Icma.az
close
up
RU
APAJurnalist Məktəbi nin məzunlarına sertifikatlar təqdim edilib FOTO

APAJurnalist Məktəbi nin məzunlarına sertifikatlar təqdim edilib FOTO

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

"APA Media Group"un layihəsi olan "APA Jurnalist Məktəbi" layihəsinin növbəti məzunlarına sertifikatlar təqdim edilməsi mərasimi keçirilib.

Qabil Abbasoğlu: Bu təlimdən hər kəs razı qalıb.

"APA Jurnalist Məktəbi"nin rəhbəri Qabil Abbasoğlu məzunları təbrik edib.
“Qarşıdan gələn Milli Mətbuat Günü münasibətilə hər birinizi səmimi qəlbdən təbrik edirəm.Bu bayram təkcə jurnalistlər üçün deyil, həm də sözə, xəbərə, informasiyaya dəyər verən hər kəs üçün əzizdir. Bu təlimdə iştirak edən təlimçilərə, master-klassları ilə bizə dəyərli biliklərini paylaşan hər kəsə həm öz adımdan, həm də gənc jurnalistlərimiz adından dərin təşəkkürümü bildirirəm".

Rəşad Məcid: APA məktəbdir

Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcid APA Jurnalist Məktəbinin təlimlərini bitirən gənclərin həyatlarını jurnalistikaya həsr edəcəklərinə inandığını bildirib.


APA yayıbsa, xəbər doğrudur, APA yaymayıbsa, deməli, hələ təsdiqlənməyib. APA-da bu gün istedadlı və perspektivli gənc jurnalistlər çalışırlar. Mən həmişə bununla fəxr etmişəm. Bu ənənənin davam etməsi ilə bağlı Vüsalə xanımla daim söhbətlərimiz olub. Həmişə ona demişəm: “Siz çox böyük savab iş görürsünüz.” APA həqiqətən də bir məktəbdir. İnanıram ki, APA Jurnalist Məktəbini bitirib sertifikat alan gənclər öz həyatlarını jurnalistikaya həsr edəcəklər. Onların bioqrafiyasında “APA Jurnalist Məktəbi” xüsusi yer tutacaq".

Rəşad Məcid bildirib ki, təlimlər artıq ikinci dəfədir təşkil olunur.

"Əminəm ki, gələcək illərdə də davam edəcək. Bu, Azərbaycan peşəkar jurnalistikasının gözəl bir ənənəsinə çevriləcək. Bu gün özünü “jurnalist” adlandıranlar çoxdur. Lakin informasiya xaosu içində belə, əsl peşəkar medianın qalib gələcəyinə inanıram. Bir daha bütün tələbələri təbrik edir, onlara uğurlar arzulayıram” deyə, Mətbuat Şurasının sədri qeyd edib.

Vüsalə Mahirqızı: "Sentyabrdan üçüncü təlimlər başlayacaq"


"APA Media Group"un Baş direktoru Vüsalə Mahirqızı deyib ki, birinci təlimi bitirən 15 nəfərdən çox məzun artıq media sahəsində çalışır.
“Birinci təlim üçün 220, ikinci təlimlə bağlı isə 180 CV daxil oldu. İlk təlimi 22 nəfər, bu dəfəki təlimi isə 18 nəfər bitirir. Bu tələbərdın ümumilkdə 10 nəfəri APA-da, 6 nəfər isə başqa media qurumlarında çalışır. Vaxtaşırı başqa həmkarlarım da kadr bankları üçün bizim məzunlarla maraqlanırlar".

Vüsalə Mahirqızı bildirib ki, sentyabr ayından üçüncü təlimlər başlayacaq.

" Biz bu dəfə medianın digər sahələrini də əhatə edən bir neçə profilli təlim və kurslar təşkil etməyi planlaşdırırıq. Bu təlimlərdə artıq beynəlxalq tərəfdaşlarımız da olacaq" deyə, Vüsalə Mahirqızı bildirib: "Bu gün məzun olan gəncləri Azərbaycan mediasında peşəkar jurnalistlər və media rəhbərləri kimi görməyi arzulayıram”.

Nurşən Quliyev: "Məqsədimiz bu məktəbin davamlı fəaliyyətini təmin etməkdir"

"APA Media Group"un Baş redaktoru Nurşən Quliyev APA Jurnalist Məktəbinin uğurlu nəticələrinin olduğunu bildirib:
"Bundan əvvəlki məzunlar artıq müxtəlif media sahələrində çalışırlar. Bu da göstərir ki, APA Jurnalist Məktəbinin uğurlu nəticələri var. Uğurumuzun əsas səbəblərindən biri praktik jurnalistika bacarıqlarının dərindən öyrədilməsidir. Məqsədimiz bu məktəbin davamlı fəaliyyətini təmin etməkdir. Biz fəxr edirik ki, təlimlərimizə qatılan tələbələr indi fərqli sayt və redaksiyalarda çalışaraq “APA Jurnalist Məktəbinin məzunu” adı ilə özlərini təsdiq edirlər".


Almaz Mahmud: Bu cür məktəblər nə qədər çox olsa...

Azərbaycan Televiziya və Radio Verilişləri QSC-nin nəzdnindəki Teleradio Akademiyasına rektoru, APA Jurnalist Məktəbinin təlimçisi Almaz Mahmud bildirib ki, tələbələrin bu sahəyə yanaşması, marağı və məsuliyyəti onu sevindirib:

“Dezinformasiyanın qarşısını necə alaq? – bu sual bizi daim düşündürür. Biz inanırıq ki, bu problemin qarşısını almağın ən təsirli yollarından biri məhz APA Jurnalist Məktəbi kimi məktəblərdir. Bu cür məktəblər nə qədər çox olsa, biz dezinformasiyaya qarşı bir o qədər güclü mübarizə apara bilərik. Peşəkar və prinsiplərlə işləyən jurnalistlərin artması informasiya məkanını təmizləmək üçün əsas şərtdir. Arzum budur ki, ölkəmizdə jurnalistika sahəsində yaxşı mütəxəssislər yetişsin, media savadı və məsuliyyəti yüksək olan gənclər formalaşsın".


İlqar Əlfi: Jurnalistika məsuliyyətli işdir

Publisist İlqar Əlfi bildirib ki, jurnalistika məsuliyyətli işdir: "Gənclərə tövsiyəm odur ki, ilk növbədə həyatı, sonra isə insanları öyrənsinlər. Çünki jurnalistikanın incəlikləri çoxdur, amma bunlar bəzən göründüyündən daha dərindir".

"Jurnalistika çox çətin, eyni zamanda vacib peşədir. Bəzən cəmiyyətdə bu sahəyə dəyər verilmədiyini hiss edirik. Bəzən hörmətdən düşdüyünü düşünənlər olur. Bəzən də bu peşə sizi polemikaya çəkə bilər. Amma bütün bunlara baxmayaraq, bu həqiqətən də önəmli və təsirli sahədir. Siz çox vacib işlə məşğulsunuz. Əgər bu peşəni sevərək seçmisinizsə, yolunuz açıq olsun” İlqar Əlfi qeyd edib.

Ramilə Qurbanlı: Bu məktəbin genişlənməsini arzulayıram
Jurnalist Ramilə Qurbanlı qeyd edib ki, APA jurnalistlərin əksəriyyəti üçün məktəb olub.


APA yaranan gündən jurnalistika məktəbidir. Mən hələ APA-da işləməyə başlamamışdan əvvəl, bir xəbərin doğruluğuna əmin olmaq üçün ilk növbədə APA-nın saytına baxardım. Bu gün də bu ənənəm dəyişməyib. Çox istərdim ki, bu məktəb böyüsün, genişlənsin. Çünki bu məktəbin yetişdirdiyi gənclər gələcəyin mediasına yayılacaq, onun simasını formalaşdıracaq. Bir daha hər birinizi təbrik edirəm! Arzu edirəm ki, bu məktəbi davam etdirəsiniz, onun dəyərlərini yaşadasınız. Və nə vaxtsa hansısa media orqanında çalışanda, o redaksiyalara siz təsir edəsiniz, onlar sizə yox!”.

Bahəddin Həzi: Karyeranız hələ qarşıdadır
Yazıçı-publisist Bahəddin Həzi məktəbin məzunlarını təbrik edib:
"Həsən bəy Zərdabinin əkdiyini biz bu gün biçirik. Bu gün bu qrupda keçirilən təlim bizi bir-birimizdən ayırır – amma məqsəd bizi birləşdirməkdir. Sizi mediada hələ çox görəcəyik. Bir yerdə işləyəcəyik, yollarımız yenə kəsişəcək. Biz də bacardığımız qədər sizə öyrətməyə çalışırıq – bildiyimizi paylaşırıq. Mən öz kitabımı sizə hədiyyə edəcəyəm. Bu həm simvolik təşəkkür, həm də yol yoldaşı kimi dəyərləndirilə bilər".

Bahəddin Həzi qeyd edib ki, gənclərin karyerası hələ qarşıdadır: " Mən bu məktəbdə təlim keçməkdən, gənclərlə təcrübəmi bölüşməkdən çox məmnunam".

Afaq Vasifqızı: APA-da təlim almaq bir möhür qazanmaq deməkdir

Tanınmış jurnalist Afaq Vasifqızı qeyd edib ki, APA Jurnalist Məktəbinin məzunları bu brendin təmsilçiləridir:
“Jurnalistika təbabət deyil ki, burada resept verilsin. Bu sahədə uğur qazanmaq üçün yalnız qaydaları öyrənmək kifayət deyil. Biz bu təlimlərdə sizə sadəcə yazı yazmağı öyrətmədik. Çünki insanın ya yazı yazmaq bacarığı var, ya da yoxdur. Biz bu məktəbdə həyat haqqında danışdıq Şəxsi təcrübələrimizi bölüşdük. Mən 35 illik peşəkar yolumu sözlə sizə çatdırmağa çalışdım".

Afaq Vasifqızı qeyd edib ki, APA yarandığı gündən jurnalistləri ətrafına toplamağı bacaran media qurumu olub: " APA-nın uğuru odur ki, o, həmişə ən yaxşıları bir araya gətirməyi bacarıb. Buna görə də istehsal etdiyi məhsul yüksək keyfiyyətlidir. idi. APA-da təlim almaq bir möhür qazanmaq deməkdir. Bu həm də bir brendin daşıyıcısı olmaqdır. APA Jurnalist Məktəbinin məzunları bu brendin təmsilçiləridir. Bu böyük bir şərəfdir. Əmin olun ki, həyatınızın gələcək mərhələlərində APA-nın möhürü olan bu sertifikat sizə yol yoldaşı olacaq, qapılar açacaq. Hər birinizə uğurlar arzulayıram”.

Şamil Paşayev: APA-da olmaq böyük uğurdur

Tanınmış hüquqşünas, məktəbin təlimçisi Şamil Paşayev vurğulayıb ki, bu məktəbdə iştirakçılarla onlara lazım olan biliklər bölüşülüb.

APA Jurnalist Məktəbində biz etik kodeks barədə söhbət etdik. Təlimdə kifayət qədər hazırlıqlı gənclər iştirak edirdi. Nəsə öyrənmək, sual vermək istəyən çox idi. APA Jurnalist Məktəbinin tələbəsi olmaq və sertifikatla təmin olunmaq kifayət qədər ciddi uğurdur".

Sonra məzunlara sertifikatlar təqdim edilib.
Qeyd edək ki, təlimlər üç ay davam edib.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:54
embedMənbə:https://apa.az
archiveBu xəbər 18 İyul 2025 22:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünya siyasətində sabitlik pozulub

01 Sentyabr 2025 08:07see344

Araz Bağırovun ardınca Difai ni 2 futbolçu da tərk etdi

01 Sentyabr 2025 22:59see165

Rusiyada saxlanılan miqrant futbolçuları deportasiya gözləyir

01 Sentyabr 2025 01:13see138

Türk qəhvəsi sevənlər OXUSUN Sən demə...

01 Sentyabr 2025 01:45see138

İsrail Rusiyaya səfir təyin etdi

01 Sentyabr 2025 00:02see135

La Liqa: Barselona dan xal itkisi

01 Sentyabr 2025 01:40see131

Bakıda zəncirvari qəza: İki KamAZ və dörd minik avtomobili toqquşub

01 Sentyabr 2025 01:01see129

Avropa Komissiyası: Gürcüstanın cavabı alınıb, qiymətləndiriləcək

01 Sentyabr 2025 19:54see128

Yer niyə fırlanır və ya fırlanmasa, nələr baş verər?

31 Avqust 2025 19:39see126

İsrail ordusu HƏMAS ın xaricdəki liderlərini hədəf alacaq

31 Avqust 2025 22:01see125

Teleqramda möhtəşəm yenilik...

01 Sentyabr 2025 01:17see125

Şirvanda toyda kütləvi dava 2 nəfər həbs edildi

02 Sentyabr 2025 02:01see122

“Nüvə məsələsi üçün diplomatik pəncərə açıqdır”

02 Sentyabr 2025 02:31see120

Suriya son 14 ildə ilk dəfə neft ixrac etdi

02 Sentyabr 2025 01:54see120

Ağdamda baş vermiş yol qəzasının təfərrüatları məlum olub FOTO YENİLƏNİB

31 Avqust 2025 19:50see118

Moskvada müəllim şantaja görə həbs olundu

02 Sentyabr 2025 04:00see118

Flamingo nun təqdimatı ilk dəfə onlayn nümayiş olunub...

01 Sentyabr 2025 00:05see116

Biz çox böyük iş görmüşük İmişli nin baş məşqçisi

31 Avqust 2025 22:12see115

Ər arvad bir birinə psixi pozğunluq yoluxdura bilərlər Təsir nəsillərə ötürülür

02 Sentyabr 2025 05:47see115

Azər Həşimov: Məğlub olsaq da...

31 Avqust 2025 20:24see114
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri