Icma.az
close
up
RU
AQDİM nin tərkibində “Donorlara Yardım və Hüquqlarının Müdafiəsi Departamenti” yaradılıb

AQDİM nin tərkibində “Donorlara Yardım və Hüquqlarının Müdafiəsi Departamenti” yaradılıb

Xalq qazeti saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Hər damla qan – bir həyat deməkdir. Hər könüllü donor – kiminsə yaşamağa ümididir. Qan donorluğu sadəcə tibbi prosedur deyil, bu, insanlığa edilən ən böyük xidmətlərdən biridir. Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzi də məhz bu amal uğrunda illərdir yorulmadan çalışır, həmrəylik körpüləri qurur.

XQ xəbər verir ki, bu gün mərkəzin fəaliyyətində yeni bir mərhələnin başlanğıcıdır – “Donorlara Yardım və Hüquqlarının Müdafiəsi Departamenti” təsis olunub. Bu addım təsadüfi deyil, çünki hər bir donor yalnız qanını deyil, həm də ürəyini, sevgisini, insanlığa olan borc hissini bölüşür. Onların sağlamlığı, rahatlığı, hüquqları isə qorunmağa layiqdir.

Azərbaycan dövləti daim vətəndaşların sağlamlığını ən ali dəyər kimi önə çəkib. Xüsusilə də təhlükəsiz qan təminatı məsələsi dövlət siyasətinin prioritetlərindən biridir. Bu istiqamətdə görülən işlər, həyata keçirilən proqramlar, qanvermə aksiyalarının genişləndirilməsi insanların həyatına işıq saçıb.

Bu böyük işlərin önündə isə Cənab Prezident İlham Əliyev ölkəmizdə irsi qan xəstəliklərindən əziyyət çəkən uşaqların və onların ailələrinin sağlamlıq və rifahına xüsusi diqqət göstərir. Dövlət başçısının rəhbərliyi ilə bu sahədə müasir tibbi müalicə imkanları genişləndirilib, uşaqların müalicəsi və dərman təminatı təmin olunub, həmçinin   Azərbaycan Respublikasının Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın misilsiz xidmətləri dayanır. Onun humanizmə, mərhəmətə və insan həyatına verdiyi dəyər sayəsində bu gün minlərlə insan ölümlə həyat arasında körpü qurub.

Mehriban xanım Əliyevanın təşəbbüsü ilə Talassemiyadan əziyyət çəkən uşaqlar üçün genişmiqyaslı dəstək proqramları reallaşdırılıb, müasir qan bankları, laboratoriyalar və avadanlıqlar ölkəmizə gətirilib, Qan donorluğu mədəniyyətinin təbliği üçün maarifləndirici kampaniyalar aparılıb, onlarla uşağın, gəncin, ailənin həyatına işıq, ümid və sevinc bəxş olunub. Əslində, bu təşəbbüslər yalnız tibbi layihələr deyil – bunlar insanlığa sədaqət nümunələridir.

Yaradılan “Donorlara Yardım və Hüquqlarının Müdafiəsi Departamenti” bir məqsədə xidmət edir – donorlarımızın yanında olmaq. Onlar qan verdikləri an təkcə kiminsə həyatını xilas etmir, həm də Vətənin sağlam gələcəyi üçün ən böyük fədakarlığı göstərirlər.

Departamentin fəaliyyət istiqamətləri isə genişdir:

Hüquqi müdafiə: Donorların qanvermə prosesində və sonrasında üzləşə biləcəkləri bütün hüquqi məsələlərdə dəstək;

Sosial yardım: Maddi və mənəvi ehtiyacı olan donorların və ailələrinin yanında olmaq;

Maarifləndirmə: İnsanların qanvermənin əhəmiyyəti və donor hüquqları barədə məlumatlandırılması;

Psixoloji dəstək: İlk dəfə qan verənlərin həyəcanını, qorxusunu aradan qaldırmaq, onlara güvən vermək;

Əməkdaşlıq: Dövlət qurumları, səhiyyə müəssisələri və beynəlxalq təşkilatlarla sıx əlaqədə olmaq.

Donor – sadəcə bir insan deyil, qəhrəmandır

Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin idarə heyətinin sədri Fuad Rəsul bu münasibətlə deyib: “Donor olmaq – həyat vermək deməkdir. Bu, yalnız tibbi bir addım deyil, insanlığa göstərilən sədaqətin ən gözəl təzahürüdür. Bizim borcumuz isə bu fədakar insanların hər zaman yanında olmaqdır. Yeni yaradılan departament donorlarımız üçün qayğının, dəstəyin və minnətdarlığın rəmzi olacaq. Donorlarımızın sağlamlığı və hüquqları qorunduqca, onların sayı artdıqca, həyat işığına qovuşan insanların da sayı çoxalacaq. Bu gün yaradılan departament sabah yüzlərlə, minlərlə insanın həyatına yeni ümid qapısı olacaq. Hər damla qan – bir ömür, hər donor – bir qəhrəmandır. Azərbaycan Qan Donorluğunun İnkişafı Mərkəzinin bu addımı isə insanlıq adına atılmış ən dəyərli addımlardan biridir. Donorlarımızın fədəkarlığını düşünərək Donorlarımız Fədakarlığın və Qəhrəmanlığın Simvoludur. Qan donorluğu – insanın insana göstərə biləcəyi ən ali fədakarlıq nümunəsidir. Könüllü və təmənnasız şəkildə qan verən donorlarımız hər gün onlarla ailəyə ümid, yüzlərlə insana həyat bəxş edirlər. Onların bu böyük xidməti cəmiyyət tərəfindən dərin ehtiramla qarşılanmalıdır”.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:112
embedMənbə:https://xalqqazeti.az
archiveBu xəbər 09 Sentyabr 2025 14:57 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Dünyanın ən varlı 10 adamı və Azərbaycanla müqayisə

23 Yanvar 2026 09:48see320

İbrahim Cəfərovun 70 illik yubileyi qeyd olunub

23 Yanvar 2026 23:15see253

“İmişli” və “Araz Naxçıvan”dan məhsuldar heç heçə

23 Yanvar 2026 16:55see228

Sülh Şurası BMT yə alternativ olacaq?

23 Yanvar 2026 20:16see190

“Xocalı: şahidlər danışır” kitabı qırğız dilində işıq üzü görüb

23 Yanvar 2026 18:54see186

Adam qələmi atıb, qaçmaz, Şərif Ağayar! Emil Rasimoğlu yazır...

23 Yanvar 2026 13:53see171

“53 dollarlıq” qlobal enerji ssenarisi

24 Yanvar 2026 02:04see169

The Washington Post : İranın gələcəyi və Azərbaycan faktoru

24 Yanvar 2026 16:07see168

Göyçayda sahibkarın 5 milyonluq soyuducu anbarı 35 minə hərraca çıxarıldı VİDEO

23 Yanvar 2026 14:10see167

Kevin Yakob “Qarabağ”ın transfer siyahısına düşüb

23 Yanvar 2026 18:15see166

Napoli nin hücumcusu əməliyyat ola bilər

23 Yanvar 2026 14:48see166

Gənclərin köçü: Ermənistan qocalar evi nə çevrilir

23 Yanvar 2026 07:48see163

5 bankın balans kapitalı 20% dən çox böyüdü rəqiblərini geridə qoydu

24 Yanvar 2026 13:58see153

Kriminal həyat tərzini təbliğ edən 954 sayt bloklanıb

23 Yanvar 2026 16:40see150

Diplomatiya üçün qapılar hələ tam bağlanmayıb, lakin hərbi mexanizm də artıq geri sayıma başlayıb

24 Yanvar 2026 13:38see148

Alimlər günün ən çox yorğunluq yaradan dəqiqəsini açıqlayıblar

23 Yanvar 2026 08:53see146

Tramp Prezident İlham Əliyev və baş nazir Nikol Paşinyana təşəkkür edib

24 Yanvar 2026 04:20see144

İtaliya A Seriyası: İnter rəqibini qol vurmağa peşman etdi

24 Yanvar 2026 02:53see143

Neftçalada bir ailə qəzaya düşdü, yeniyetmə oğul öldü

24 Yanvar 2026 16:04see139

Rusiya: Ukrayna ordusu Donbas bölgəsini tərk etməlidir

23 Yanvar 2026 15:18see136
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri