“Aparıcı dövlətlərin kiçik bir təkanı Rusiyanın parçalanmasına gətirə bilər...”
Moderator.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Fikrimcə, Ukrayna savaşının qeyri-müəyyən zamana qədər uzadılmasının əsl səbəbini bu həqiqətdə axtarmaq lazımdır...”
Artıq tezliklə 5-ci ilinə qədəm qoyacaq Ukraynaya təcavüzü fonunda Rusiyadakı işğalçı, avtoritar Putin rejimi daxilindəki siyasi-iqtisadi qruplaşmalar arasındakı ziddiyyətlərin getdikcə artdığı barədə fikirlər dolaşır. Görəsən, analitiklərin müşahidələri nə göstərir: bu ziddiyyətlər, üstəgəl Ukrayna savaşındakı çıxılmaz “tsutsvanq” durumu və ölkə iqtisadiyyatındakı tənəzzül Rusiyanın yaxın illərdə çöküşünə və parçalanmasına gətirib çıxara bilərmi? Və hansı xarici güc mərkəzləri, dövlətlər bu parçalanmada real olaraq maraqlıdır- bu istiqamətdə iş aparır?..
Siyasi şərhçi Heydər Oğuz mövzu ilə bağlı Moderator.az-a açıqlamasında bildirib ki, Ukrayna savaşında planlaşdırdığı hədəfini 5 ildir reallaşdıra bilməyən Rusiya ciddi böhranla üz-üzədir:
“Bir tərəfdən, iqtisadi çətinliklər, digər tərəfdən isə Avropa ilə ticarət əlaqələrini tamamilə itirməsi, dolayısıyla beynəlxalq nəqliyyat xətlərindən kənara düşməsi, Çin, İran kimi müttəfiqləri ilə arzuladığı müttəfiqlikləri qura bilməməsi, ölkə daxilində get-gedə böyüyən narazılıqlar Rusiyanı içindən çıxılması mümkün olmayan böyük böhrana sürükləyir.
Dünyanın aparıcı dövlətlərinin kiçik bir təkanı bu ölkənin həqiqətən də parçalanmasına gətirib çıxara bilər. Amma məsələ burasındadır ki, dünya gücləri Rusiyanın parçalanmasını da arzulamırlar. Çünki bu ölkə parçalanarsa, bir anın içində bir neçə tam nəzarət edə bilməyəcəkləri nüvə gücləri ortaya çıxar. Nəticədə yeni təhlükəsizlik problemləri doğar. Üstəlik, yeni ortaya çıxacaq olan nüvə dövlətlərində kimlərin hakimiyyətə gələcəyi də bəlli deyil. Qərb ölkələri ilə heç bir təması olmayan qüvvələrin hakimiyyəti və nüvə qüdrətini ələ keçirməsi hər kəs üçün böyük təhlükə deməkdir...”
Analitik hesab edir ki, Rusiyanın parçalanması və yeni subyektlər arasında ziddiyyətlərin yaranması bu ölkənin təbii sərvətlərinin istismarını və nəql olunmasını da çətinləşdirə bilər:
“Məlumdur ki, indiki Rusiyanın təbii sərvətləri ölkənin əsasən ortalarında və şimal ərazilərindədir. Həmin coğrafiyadan Qərbə və dünyanın digər bölgələrinə xammal hazırda bir ölkənin ərazisindən daşınır. Rusiya parçalanarsa, həmin ərazidə bir neçə dövlət ortaya çıxar və bu da tranzit xərclərini həm artırar, həm də yeni regional münaqişələr onun daşınması önündə əngəlləri artırar, bəzən hətta imkansız hala gətirib çıxara bilər...
Ən əsası, Rusiyanın parçalanması təbii sərvətlərlə zəngin Uzaq Şərq əyalətlərinin Çinin əlinə keçməsilə nəticələnə bilər. Bu isə daha ciddi təhdid və təhlükələrin ortaya çıxması deməkdir. Yeri gəlmişkən, Çinin Rusiyadan tələb etdiyi ərazilər də az deyil. Söhbət hardasa 6 milyon kvadrat kilometrlik ərazidən gedir. Rusiyanın indiki ərazilərinin 17 milyon, Çinin ərazilərinin isə hardasa 10 milyon kvadrat km. olduğunu nəzərə alsaq, sözügedən ərazi mübadiləsində ikincinin ərazi baxımından birinci ilə əvəz olunması anlamına gəlir. Üstəlik, Çin Rusiya kimi kasıb və öz imkanlarını reallaşdırmaq əzminə sahib olmayan ölkə də deyil. Əksinə, getdikcə böyüyür, dünya iqtisadiyyatında və hərbi qüdrətində ABŞ-ı belə geridə buraxmaq imkanı qazanır. Sözsüz ki, ABŞ yağışdan qaçarkən yağmura tutulmaq istəməz və bu səbəbdən də Rusiyanın özünü qorumasında ən azı onun özü qədər maraqlıdır...”
“Məhz bu 3 amil – təhlükəsizlik qayğıları, komminikasiya problemləri və daha güclü rəqiblə üzləşmək perspektivi qlobal güc mərkəzlərinin maraqlarına cavab vermir”, -deyə vurğulayan Heydər Oğuz ardınca belə deyib:
“Odur ki, özəlliklə ABŞ kimi super-güc Rusiyanın parçalanması düşüncəsini yaxına buraxmaz, bacardığı qədər buna mane olmağa məhkumdur.
Uzun sözün qısası, Rusiya parçalansa belə, ABŞ nəyin bahasına olursa-olsun, onu bütöv tutmağa çalışacaq. Çin isə indiki məqamda Rusiyanı da qarşısına almaq istəməz. Bu səbəbdən də hər kəsə zəif, hər an parçalanmaq təhlükəsi altında yaşayan və xarici təzyiqlərə həssas vəziyyətə düşmüş Rusiya daha çox sərf edir. Fikrimcə, Ukrayna savaşının qeyri-müəyyən zamana qədər uzadılmasının əsl səbəbini bu həqiqətdə axtarmaq lazımdır”.
Təqdim etdi:
Sultan Laçın
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:53
Bu xəbər 30 Yanvar 2026 09:58 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















