Icma.az
close
up
RU
Azərbaycan Ordusu işğalçı Ermənistana sarsıdıcı zərbələr vururdu

Azərbaycan Ordusu işğalçı Ermənistana sarsıdıcı zərbələr vururdu

Xalq qazeti saytından verilən məlumata görə, Icma.az xəbər verir.

Dövlət başçısının açıqlama və Zəfər müjdələri isə Böyük Qələbənin yaxınlaşdığından xəbər verirdi

Vətən müharibəsinin ilk günlərindən etibarən cəbhədə uğurlu hərbi əməliyyatlar aparan Silahlı Qüvvələrimiz döyüş ruhu, peşəkarlığı ilə diqqət çəkdi. Azərbaycan Ordusu müasir texnoloji döyüş üsullarından istifadə etməklə yeni bir tarixə imza atdı. Artıq bu gün də beynəlxalq aləmdə Azərbaycanın bu müharibədə reallaşdırdığı taktika, hərbi-texniki vasitələr və texnologiyalardan danışılır, bütün bunların dünya hərb tarixində xüsusi öyrəniləcəyinin zəruriliyi bildirilir.

Müharibənin ilk günlərindən respublikamız öz mövqeyini mümkün qədər aydın şəkildə beynəlxalq ictimaiyyətə çatdırdı, haqq savaşı, haqq müharibəsi apardığını bütün dünyaya bəyan etdi, Ermənistanın təcavüzkarlığı qarşılığında əks-həmlə əməliyyatlarına başlamağa məcbur olduğunu dəlil-sübutla təsdiqlədi. Burada bir məqamı xüsusilə vurğulamaq istərdik. Belə ki, bu hadisələr bir daha göstərdi ki, dünyada hələ də tam ədalətli bir sistem qurulmayıb. Müxtəlif maraqlar, xüsusilə böyük dövlətlərin mənafe toqquşmaları beynəlxalq münasibətlər sisteminin beynəlxalq hüquqa əsaslanmasına imkan verməyib. Əgər belə olmasaydı, ötən 30 il ərzində Azərbaycanın 20 faiz ərazisini işğalda saxlayan Ermənistan, necə deyərlər, yerində otuzdurulardı, düşmən qoşunları ərazilərimizdən geri çəkilməyə məcbur edilərdi.

Lakin bütün bunlar olmadı. Əksinə, işğalçı dövlət hər addımda ədalətsiz şəkildə müdafiə edildi, silahlandırıldı. Nəhayət, Azərbaycanın səbir kasası daşdı, işğalçının hücum edib yeni torpaqlarımızı tutmaq istəyinə daha dözə bilmədi, əks-həmlə əməliyyatları keçirməyə məcbur oldu.

Azərbaycan cəbhədə əldə ediyi möhtəşəm tarixi Zəfərin əsasını Vətən müharibəsindən əvvəlki son 17 il ərzində qoyub. Həmin dövrdə Ordumuzun güc-qüdrətinə mühüm önəm verilib, ən müasir döyüş texnikasının alınması gerçəkləşdirilib. Əsgər və zabitlərimizin sosial şəraitinin yaxşılaşdırılması daim diqqət mərkəzində saxlanılıb. Azərbaycan Prezidenti Vətən müharibəsi zamanı etdiyi çıxışların birində bu barədə danışarkən deyib: “Ordu quruculuğu mənim fəaliyyətimdə həmişə birinci yerdədir. Hərbçilər də, Azərbaycan xalqı da bunu bilir. Həmişə demişəm ki, ordumuz üçün nə lazımdırsa, biz onu da edəcəyik. Biz güclü, iradəli ordu yaratmışıq. Bizim bütün silahlı birləşmələrimiz müasir standartlara cavab verir və döyüş tapşırığını şərəflə, vicdanla, cəsarətlə yerinə yetirir. Bu gün əks-hücum əməliyyatında bizim müxtəlif silahlı birləşmələrimiz iştirak edir və vahid komandanın rəhbərliyi altında əks-hücum əməliyyatı uğurla gedir. Bütün silahlı birləşmələr arasında koordinasiya tam şəkildə təmin edilib. Əminəm ki, bu əks-hücum əməliyyatının bundan sonra da uğurlu nəticələri olacaqdır”.

Bax, elə buna görə də belə bir orduya sahib olan dövlətimizin başçısı uzun illər ən yüksək tribunalardan daim bildirib ki, əgər münaqişənin həllində sülh danışıqları səmərə verməzsə, işğal altındakı torpaqlarımız hərbi yolla azad ediləcək. Müharibəyə qədər Azərbaycan beynəlxalq mövqelərini də gücləndirmişdi, dünyanın ən müxtəlif ölkələri ilə əlaqələrini yüksək səviyyəyə çatdırmışdı. Bu uğurlu əməkdaşlıq savaş günlərində Ermənistanın havadarlarının Azərbaycana qarşı birləşdiyi məqamda öz müsbət nəticəsini verir, haqq səsimizin beynəlxalq kürsülərdə eşidilməsinə şərait yaradırdı. Məsələn, 2011-ci ildə Azərbaycanın keçmiş sovet respublikaları arasında ilk dəfə olaraq BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, NATO və Avropa İttifaqı ilə əlaqələrin getdikcə möhkəmlənməsi, Qoşulmama Hərəkatına üzv olduğu illər ərzində özünün uğurlu xarici siyasəti sayəsində bu təsisat daxilində böyük nüfuz və etimad qazanması bunun bariz ifadəsi idi. Vətən müharibəsi zamanı BMT Təhlükəsizlik Şurasında Azərbaycanla bağlı ədalətsiz sənədin imzalanmasına imkan verilməməsi də bunun əyani nümunəsi olaraq diqqət çəkdi.

Bütün bunlar deməyə əsas verir ki, Azərbaycanın döyüş meydanında qazandığı qələbələr bütün ölkələrlə siyasi danışıqlarda haqlı və prinsipial mövqeyimizi qətiyyətlə qoruyan Prezident İlham Əliyevin müdrik siyasi xadim kimi səmərəli fəaliyyətinin, ötən dövr ərzində Azərbaycanı dünya arenasında layiqincə təmsil etməsinin, xalqımızın dövlət başçımıza dərin inam və etimadının məntiqi nəticəsi idi.

Dövlətimizin başçısı çıxışlarının birində bununla bağlı deyib: “Mən görürdüm, bəzi hallarda bu hadisələrə qədər Azərbaycan vətəndaşları, o cümlədən yer-yurdundan didərgin salınan insanlar hesab edirdilər ki, belə diplomatik uğurlar, əlbəttə, önəmlidir, ancaq onlar məsələnin həllini gerçəkləşdirmir. Mən isə həmişə onlara izah edirdim ki, bu, beynəlxalq qanun çərçivəsində həll olunası bir məsələdir. Buna görə biz bütün aparıcı beynəlxalq təşkilatlarla işləməliyik ki, bu münaqişənin həlli üçün hüquqi bazanı genişləndirək.

BMT Təhlükəsizlik Şurasının qətnamələri işləmirdi. Biz böyük səylər göstərdik, BMT Baş Assambleyası, Qoşulmama Hərəkatı, Avropa Şurası, Avropa Parlamenti, İslam Əməkdaşlıq Təşkilatı, digər təşkilatlar qətnamə qəbul etdi. Avropa İttifaqı ilə bizim aramızda paraflanmış sənəddə də sərhədlərimizin toxunulmazlığına, suverenliyimizə və ölkəmizin ərazi bütövlüyünə dəstək göstərildi. Yəni budur bu münaqişənin həlli üçün əsas...”.

Beləliklə, Azərbaycan Prezidentinin vurğuladığı kimi, bizim işğalçı üzərində möhtəşəm tarixi qələbənin əsasında xalqımızın birliyi, hakimiyyətin məqsədyönlü fəaliyyəti, beynəlxalq müstəvidə respublikamıza sərf edən və ədalətə əsaslanan qərarların qəbulu dayanır. Azərbaycan döyüş əməliyyatları zamanı da haqqa, ədalətə söykəndi, beynəlxalq konvensiyaları diqqət mərkəzində saxladı. Belə ki, Ermənistanın uğursuzluqdan isterikaya düşərək Azərbaycanın döyüş bölgəsindən uzaqda yerləşən rayon və şəhərlərində dinc əhalini, qadınları və uşaqları raket və artilleriya zərbələri ilə atəşə tutmasına baxmayaraq, ordumuz düşmənin yalnız hərbi obyektlərini hədəfə alır, hətta mülki əhalinin ziyan görməməsi üçün onları bu cür obyektlərdən uzaq durmağa çağırırdı.

Döyüşlərin ilk günündən Azərbaycan xalqı yekdilliklə əməliyyatları dəstəkləyir, on minlərlə vətən övladı könüllü şəkildə döyüşlərdə iştirak etmək üçün müraciət edirdi. Hamı “hər şey vətən üçün, hər şey cəbhə üçün, hər şey qələbə üçün” şüarı ilə Silahlı Qüvvələrimizin tam qələbəyə nail olması məqsədilə əlindən gələni edirdi. Dilindən, dinindən, siyasi və sosial mənsubiyyətindən asılı olmayaraq hər kəs ölkə rəhbərliyini səmimi şəkildə dəstəkləyir və eyni amal uğrunda bir yumruq kimi birləşərək Prezident İlham Əliyevin növbəti dəfə xalqa müraciət edərək yeni qələbə xəbərləri verməsini gözləyirdi.

Ermənistan ordusunda isə fərariliyin, özbaşınalığın vüsət aldığı, bu ölkənin silahlı qüvvələrində ərzaq və digər zəruri tələbat növlərinin çatışmazlığını əks etdirən videolar çəkilib sosial şəbəkələrdə paylaşılırdı. Belə videoların birində isə erməni orudusundakı vəziyyət göstərilərək əsgərlərin silah, çəkmə və paltar sarıdan əziyyət çəkdikləri bildirilirdi. Görüntülərdən rəhbərliyin əsgərlərlə maraqlanmadığı, bu vəziyyətlə bağlı kəskin etirazlar bildirildiyi məlum olurdu.

Onu da qeyd edək ki, Vətən müharibəsinin bir ay ərzində 3 dəfə imzalanan humanitar atəşkəs düşmən tərəfindən pozulmuşdu. Bununla da işğalçı istər cəbhə xəttində, istərsə də müharibə bölgəsindən uzaq ərazilərdə yerləşən yaşayış məntəqələrimizə qarşı ardıcıl olaraq təxribatlar törədir, dinc sakinləri atəş altında saxlayırdı. Amma Azərbaycan Ordusunun əks-həmləsindən əvvəl “Qarabağ Ermənistandır və nöqtə” deyərək yeni torpaqların işğalı iddiasını gizlətməyən Baş nazir Nikol Paşinyan savaş zamanı Silahlı Qüvvələrimizin güc-qüdrəti qarşısında təslim olmaq, işğalçılıq siyasətini dayandırmaq əvəzinə, dünya ictimaiyyətinə, beynəlxalq təşkilatlara heç bir düşüncəyə, məntiqə əsaslanmayan yalan məlumatlar verməkdə davam edirdi.

Cəbhədə döyüşlər getdiyi müddətdə düşmən ağır itkilər verərək geri çəkilməyə məcbur olsa da, ağır artilleriyadan dinc sakinlərə atəş açmaq, dağıntılar törətmək, infrastruktura ziyan vurmaq kimi vəhşi əməllərindən əl çəkmədi. Naftalan, Tərtər, Ağdam, Daşkəsən, Gəncə və digər şəhərlərə qarşı edilən terror nəticəsində çox sayda dinc sakin qətlə yetirildi, yaralandı, sosial infrastruktur dağıdıldı. Gəncədə törətdiyi terror aktları isə Ermənistanın faşist mahiyyətini bir daha nümayiş etdirdi. Azərbaycanın bu qədim şəhərinə yönədilən vandalizm, barbarlıq aciz vəziyyətə düşən işğalçının cəbhədəki məğlubiyyətinin heyfini dinc insanlardan almaq məqsədi daşıyırdı. Ölənlər və yaralananlar arasında körpələrin olması isə düşmənin faşist xislətinin, insanlığa sığmayan əməllərinin göstəricisi idi.

Prezident İlham Əliyev Vətən müharibəsi zamanı müsahibələrində ölkəmizin müharibədə terrorçulardan istifadə etməsi ilə bağlı səsləndirilən cəfəng iddiaları da rədd edir və bu cür narahatlıqların əsassız olduğunu, bununla əlaqədar hər hansı bir dövlətin, eləcə də Ermənistanın Azərbaycana heç bir fakt təqdim etmədiyini bildirirdi: “Savaş getdiyi günlərdə bu cür bəyanatlar təkcə Rusiya tərəfindən deyil, Fransa tərəfindən də səslənirdi və biz xahiş etdik ki, bizim hansısa terrorçuları dəvət etməyimizə dair konkret faktlar, konkret sübutlar təqdim edilsin. İndiyə qədər bizə sözlərdən başqa heç bir fakt təqdim edilməyib. Nə Prezident kimi mənə, nə bizim xüsusi xidmətlərin rəhbərlərinə, nə də Müdafiə Nazirliyinin rəhbərlərinə heç bir fakt təqdim edilməyib. Yaxşı, əgər belə faktlar varsa, əgər bunu bəyan edirlərsə, nə üçün bizə faktlar təqdim edilmir. Hansısa qəzet məqalələrinə istinad edirlər. Bilirsiniz, indi nə istəsən yazmaq olar. Ona görə biz bu yanaşmanı əsla qəbul etmirik”.

Yeri gəlmişkən, Azərbaycanın Vətən müharibəsində terrorçuya, hər hansı bir ölkənin hərbi dəstək ifadə etməsinə ehtiyacı yox idi. Dövlətimizin başçısı söhbətində vurğuladığı kimi, ordumuz savaşda, döyüş meydanında, eyni zamanda, texniki təchizatda üstünlüyə malik idi. Belə bir vəziyyətin mövcudluğunu qəsbkar da yaxşı bilirdi. Əks halda, Silahlı Qüvvələrimiz Ermənistanın işğalındakı ərazilərdə yerləşən əsas hərbi-texniki potensialı praktiki olaraq məhv etməyə gücü çatmazdı.

Azərbaycan lideri 2020-ci il oktyabrın 19-da Rusiyanın TASS informasiya agentliyinə videomüsahibəsində bu gerçəkliyi diqqətə çatdıraraq dedi: “230-dan çox tank əsasən pilotsuz uçuş aparatları vasitəsilə, habelə tank əleyhinə müasir mübarizə sistemləri – bunu gizlətmirəm, özü tuşlanan “Spike” raketləri vasitəsilə məhv edilib. Biz dünənə qədər 36 tankı qənimət götürmüşük, çoxlu sayda digər texnikanı, o cümlədən ən müasir “S-300” zenit-raket komplekslərini, bir neçə işəsalma qurğusunu, 40-a yaxın OSA zenit-raket kompleksi qurğusunu, TOP qurğularını məhv etmişik. Prinsip etibarilə onlar pilotsuz uçuş qurğularına qarşı işləməlidirlər, lakin PUA-lar onları məhv edib. Məgər bunları Suriyanın harasındansa gəlmiş terrorçular ediblər? Yaxud bu gün, bizim Ordumuz əraziləri azad edərkən kim orada həmin terrorçuları görüb? Bunlar bizim əsgərlər və zabitlərdir…”.

Hazırda da çox yüksək peşəkarlığa malik olan Azərbaycan Ordusunun güc-qüdrəti hələ Aprel və Tovuz döyüşləri, habelə Günnüt əməliyyatı zamanı özünün bir daha təsdiqini tapmışdı. Tovuz rayonu istiqamətində baş verən şiddətli döyüşlər də ordumuzun həm canlı qüvvəsinin, həm də hərbi texnikasının gücünü sübut etmişdi.

V.BAYRAMOV
XQ

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:38
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 22 Oktyabr 2025 10:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Yarım əsrimə qədəm qoydum

21 Oktyabr 2025 20:33see227

La Liqa ABŞ da keçiriləcək “Barselona” “Vilyarreal” matçının ləğv edildiyini açıqlayıb

22 Oktyabr 2025 00:15see214

AZAL da yarıtmaz idarəçilik, yoxsa... Təyyarələrdə yaranan problemlər nəylə bağlıdır? (VİDEO)

21 Oktyabr 2025 09:20see197

Qazaxıstan və Azərbaycan arasında süni intellekt və İT sahəsində əməkdaşlıq üçün böyük potensial var Nazirliyin İdarə rəhbəri

20 Oktyabr 2025 17:30see195

Məşhur tennisçi Devis Kubokunun finalında oynamayacaq

20 Oktyabr 2025 21:39see187

Türkiyədə FETÖ əməliyyatı : 286 nəfər saxlanıldı

22 Oktyabr 2025 06:53see183

“Landmark” bu dəfə Sahil Bababyevin idarəçiliyinə keçdi

21 Oktyabr 2025 11:26see180

Təl Əvivdən Bakıya reyslər bərpa edilir

21 Oktyabr 2025 19:39see172

Xaricdə saxta təhsil: Valideynlər xəbərsiz, tələbələr savadsız EKSPERT RƏYİ

21 Oktyabr 2025 05:43see167

Səhər yeməyində turşu yeməyin 5 faydası

21 Oktyabr 2025 02:51see149

Naxçıvan məktəblisi “Statistik olimpiada”nın qalibi olub

21 Oktyabr 2025 03:36see149

“Həyatın mənası yaşla necə dəyişir? Yeni tədqiqat

21 Oktyabr 2025 15:52see147

Azərbaycan ötən ay genişzolaqlı internetin orta sürətinə görə Cənubi Qafqazda liderliyini saxlayıb

21 Oktyabr 2025 13:54see147

Bakı Tehran: yeni etimad mərhələsi

22 Oktyabr 2025 09:59see145

İş adamı hava limanında həbs edildi

20 Oktyabr 2025 20:43see144

Bunları yesəniz gec YAŞLANACAQSINIZ

21 Oktyabr 2025 02:37see141

Xalq artistindən İDDİALI FOTOSESSİYA

20 Oktyabr 2025 17:22see140

Oyundan sonra duş qəbul edə bilmədilər Atletiko dan UEFA ya şikayət

21 Oktyabr 2025 00:12see140

Türkiyəni sarsıdan cinayətlə bağlı daha bir nəfər saxlanıldı

21 Oktyabr 2025 01:51see135

Fransada tornado nəticəsində 1 nəfər ölüb, xəsarət alanlar var

21 Oktyabr 2025 03:34see133
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri