Aqil Abbas: Qarabağın xatirinə bir müddət məktəbsiz, qazsız qala bilərik
Cebheinfo portalından əldə olunan məlumata əsasən, Icma.az xəbər verir.
Qarşımızda çıxış edən nazirlər nə Norçevin, nə də Almaniyanın nazirləridi. Onlar müharibədən çıxan ölkənin nazirləriydi.
Bunu Milli Məclisin plenar iclasında deputat Aqil Abbas deyib.
O qeyd edib ki, nazirlər hər şeyi hesablayır.
"Hamı şikayət edir ki, su yoxdur, qaz yoxdur, bir müddət yolsuz, məktəbsiz, qazsız qala bilərik. İndi Qarabağ tikilir. Ağdamda 60 minlik şəhər tikilir, 100 minlik şəhər neçəyə başa gələcək, Allah bilir. Ermənilər Azərbaycana 800 milyardlıq zərər vurub. Allah bilir, neçəyə bərpa ediləcək. Kəlbəcərin, Ağdamın xatirinə qazsız yaşamağa bir az da dözün. Biz də evimizə qayıtmaq istəyirik. Mən Ağdama qayıtmaq istəyirəm”,- deputat bildirib.
"Cebheinfo.az"
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:155
Bu xəbər 03 Dekabr 2024 12:09 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















