“Appro Hospital”da qalmaqal Qadın əməliyyatdan sonra ağır vəziyyətə düşdü Video
Icma.az xəbər verir, Tribuna saytına əsaslanaraq.
Bakı sakini Hacıyev Rövşən Elşən oğlu anası Hacıyeva Kifayət Akif qızının “Appro Hospital”da keçirdiyi əməliyyatdan sonra ağır vəziyyətə düşdüyünü bildirib.
Tribunainfo.az Baku TV-yə istinadən xəbər verir ki, onun sözlərinə görə, anası 10 sentyabr 2025-ci il tarixində həmin xəstəxanada neyrocərrahlar Nazim Verdiyev və Elşən Hüseynzadə tərəfindən əməliyyat olunub.
Rövşən Hacıyev iddia edir ki, əməliyyatdan sonra anasının vəziyyəti kəskin şəkildə pisləşib:
“Bir həftə ərzində dərmana 2800 manat pul vermişəm. Elşən Hüseynzadə ilə artıq yeddi aydır təqaüdə çıxmış Nazim Verdiyev anamı əməliyyat edib. Haradadır o həkimlər, çıxsınlar ortaya. Tibb bacısı mənə deyirdi ki, gündə 20 manat ver, sənin anana baxım. Verdiyim pullara baxmayaraq, nəticə bu oldu. Nazim Verdiyev öz maşınında məndən 3 min manat da alıb”.
O qeyd edib ki, həkimlər əməliyyat zamanı anasının şah damarındakı şişi zədələyiblər, lakin bu barədə ailəyə məlumat verilməyib:
“Bir həftə ərzində anamı əməliyyat etdilər, amma şah damarındakı şişdən xəbər vermədilər. Əməliyyat zamanı həmin şişi kəsib zədələdilər. Xəstəxanaya gətiriləndən cəmi 2-3 gün sonra hər iki həkim ölkəni tərk etdi”.
Daha ətraflı videomaterialda:
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:17
Bu xəbər 24 Oktyabr 2025 13:20 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















