Icma.az
close
up
RU
Aqrar sahədə yeni subsidiya mexanizmləri innovativ və dayanıqlı inkişafı təşviq edir

Aqrar sahədə yeni subsidiya mexanizmləri innovativ və dayanıqlı inkişafı təşviq edir

Icma.az, Azertag portalına istinadən məlumatı açıqlayır.

Gəncə, 4 fevral, Elcan Məmmədov, AZƏRTAC

Ölkə iqtisadiyyatının qeyri-neft sektorunda mühüm yer tutan aqrar sahəyə dövlət dəstəyi tədbirləri sistemində dövlət büdcəsinin vəsaiti hesabına kənd təsərrüfatı istehsalçılarına birbaşa subsidiyaların verilməsi istehsalın artımına, əhalinin əsas ərzaq məhsullarına tələbatının yerli istehsal hesabına ödənilmə səviyyəsinin yüksəlməsinə müsbət təsir göstərən mühüm amillərdən biri kimi çıxış edir. tətbiq olunan yeni subsidiya mexanizmləri regional ixtisaslaşmanı, innovativ texnologiyaların tətbiqini, torpaq və su resurslarından səmərəli istifadəni, bütövlükdə isə dayanıqlı inkişafı təşviq edir.

Bunu AZƏRTAC-ın bölgə müxbirinə açıqlamasında bu günlərdə Aqrar Subsidiya Şurası tərəfindən qəbul olunan yeni qərarları şərh edən Dövlət Aqrar Universitetinin dosenti, iqtisad üzrə fəlsəfə doktoru Anar Hətəmov bildirib.

Onun sözlərinə görə, bu sahəyə dövlət dəstəyinin növbəti istiqamətini özündə ehtiva edən, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli Fərmanında dəyişiklik edilməsi barədə 17 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanı, eyni zamanda, 2024-cü ilin 11-22 noyabr tarixlərində ölkəmizdə yüksək səviyyədə keçirilmiş BMT-nin İqlim Dəyişikliyi üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası - COP29-dan irəli gələn vəzifələrdən biri kimi qiymətləndirilir. “Bu mötəbər tədbirdə 2035-ci ilə qədər inkişaf etməkdə olan ölkələrə 1,3 trilyon ABŞ dolları həcmində iqlim maliyyəsinin təmin edilməsi üçün yeni qlobal hədəfin qoyulması, İtki və Zərər Fondunun tam fəaliyyətə başlaması, Paris Sazişinin 6-cı Maddəsinin tam şəkildə razılaşdırılması və bununla da beynəlxalq karbon bazarlarının fəaliyyətinə start verilməsi kimi qlobal səviyyəli qərarların qəbul olunması ölkəmizin yaşıl dünya naminə həmrəylik təşəbbüsünün qlobal səviyyədə dəstəklənməsinin göstəricilərindəndir. Tədbir çərçivəsində bir sıra aktual mövzuların müzakirə olunması aqrar sahəyə dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsinin perspektiv istiqamətlərini özündə əks etdirir. Bu nöqteyi-nəzərdən, ölkəmizdə dəstək tədbirləri sistemində qlobal iqlim dəyişikliyi şəraitində sudan və torpaqdan istifadənin səmərəliliyinin artırılması məsələlərinə geniş yer verilməsi mühüm əhəmiyyət kəsb edir,” – deyə mütəxəssis vurğulayıb.

O deyib: “Təhlil göstərir ki, ölkəmizdə kənd təsərrüfatına yararlı torpaqların strukturunda suvarılan torpaqların payı hər il artmaqdadır. Dövlət Statistika Komitəsinin məlumatlarına görə, bu göstərici 1970-ci ildə 1128,0 hektar, 1980-ci ildə 1212,0 hektar, 1990-ci ildə 1418,5 hektar, 2000-ci ildə 1423,0 hektar, 2010-cu ildə 1421,4 hektar, 2015-ci ildə 1431,0 hektar, 2023-cü ildə 1481,0 hektar təşkil edib. 2023-cü ildə suvarılan kənd təsərrüfatı təyinatlı torpaqların 83,7 faizi əkin yeri, 16,3 faizi çoxillik əkmələrdən ibarət olub.

2023-cü ildə ölkəmizdə su istehlakı 9772 milyon kubmetr təşkil edib ki, onun da 7239 milyon kubmetri və ya 74,1 faizi suvarmaya və kənd təsərrüfatının təchizatına yönəldilib. Atmosfer yağıntılarının orta illik miqdarına nəzər saldıqda məlum olur ki, bu göstəricinin səviyyəsi 2002-ci ildə 540,3 mm, 2010-cu ildə 499,8 mm, 2015-cu ildə 472,6 mm, 2020-ci ildə 445,5 mm, 2023-cü ildə 481,2 mm-ə bərabər olub. Havanın orta illik temperaturuna gəldikdə, bu göstəricinin səviyyəsi qeyd olunan illərdə müvafiq olaraq, 12,3, 14,4, 13,6, 13,8 və 14,7 °C təşkil edib. Beləliklə, bir tərəfdən atmosfer yağıntılarının miqdarının azalması, digər tərəfdən isə havanın orta illik temperaturunun artması su resurslarından qənaətlə istifadənin təşviq olunmasını tələb edir.

Bu nöqteyi-nəzərdən qeyd etmək lazımdır ki, mövcud şəraitdə ölkəmizin kənd təsərrüfatında müasir suvarma, yəni damcılı, yağış yağdırma tipli, pivot suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrinə verilən subsidiyalar differensiallaşdırılıb ki, bu da kənd təsərrüfatı istehsalçıları üçün innovativ texnologiyaların tətbiqi yolu ilə sudan qənaətlə istifadə olunması sahəsində mühüm stimuldur”.

Anar Hətəmov qeyd edib ki, “Aqrar sahədə yeni subsidiya mexanizminin yaradılması haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 27 iyun tarixli 759 nömrəli Fərmanında dəyişiklik edilməsi barədə 17 dekabr 2024-cü il tarixli Azərbaycan Respublikası Prezidentinin Fərmanında digər məsələlərlə yanaşı, mövcud Qaydalara dincə qoyulmuş subsidiya kateqoriyası daxil edildib. Bu, əkin subsidiyasına görə müraciət edilmiş torpaqlarda kənd təsərrüfatı bitkilərinin Şuranın müəyyən etdiyi dövr ərzində ardıcıl olaraq becərilməsindən sonra həmin torpaqların münbitliyinin bərpası və alaq otlarının azaldılması məqsədilə 1 il müddətinə dincə qoyulan sahəsinin hər hektarına görə verilən subsidiya kimi müəyyən olunub.

Fərmanda yerli heyvanların cins tərkibinin yaxşılaşdırılması, yüksək məhsuldar genetik potensialı olan heyvanların baş sayının artırılması məqsədilə süni mayalanma və ya embrion köçürməsi yolu ilə alınan hər bir sağlam balağa (camış balasına) görə də subsidiyanın nəzərdə tutulması camışçılıq kimi perspektivli heyvandarlıq sahəsinin inkişafına təkan verəcək.

Aqrar Subsidiya Şurasının 2025-ci il üzrə qəbul olunmuş qərarında əkin subsidiyasının alınması üçün sığortalanması tələb olunan bitkilərin siyahısı və onların əkin sahəsinin minimum ölçüsü, Naxçıvan iqtisadi rayonunda differensial əmsalları və subsidiya məbləğləri, o cümlədən müasir suvarma sistemləri ilə təmin olunmuş əkin sahələrinə, yeni salınmış, intensiv və hiperintensiv, damcı suvarma sistemi və sertifikatlı tinglərlə təmin olunmuş meyvə bağlarına, tarlaqoruyucu zolaqlar üçün istifadə edilən bitkilərə, məhsullara görə subsidiya əmsalları və məbləğləri, habelə bitkiçilik məhsullarına subsidiya verilməsi üzrə şərtlərdə və əmsallarda bir sıra dəyişikliklər əks olunub. Həmçinin şəkər çuğunduru üçün məhsul əmsalının müasir suvarma sistemi ilə təmin olunmuş əkin sahələri üzrə 19 manatdan 22 manata, müasir suvarma sistemi ilə təmin olunmamış əkin sahələri üzrə 18 manatdan 19 manata qədər artırılması və digər məsələlər öz əksini tapıb. Ümumiyyətlə, yeni subsidiya mexanizmlərində aqrar sığorta, müasir suvarma sistemləri ilə təmin olunma, torpağın keyfiyyəti, aqrokimyəvi analiz, sertifikatlı tinglərdən istifadə, müvafiq bağlarda iqlim stansiyasının qurulması kimi tələblərin qoyulması innovativ istehsalın və dayanıqlı inkişafın təmin olunması baxımından mühüm əhəmiyyət kəsb edir.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:147
embedMənbə:https://azertag.az
archiveBu xəbər 04 Fevral 2025 16:12 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İranda baş verənlərin Azərbaycana siyasi iqtisadi təsiri çox azdır

09 Yanvar 2026 14:06see205

Pezeşkian, Rza Pəhləvi, SEPAH üçlüyü İranda Yuqoslaviya variantı

09 Yanvar 2026 14:00see190

İranda aparıcı xəbər agentliklərinin saytları işləmir KONKRET

09 Yanvar 2026 10:44see182

iPhone smartfonlarına yeni emojilər əlavə ediləcək

10 Yanvar 2026 05:45see182

Kolumbiya prezidenti dünya müharibəsini dayandırmaq üçün ABŞ a

10 Yanvar 2026 07:53see179

Buz bağlamış ön alın şüşəsini belə təmizləmək olmaz SÜRÜCÜLƏRƏ TÖVSİYƏ

09 Yanvar 2026 21:12see170

“Biz oraya çatanda onlar qaçdılar” Tramp Rusiya tankerinin ələ keçirilməsindən danışdı

09 Yanvar 2026 11:53see169

Gəncədə AĞIR QƏZA Yaralanan var FOTO

09 Yanvar 2026 08:52see158

Azərbaycalı müğənni bədən quruluşu ilə DİQQƏT ÇƏKDİ VİDEO

10 Yanvar 2026 01:10see143

“Trampı devrilmiş tiranlarının aqibəti gözləyə bilər” Xamenei

09 Yanvar 2026 17:48see141

Təyyarəmizi vuran generala qarşı bütün ittihamlar ləğv edildi

09 Yanvar 2026 17:51see141

İsfahanda televiziya və radio stansiyasının binası yandırıldı VİDEO

08 Yanvar 2026 23:39see140

İsrail Hizbullah mövqelərinə yeni hücumlar həyata keçirir​​​​​​​

09 Yanvar 2026 15:09see137

Yenə görüşə bilərlər

08 Yanvar 2026 23:38see137

“Gələcəyə iti baxış: eynək istifadəçiləri üçün sevindirici xəbər“ CNN

08 Yanvar 2026 23:03see136

Qəza, əzab, xəstəlik qaraçılar nasistlərə lənət yağdırıblar və bəziləri ona düçar olub

09 Yanvar 2026 09:20see134

“Kinon” abunəliyini bank kartı ilə ödəmək mümkündür

09 Yanvar 2026 16:15see134

Xətaidə parkdakı ağaclar gecəylə kəsilib Dövlət Xidməti Baş Prokurorluğa müraciət edib

08 Yanvar 2026 23:31see132

İstanbul məhkəməsi Ekrem İmamoğlu barəsində yeni qərar verdi

09 Yanvar 2026 23:23see132

Tramp Rza Pəhləvi ilə mümkün görüşdən danışdı

08 Yanvar 2026 23:39see125
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri