Icma.az
close
up
RU
Apreldə müharibə başlayacaq? “Proseslər o həddə çatır ki...”

Apreldə müharibə başlayacaq? “Proseslər o həddə çatır ki...”

Icma.az xəbər verir, Ayna saytına əsaslanaraq.

Səxavət Məmməd: “Müharibə başlamamışdan əvvəl onun əlamətləri hiss olunur”

Azərbaycanla Ermənistan arasında yeni hərbi toqquşmanın, müharibənin olacağı barədə hər iki tərəfin ictimaiyyətində proqnozlar verilməkdədir. Erməni ekspertlər hesab edirlər ki, Azərbaycan sülh sazişinin imzalanması üçün Ermənistana təzyiq göstərməyə çalışacaq və hərbi yola əl atacaq. Eyni zamanda, Zəngəzur dəhlizinin hərbi yolla açılması proqnozları da verilir. Hətta bildirilir ki, hərbi toqquşma bu ilin aprel ayında baş verə bilər.

Bu günlərdə Ermənistan silahlı qüvvələrinin şərti sərhəddəki Azərbaycan Ordusunun mövqelərini üç dəfə atəşə tutması məlumatı yayıldı. Azərbaycan Müdafiə Nazirliyinin açıqlamasında bildirilir ki, mövqelərimiz ermənilər tərəfindən atıcı silahlarla atəşə tutulub. Azərbaycan ictimaiyyəti isə hesab edir ki, Ermənistan bu təxribatlarını qarşıdakı günlərdə artıra bilər ki, bu da hərbi əməliyyatlarla nəticələnə bilər.

Müharibə ritorikasının artması, müharibə ehtimalları ilə bağlı AYNA.AZ-ın suallarını hərbi jurnalist Səxavət Məmməd cavablandırıb. Onun sözlərinə görə, belə informasiyaların yayılmasında bu regionda marağı olan xarici güclərin də “əməyi” var:

- İndiki mərhələdə müharibə ritorikasının artması təsadüfi deyil. Əslində, Ermənistan daxilində də müəyyən hərəkətlənmələr var. Xatırladım ki, bir müddət əvvəl Ermənistanın Baş naziri Nikol Paşinyanla erməni kilsəsi arasında gərginlik hökm sürürdü. Hətta Paşinyanın kilsəyə qarşı “səlib yürüşü”nə başladığı iddia edilirdi. İndi isə məlumatlar onu deməyə əsas verir ki, Ermənistan hakimiyyəti ilə kilsə arasında dialoq yaranıb, anlaşma var. Məlumdur ki, kilsənin Ermənistan cəmiyyətində və siyasətində çox böyük rolu var. O da aydındır ki, kilsə hər zaman Azərbaycana qarşı radikal mövqedə dayanıb. Erməni din xadimləri hər zaman revanşa çağırışlar ediblər, hər zaman istəyiblər ki, Azərbaycan əraziləri işğal olunsun. Paşinyanla kilsə arasında anlaşma müharibə ehtimalını artıran faktordur.

Eyni zamanda, bir müddət əvvəl Britaniya kəşfiyyatı Cənubi Qafqazda müharibə riskinin artdığını açıqlamışdı. Hətta bəzi ölkələr öz vətəndaşlarına, Ermənistan və Azərbaycandakı vətəndaşlarına şərti sərhəd bölgələrinə səfər etməmək barədə çağırışlar edir. Proseslər o həddə çatır ki, sanki müharibə qaçılmazdır. Ona görə də, yayılan informasiyalar, proqnozlar buradan qaynaqlanır.

- Bu proqnozlar nə dərəcədə əsaslıdır?

- Düşünürəm ki, yeni müharibənin baş verməsi üçün hələ ki, zaman yetişməyib. Müharibənin baş verməsi ehtimalını artıran səbəblərin ciddi olduğunu demək çətindir. Lakin qeyd etmək lazımdır ki, sülh sazişi imzalanmayıb. Azərbaycanın şərtləri var və həmin şərtlər yerinə yetirilmədən sülh sazişinin imzalanması gözlənilmir. Ermənistan isə bu tələbləri yerinə yetirmək istəyində deyil. Sülh sazişi yoxdursa, o zaman hərbi toqquşmalar riski hər zaman qalır. Artıq Ermənistan silahlı qüvvələrinin şərti sərhəddə Azərbaycan Ordusunun mövqelərini atəşə tutması faktı var ki, bu da hərbi əməliyyatların başlaması ehtimalını artırır.

Bundan başqa, daha bir amil odur ki, hər iki ölkə hərbi büdcəsini artırıb. Ermənistan öz hərbi büdcəsində iki dəfə artım edib, Azərbaycan hərbi büdcəsini rekord həddə çatdırıb. Eyni zamanda, tərəflərin silahlanmasının şahidi oluruq. Bütün bunlar deməyə əsas yaradır ki, müharibə riski aktuallığını artırır.

- Qeyd etdiniz ki, xarici qüvvələrin də müharibə ritorikasının intensivləşməsində “əməyi” var. Regionda yeni müharibədə kimlər maraqlıdır?

- Bunun üçün dünyada baş verən proseslərə baxmaq lazımdır. Son dönəmlər bütün dünya mətbuatında dünyanın bölüşdürülməsi, yenidən dizaynı barədə proqnozlar verilir, addımların atıldığı deyilir. Təbii ki, dünyanın bölüşdürülməsi prosesindən Cənubi Qafqaz kənarda qala bilməz. Rusiya-Ukrayna müharibəsinin nəticəsi Cənubi Qafqaza birbaşa təsir edəcək. Ümumiyyətlə, regionların hansı böyük gücün, yaxud güclərin təsir dairəsində olacağı müəyyənləşəcək. Hələlik, regionun hansı qüvvənin təsir dairəsində olacağı sual altındadır. Bölgəni təsir dairəsinə almaq istəyən güclər müharibə ritorikasını artırır.

- Təxminləriniz nədir, bölgə uğrunda hansı güc qalib olacaq?

- Sirr deyil ki, uzun müddətdir Cənubi Qafqaz Rusiyanın təsir dairəsində olub. Bölgənin Rusiyanın təsir dairəsinə qayıdacağı ilə bağlı iddialar var. Eyni zamanda, bölgənin əsas dövlətləri olan Türkiyə və İranın da mövqeləri önəmlidir. İranın region uğrunda Rusiya ilə rəqabət aparacağı gözlənilmir. Çünki İranın strateji hədəfləri əslində Yaxın Şərqlə bağlıdır. Düşünmürəm ki, regiona nəzarət uğrunda Tehran Moskvaya qarşı çıxacaq. Buna həm İranın gücü çatmaz, həm də marağında deyil. Türkiyə faktoruna gəlincə, Ankaranın da əsas hədəfi hər zaman Yaxın Şərq olub. Düzdür, Türkiyə hər zaman Azərbaycana dəstək verməyə çalışır, əlindən gələni edir. Lakin Türkiyənin regiona tamamilə daxil olması və bölgəni tamamilə təsir dairəsinə alması o qədər də asan deyil. Həm də bu, o qədər də inandırıcı görünmür. Türkiyənin başı həm Suriyadakı proseslərə, həm Yaxın Şərqdəki hadisələrə qarışıb. Ankara indiki məqamda daha çox Suriyada öz maraqlarını təmin etməyə çalışır. Bu baxımdan, Türkiyənin Cənubi Qafqaz uğrunda böyük savaşa girəcəyi inandırıcı görünmür. Qərb isə regiona gəlməkdə maraqlıdır. Ona görə də dünyanın bölüşdürülməsi prosesində Cənubi Qafqaz uğrunda Qərb-Rusiya mübarizəsi gedir. Bu mübarizədən kim qalib ayrılacaq, indi demək çətindir.

- Apreldə müharibənin olacağı ilə bağlı fikirlərə münasibətiniz necədir?

- Müharibə başlamamışdan əvvəl onun əlamətləri hiss olunur. Adətən müharibənin olacağını ritorika ilə yanaşı, tərəflərin addımlarını təhlil edərək proqnozlaşdırmaq mümkündür. Məsələn, İkinci Qarabağ müharibəsindən əvvəl bəyanatlarla yanaşı, hərbi texnikanın və şəxsi heyətin əraziyə cəmləşdirilməsi prosesi baş verirdi. Bir az siyasətdən başı çıxan adam anlayırdı ki, gedişat hərbi gərginliyin artmasına doğru gedir. Yəni bir növ, müharibədən öncə onun “yeli” gəlir. Bu gün belə hazırlıqlar varmı, qoşunlar cəmləşdirilirmi? Biz bunun hazırda şahidi deyilik. Ermənistan tərəfdə də bu, müşahidə edilmir. Müəyyən vaxtlarda ermənilər hansısa istiqamətə nələrsə daşıya, yaxud nələrsə çıxara bilərlər. Amma faktiki olaraq, qoşunlar cəmləşdirilmir və bu barədə kəşfiyyat məlumatları da yoxdur. Əgər hansısa əməliyyat baş verəcəksə, bu, apreldə olmayacaq. Çünki bunun üçün böyük hazırlıq olmalıdır ki, biz bunu görmürük. Sadəcə informasiya cəbhəsində savaş gedir və onun sahəyə keçib-keçməyəcəyini demək asan deyil. Əlbəttə, mümkün olmayan heç nə yoxdur. İndi dünyada geosiyasi vəziyyət elədir ki, hər an hər şey ola bilər. Sadəcə reallıqlar var və o reallıqlar əsasında demək olar ki, yaxınlarda savaş gözlənilmir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:164
embedMənbə:https://ayna.az
archiveBu xəbər 19 Mart 2025 10:17 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türk Dövlətləri Siyasətinə Dəstək Fondu qırğız dilində kitablar nəşr etdirib

29 Avqust 2026 17:51see594

Vüqar Biləcəri kimdir? Sonuncu zəngində onun adını çəkərək ağlayıb

29 Avqust 2026 23:34see338

İsrail Livanın cənubuna hücum edib

29 Avqust 2026 18:33see331

Günel Zeynalovanın başına iş gəldi Ayağı zədələndi

29 Avqust 2026 17:15see291

Türkiyənin səhiyyə naziri: Cem Yılmazın vəziyyəti yaxşıdır, müalicəsi davam edir YENİLƏNİB

29 Avqust 2026 23:13see273

Məşhur reper Bakıya gəlir

30 Avqust 2026 01:52see263

Mərkəzi Bankın yüksəkvəzifəli şəxsi işdən çıxdı FOTO

30 Avqust 2026 01:13see261

Azərbaycan əsilli türk məşhurlar Siyahıda görün kimlər var (Fotolar)

30 Avqust 2026 06:06see257

Azərbaycanın yeni milyardlıq planı: 2030 cu il üçün BÖYÜK HƏDƏF

29 Avqust 2026 21:13see249

Cem Yılmaz ürək probleminə görə xəstəxanalıq oldu

30 Avqust 2026 05:04see249

Onkoloq xərçəngin gec diaqnoz qoyulmasının səbəbini müəyyən edib

29 Avqust 2026 20:25see239

İrana görə Misir Bankının filiallarında araşdırma başladı

30 Avqust 2026 10:46see231

Neft bazarı ÇALXALANA BİLƏR Müharibələr və ABŞ Venesuela sazişi nə vəd edir?

29 Avqust 2026 18:58see216

Qızıl bazarında qiymətlər yenidən kəskin dəyişdi (Video)

29 Avqust 2026 23:15see201

Zaur özü də bilmədən Elməddinin sirrini açdı

31 Avqust 2026 02:15see178

Boşanıb, ayrıla bilməyən məşhurlar

30 Avqust 2026 05:05see177

Hava kəskin DƏYİŞƏCƏK: Güclü yağış, sel, külək XƏBƏRDARLIQ

30 Avqust 2026 10:31see176

İkra yeməsəm, bu qədər gözəl ola bilərəm? (Video)

30 Avqust 2026 14:09see176

Əməliyyat keçirildi: Milyonluq biznes üzə çıxdı KONKRET

29 Avqust 2026 21:58see174

Niderland vətəndaşı ilə bağlı Dövlət Sərhəd Xidmətindən AÇIQLAMA

30 Avqust 2026 08:30see174
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri