Icma.az
close
up
RU
Aprel 2016: işğalçı Ermənistana “ayılmaq” dərsi

Aprel 2016: işğalçı Ermənistana “ayılmaq” dərsi

Icma.az bildirir, Xalq qazeti saytına əsaslanaraq.

Qarabağ münaqişəsinin “hərbi həll yoxdur” yalanının iflası

Azərbaycan Ordusunun parlaq tarixi qələbələrindən olan şanlı Aprel döyüşlərinin 10-cu ildönümü tamam olur. 2016-cı il aprelin 2-də Ermənistan silahlı qüvvələrinin təxribatlarına cavab olaraq ordumuz sürətli əks-hücum əməliyyatı ilə düşməni ağır məğlubiyyətə uğratdı, Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının işğal altındakı ərazilərinin 2000 hektardan çox hissəsini azad etdi. Həmçinin minlərlə hektar ərazi Azərbaycan Ordusunun tam nəzarətinə keçdi. Ordumuz Aprel döyüşləri ilə 23 ildən sonra xalqımıza qələbə sevinci yaşatdı. Dördgünlük döyüşlər keçmiş Qarabağ münaqişəsində dönüş anına səbəb olaraq ölkəmizin artan hərbi qüdrətini və status-kvonun dəyişmək əzmini nümayiş etdirdi.
Aprel döyüşləri lokal hərbi qarşıdurma olmaqdan çıxaraq qısa müddətdə beynəlxalq gündəmin də əsas mövzularından birinə çevrildi. Hadisələrin miqyası müxtəlif qlobal aktorların diqqətini bölgəyə yönəltdi və prosesə dair mövqelərin səsləndirilməsinə səbəb oldu. Müxtəlif dövlətlər və beynəlxalq təşkilatlar eskalasiyanın dayandırılması üçün çağırışlar etsələr də, bu çağırışlar tərəflərin mövqeləri kimi fərqliliyi ilə seçildi. Əlbəttə, ilk növbədə keçmiş münaqişənin həllini öz üzərinə götürmüş ATƏT-in Minsk qrupunun 3 həmsədr dövlətinin – ABŞ, Fransan və Rusiyanın xarici siyasətə cavabdeh qurumlarının və rəsmi şəxslərinin verdikləri açıqlamalar diqqəti cəlb edirdi. Qeyd etmək lazımdır ki, həmin dövrdə ABŞ-da Prezident İlham Əliyevin bu il yanvarın 5-də yerli televiziya kanallarına müsahibədə dediyi sözlərlə desək, Azərbaycanla kifayət qədər məsafəli davranan Obama–Bayden administrasiyası hakimiyyətdə idi. Onların Dövlət katibi, qatı ermənipərəst, senator olduğu dövrdə bədnam 907-ci düzəlişin qəbul edilməsində çox böyük fəallıq göstərmiş Con Kerri, ermənipərəstlikdə və azərbaycanofobiyada ondan geri qalmayan müavini Viktoriya Nuland ölkəmizi açıq şəkildə təhdid etdilər. Kerrinin bəyanatında deyilirdi: “Birləşmiş Ştatlar dinc əhali arasında da ölümlə nəticələnən Dağlıq Qarabağda qoşunların təmas xətti boyunca atəşkəs rejiminin genişmiqyaslı şəkildə pozulmasını qətiyyətlə pisləyir. Biz bütün tərəfləri təmkin göstərməyə və atəşkəs rejiminə ciddi riayət etməyə çağırırıq. Biz bir daha təkrarlayırıq – münaqişənin hərbi yolla həlli yoxdur. Həmsədr ölkə olaraq ABŞ dayanaqlı və razılaşdırılmış sülhə nail olmaq üçün münaqişə tərəfləri ilə işləməyə sadiqdir”.
Fransa Prezidenti Fransua Olland da münaqişəni yalnız danışıqlar yolu ilə həll etmək mümkün olduğu fikrini bildirdi. Onun ofisinin yaydığı açıqlamada deyilirdi: “Prezident Dağlıq Qarabağda, təmas xəttinin yaxınlığında dinc əhali arasında da itkilərlə nəticələnən ciddi insidentlərdən dərindən təəssüflənir”. Olland bütün tərəfləri (?) təmkinliyə və atəşkəs rejiminə əməl etməyə çağırmışdı: “Danışıqlara alternativ yol yoxdur. 2014-cü ilin oktyabrında Parisdə Azərbaycan və Ermənistan prezidentlərini qəbul etmiş prezident Olland münaqişənin tez bir zamanda sülh yolu ilə nizamlanmasına sadiqliyini təsdiqləyib”.
Digər həmsədr dövlət – Rusiyanın reaksiyası isə operativ və ehtiyatlı xarakter daşıyırdı. Moskva dərhal atəşin dayandırılmasına, eskalasiyanın qarşısının alınmasına və vasitəçilik rolundan istifadə olunmasına fokuslanmışdı. Moskva döyüşlərin dayandırılmasında fəal iştirak etdi. Rusiya Müdafiə Nazirliyi Ermənistan və Azərbaycanın baş qərargah rəislərinin görüşünü təşkil etdi və nəticədə atəşkəs barədə razılaşma əldə olundu. Bütövlükdə, şimal qonşumuz ehtiyatlı mövqe nümayiş etdirdi. Rusiya açıq şəkildə hansısa tərəfi dəstəkləməkdən çəkinərək balansı qorumağa çalışdı. Bununla belə, Ermənistanın KTMT müttəfiqi, Azərbaycanın isə strateji tərəfdaş olması vəziyyəti daha həssas edirdi. Rusiya danışıqlar prosesinin tezliklə bərpasına çağırış edir, həmçinin münaqişənin davam etməsinə təhrik edən xarici qüvvələri tənqid edirdi. Aprel döyüşləri Rusiya–Ermənistan və Rusiya–Azərbaycan münasibətləri üçün bir növ sınağ çevrildi. Hadisələr göstərdi ki, Moskva kritik eskalasiyaya yol vermədən hər iki tərəf üzərində təsirini qorumağa çalışır.
BMT-nin Baş katibi Pan Gi Mun bütün tərəfləri hərbi əməliyyatlara son qoymağa, atəşkəs rejiminə tam əməl etməyə və vəziyyətin sabitləşməsi üçün addımlar atmağa çağırdı. O dövrdə Almaniyanın xarici işlər naziri, hazırda prezidenti olan Frank-Valter Ştaynmayer hər iki tərəfi dərhal döyüşü dayandırmağa və atəşkəs rejiminə tam əməl etməyə səsləmişdi.
Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Federika Mogerini qarşıdurmanın getdikcə ciddi xarakter almasından narahatlığını bildirmişdi: “Əmin olmaq istəyirik ki, münaqişə tərəfləri baş verənlərin məsuliyyətini anlayır və beynəlxalq təşkilatların narahatlığına anlayış göstərəcəklər. Biz münaqişənin danışıqlar masası arxasında və sülhlə nəticələnməsini istəyirik”.
***
Aprel döyüşləri gerçək dostlarımızın və düşmənlərimizin kim olduğunu bir daha üzr çıxardı. Əsas strateji müttəfiqimiz olan qardaş Türkiyənin Prezidenti Rəcəb  Prezident İlham Əliyevə telefonla zəng etdi. O, qoşunların təmas xəttində baş verən silahlı toqquşma zamanı Azərbaycan Ordusunun hərbi qulluqçularının şəhid olması ilə bağlı İlham Əliyevə başsağlığı verdi. Rəcəb Tayyib Ərdoğan başqa bir açıqlamasında isə “çox təəssüf ki, neçə illər ərzində Dağlıq Qarabağ bölgəsindəki münaqişəyə Minsk qrupu həmsədrləri laqeyd yanaşdığı üçün biz bu mənzərə ilə qarşı-qarşıya qaldıq” demişdi.
Pakistan Prezidentinin katibi Əhməd Fərrux bildirmişdi ki, İslamabad həmişə Bakının yanındadır və Azərbaycana dost və qardaş ölkədir. Gürcüstanın müdafiə naziri Tinatin Xadeşeli Tbilisinin Azərbaycanın ərazi bütövlüyünü dəstəklədiyini və münaqişənin tezliklə beynəlxalq hüquq normaları əsasında sülhlə həll olunacağına ümid etdiyini bildirmişdi.
Həmin günlərdə müdafiə naziri, general-polkovnik Zakir Həsənov İran İslam Respublikasının müdafiə və silahlı qüvvələrə dəstək naziri, general-mayor Hüseyn Dehqanla qoşunların təmas xəttində yaranmış gərginliyi telefon vasitəsilə müzakirə etmişdilər. Danışıqlar zamanı H.Dehqan İranın Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bir daha qeyd edərək münaqişənin qısa müddət ərzində beynəlxalq hüquq normaları əsasında həll olunacağına ümid etdiyini bildirmişdi. O, İranın Azərbaycan tərəfinə münaqişənin həll olunması istiqamətində yardım və dəstəyini təklif etmişdi. Ukrayna Prezidenti Petro Poroşenko Azərbaycanın ərazi bütövlüyünü tanıdığını bildirmişdi. Belarus Xarici İşlər Nazirliyinin aprelin 2-də yaydığı bəyanatda deyilirdi ki, Minsk Azərbaycanın ərazi bütövlüyünü tanıyır.
Bütövlükdə, bütün beynəlxalq reaksiyaların məzmunu göstərirdi ki, həmin dövrdə bir çox aktorlar regionda mövcud status-kvonu qorumağa çalışır, prosesin hərbi yolla dəyişməsinin mümkünsüzlüyünü iddia edirdilər. Lakin zaman göstərdi ki, bu yanaşmalar reallığı əks etdirmirdi. Azərbaycanın getdikcə möhkəmlənən siyasi iradəsi, artan hərbi gücü və strateji qərarlılığı nəticəsində illərlə “hərbi yolla həlli yoxdur!” deyilən münaqişə 2020-ci ildə öz ədalətli sonluğunu tapdı. Bu gün Cənubi Qafqazda tamamilə yeni təhlükəsizlik və əməkdaşlıq mühiti formalaşırsa, bunun təməlində məhz Aprel döyüşlərinin yaratdığı dönüş nöqtəsi dayanır. Həmin döyüşlər sübut etdi ki, ədalət hər zaman güclü mövqe və prinsipial siyasət tələb edir. Azərbaycan öz suverenliyini bərpa etməklə yalnız tarixi ədaləti təmin etmədi, həm də regionda yeni geosiyasi düzənin əsasını qoydu. Şanlı Aprel döyüşləri bu yolun başlanğıcı, qələbəyə aparan iradənin ilk parlaq təzahürü oldu.

Səxavət HƏMİD 
XQ

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:102
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 03 Aprel 2026 13:04 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Zəfər Gününə həsr olunan fləş mob Video

08 Noyabr 2026 13:20see775

Zəfər yaddaşı Məryəm Bağırova yazır

08 Noyabr 2026 15:12see518

Azərbaycanlı müğənni qabırğasının qığırdağını burnuna köçürtdü (Video)

08 Noyabr 2026 10:24see307

Marsol Group və İCMA üzvləri Zəfər Günü münasibətilə Zəfər abidəsini ziyarət etdilər FOTOLAR

08 Noyabr 2026 10:33see282

Putinin məqsədi Ukrayna iqtisadiyyatını tamamilə məhv etməkdir CNN

08 Noyabr 2026 10:52see277

Faktiki hava: Bu ərazilərə qar yağıb

08 Noyabr 2026 11:42see261

Azərbaycanda qadın böyrəyini həyat yoldaşına verdi

08 Noyabr 2026 17:05see250

Bu yaşda ət yemək ömrü uzadır

09 Noyabr 2026 05:06see237

Bakı bulvarında konsert keçirildi

08 Noyabr 2026 20:15see235

Bakıda tanınmış teatr rejissoru Lev Dodinlə açıq görüş keçirilib (Foto)

08 Noyabr 2026 13:23see231

Zəfər Günü ilə bağlı Ağsu, Göyçay və Zərdabda tədbirlər keçirilib

08 Noyabr 2026 15:27see225

Milli Qəhrəmanın oğlu: “Qarabağı gəzəndə hər bir addımımı ehtiyatla atıram, orada şəhidlərimizin ruhu yatır“

08 Noyabr 2026 11:23see225

Komedixana nın aktrisasının 10 il əvvəlki görünüşü (Foto)

08 Noyabr 2026 09:30see223

Telefon nömrəniz başqasına satılsa, bankdakı pulunuz nə olacaq? Gizli təhlükə

08 Noyabr 2026 14:16see218

Slovakiyada Zəfər Günü təntənəsi

08 Noyabr 2026 06:49see208

Rusiya səfiri: Moskva Yerevanla hərbi texniki əməkdaşlığı davam etdirməyə hazırdır

09 Noyabr 2026 01:32see196

İlham Əliyev Türkiyədə keçiriləcək COP31 də iştirak edəcək

08 Noyabr 2026 19:13see187

Tünd kişmiş cavanlaşdırır

09 Noyabr 2026 03:03see183

İlham Əliyev Ərdoğanla Şuşadakı görüşündən yeni paylaşım edib VİDEO

08 Noyabr 2026 19:39see179

Rubio: İranın tələbləri qəbuledilməzdir, danışıqlarda irəliləyiş yoxdur

09 Noyabr 2026 03:03see176
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri