Icma.az
close
up
RU
AÖS ün fəaliyyətində heç bir dayanma və ya texniki problem müşahidə edilmir QURUMDAN AÇIQLAMA

AÖS ün fəaliyyətində heç bir dayanma və ya texniki problem müşahidə edilmir QURUMDAN AÇIQLAMA

Sia Az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

"Mərkəzi Bank öz mandatına uyğun davamlı olaraq ölkədə nağdsız ödənişlərin inkişaf etdirilməsi və həmçinin operatoru olduğu ödəniş sistemlərinin funksional imkanlarının təkmilləşdirilməsi istiqamətində fəaliyyət göstərir. Ani Ödənişlər Sisteminin (AÖS) istismara verildiyi zaman ölkə bazarında alternativinin olmadığını və sistemin funksional imkanlarının bazar iştirakçıları üçün yeni olduğunu nəzərə alaraq sistemin mobil tətbiqi və internet səhifəsi hazırlanaraq istifadəçilərin ixtiyarına verilmişdir. Mobil tətbiq üzərindən həmçinin ilk dəfə olaraq Açıq Bankçılıq həlli istifadəyə verilmişdir. Ötən dövr ərzində görülmüş işlər nəticəsində AÖS-ün əhatə dairəsi genişləndirilmiş və ödəniş xidməti təchizatçıları (ÖXT) sistemə inteqrasiya edilmişdir. Mərkəzi Bankın əsas hədəfinin infrastruktur quruculuğu olduğunu nəzərə alaraq, son istifadəçilərə xidmətin ÖXT-lər vasitəsilə təqdim edilməsi məqbul hesab edilmişdir". SİA mövzu ilə bağlı Mərkəzi Banka sorğu göndərib.

Sorğuya cavab olaraq qurumdan gələn açıqlamaya görə, Mərkəzi Bankın operatoru olduğu AÖS-ün fəaliyyətində heç bir dayanma və ya texniki problem müşahidə edilmir: "ÖXT-lərin AÖS-ün xidmətlərindən aktiv istifadəyə təşviq edilməsi məqsədilə AÖS-ün mobil tətbiqi üzərindən yeni istifadəçilərin qeydiyyatı prosesi dayandırılmışdır. Mobil tətbiq vasitəsilə əvvəl qeydiyyatdan keçmiş istifadəçilər AÖS-ün mobil tətbiqinin sonuncu relizini (Apple Store /Google Play mağazalarından) yükləməklə əvvəlki qaydada öz ödənişlərini və Açıq Bankçılıq vasitəsilə digər xidmətlərdən istifadəni davam etdirə bilərlər. Yeni istifadəçilər qeydiyyatı və AÖS vasitəsilə ödənişləri ödəniş xidməti təchizatçılarının bu portala inteqrasiya olunmuş internet bankçılıq və mobil tətbiq həlləri vasitəsilə həyata keçirə bilərlər.

Qeyd: Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 26 sentyabr tarixli 508 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “2018-2020-ci illərdə Azərbaycan Respublikasında rəqəmsal ödənişlərin genişləndirilməsi üzrə Dövlət Proqramı” çərçivəsində Mərkəzi Bank tərəfindən yaradılan Ani Ödənişlər Sistemi (AÖS) 2020-ci ilin 1 oktyabr tarixindən real rejimdə istismara verilmişdir.

AÖS-ün əhatəliliyinin genişləndirilməsi istiqamətində həyata keçirilən tədbirlər çərçivəsində 21 bank sistemə inteqrasiya olunmuşdur. Sistemin funksionallıqlarının tətbiqi nəticəsində fiziki və hüquqi şəxslər, habelə dövlət orqanları arasında hesablaşmaların 24/7/365 rejimində bank hesabları üzərindən sadələşdirilmiş identifikatorlar vasitəsilə (FİN kod, VÖEN, mobil nömrə, e-poçt) aparılması və pul vəsaitinin dərhal vəsait alanın bank hesabında əks olunması imkanı yaradılmışdır".

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:81
embedMənbə:https://sia.az
archiveBu xəbər 09 Aprel 2025 17:08 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see299

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see263

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see243

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see211

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see186

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see182

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see173

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see163

Aldadılaraq Ukraynaya göndərilən həmyerlimiz yardım istəyir FOTO

16 Yanvar 2026 16:58see158

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see157

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see153

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see151

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see150

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see149

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see148

Məşhur aktrisa Kıskanmak da Foto

16 Yanvar 2026 14:58see146

Rusiyadan Özbəkistana gələn turistlərin sayı bir milyona çatıb

16 Yanvar 2026 16:17see146

Azərbaycanın bu ölkə ilə ticarət dövriyyəsi 1 milyard dolları keçib

17 Yanvar 2026 15:22see140

Yeni dünya nizamı: “Biz artıq gücün hüququna şahidlik etməkdəyik”

16 Yanvar 2026 15:00see136

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see135
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri