banklara borcu olanlara xəbərdarlıq

31 Oktyabr 2026 13:05see193

Alimlər diabetin müalicəsi üçün yeni hədəf müəyyən edib

31 Oktyabr 2026 07:34see193
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri