Icma.az
close
up
RU
Menu

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

“Eyni tempdə davam edirik” Rui Jorje

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

İraola: “Belə bir şey baş verməməlidir”

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

“Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir”

“Aqrar sektor strateji iqtisadi istiqamət kimi dəyərləndirilir”

Icma.az, Yenisabah portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

“Kənd təsərrüfatı sahəsində aparılan islahatların əsas məqsədlərindən biri Azərbaycanın daxili ərzaq təhlükəsizliyini möhkəmləndirmək, regionların iqtisadi potensialını artırmaq və kənd əhalisinin rifahını yüksəltməkdir. Mayın 25-də Prezident İlham Əliyevin sədrliyi ilə keçirilən müşavirədə səsləndirilən fikirlər də göstərdi ki, aqrar sektor artıq yalnız ənənəvi istehsal sahəsi kimi deyil, həm də strateji iqtisadi istiqamət kimi dəyərləndirilir. Məhz bu səbəbdən də dövlət başçısının çıxışında diqqət çəkən əsas məqamlardan biri kənd təsərrüfatının müasir texnologiyalar əsasında inkişaf etdirilməsi və bu sahədə idarəetmənin daha çevik mexanizmlərlə təkmilləşdirilməsi oldu.”

“Yeni Sabah” xəbər verir ki, bu sözləri mətbuata verdiyi açıqlamasında Milli Məclisin deputatı Kamaləddin Qafarov deyib.

Millət vəkili qeyd edib ki, son illərdə Azərbaycanın kənd təsərrüfatında müşahidə olunan dəyişikliklər təsadüfi xarakter daşımır: pizza mizza

“Dövlətin həyata keçirdiyi subsidiya siyasəti, texniki təminatın yaxşılaşdırılması, meliorasiya layihələrinin genişləndirilməsi və fermerlərə göstərilən dəstək aqrar sahənin dayanıqlı inkişafı üçün ciddi baza yaradıb. Prezident İlham Əliyevin müşavirədə vurğuladığı kimi, torpaqdan səmərəli istifadə, su ehtiyatlarının qorunması və məhsuldarlığın artırılması qarşıdakı mərhələdə əsas prioritetlərdən biri olacaq. Bu yanaşma bir daha təsdiqləyir ki, ölkədə kənd təsərrüfatı yalnız cari iqtisadi tələbatın deyil, həm də uzunmüddətli milli strategiyanın mühüm hissəsidir. Xüsusilə işğaldan azad edilmiş ərazilərdə aqrar potensialın yenidən formalaşdırılması mühüm iqtisadi perspektivlər vəd edir.

Qarabağ və Şərqi Zəngəzur bölgələri həm münbit torpaqları, həm də geniş su ehtiyatları ilə kənd təsərrüfatının inkişafı üçün böyük imkanlara malikdir. Dövlət başçısının çıxışında bu ərazilərdə müasir kənd təsərrüfatı modelinin tətbiqi ilə bağlı səsləndirdiyi fikirlər göstərir ki, Azərbaycan artıq ənənəvi təsərrüfat üsullarından daha innovativ və rəqabətqabiliyyətli istehsal sisteminə keçidi hədəfləyir. Bu isə gələcəkdə həm ixrac imkanlarının genişlənməsinə, həm də yeni iş yerlərinin yaranmasına səbəb olacaq. Müşavirədə diqqət çəkən digər mühüm istiqamət isə kənd təsərrüfatında emal sənayesinin inkişaf etdirilməsi məsələsi idi. Təkcə məhsul istehsalının artırılması kifayət etmir. Əsas məqsəd həmin məhsulların əlavə dəyər yaradan emal zəncirinə daxil edilməsidir.

Bu baxımdan regionlarda aqroparkların və emal müəssisələrinin yaradılması həm yerli iqtisadi fəallığın artmasına, həm də kəndlərdən şəhərlərə miqrasiyanın azalmasına müsbət təsir göstərir. Bütün bunlar onu deməyə əsas verir ki, dövlət kənd təsərrüfatını bütöv iqtisadi sistemin ayrılmaz hissəsi kimi nəzərdən keçirir. Qlobal iqtisadi proseslər fonunda ərzaq təhlükəsizliyi məsələsinin aktuallığı daha da artır. Dünyada baş verən geosiyasi və iqlim dəyişiklikləri bir çox ölkələrdə ərzaq təminatını risk altına salır. Belə bir şəraitdə Azərbaycanın aqrar sahəyə xüsusi diqqət ayırması strateji baxımdan olduqca vacibdir. Dövlət başçısının müşavirədə səsləndirdiyi tezislər göstərir ki, ölkə rəhbərliyi kənd təsərrüfatını iqtisadi təhlükəsizliyin əsas sütunlarından biri hesab edir. Bu yanaşma isə Azərbaycanın gələcək inkişaf modelində aqrar sektorun rolunun daha da güclənəcəyindən xəbər verir”.


Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:222
embedMənbə:https://yenisabah.az
archiveBu xəbər 27 May 2026 12:29 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Almaniya klubu “Qalatasaray”ın futbolçusuna elçi düşdü

20 Noyabr 2026 01:32see353

Bu gün Xudayar Yusifzadənin doğum günüdür

20 Noyabr 2026 06:19see327

Yaddaşı gücləndirən burun damcıları siçanlar üzərində sınaqdan KEÇİRİLDİ

20 Noyabr 2026 00:00see287

Elxan Səmədov: Xankəndi azarkeşlərinin komandalarını öz şəhərlərində dəstəkləməsi xüsusi əhəmiyyət daşıyır

20 Noyabr 2026 00:06see278

“Eyni tempdə davam edirik” Rui Jorje

20 Noyabr 2026 21:10see271

"Sabah" "Sumqayıt"ı darmadağın etdi

20 Noyabr 2026 21:17see262

İraola: “Belə bir şey baş verməməlidir”

20 Noyabr 2026 21:35see260

“iPhone”un 20 illiyinə özəl model üçün iki fərqli dizayn sınaqdan keçirilir

20 Noyabr 2026 22:20see256

DİN və Baş Prokurorluq 2 noyabr mitinqinin təşkilatçılarına xəbərdarlıq edib

20 Noyabr 2026 06:10see251

Anthropic in səhmləri Nasdaq da ticarətin ilk günündə 17 % artıb

20 Noyabr 2026 07:19see247

Tramp: Putin Ukraynadakı müharibəni diplomatik yolla bitirmək istədiyini açıq şəkildə bildirib

20 Noyabr 2026 22:14see243

Bütün dövrlərin ən böyük kino ulduzu seçildi

20 Noyabr 2026 22:37see240

Dövlətçilik məfkurəsinə sədaqətin təcəssümü ŞƏRH

20 Noyabr 2026 21:27see234

YAP Nizami rayon təşkilatının növbəti yeni ərazi partiya təşkilatı təsis edilib

20 Noyabr 2026 20:43see232

Quba klubu ətrafında qalmaqal: FİF rəhbəri Ayaz Abdullayevin iddialarını təkzib etdi

20 Noyabr 2026 22:29see231

“Unudulmaz bir hekayə yazmağa çalışacağıq” Dambrauskas

20 Noyabr 2026 21:24see229

"Barselona" ilə oyunda inanılmaz hekayələrdən birini yazmağa çalışacağıq"

20 Noyabr 2026 22:21see225

Liderlər razılığa gəldi: Süni intellektin hərbi əməliyyatlara müdaxiləsi məhdudlaşdırılır

20 Noyabr 2026 21:29see219

“Xəstələr bilmir hara getsin, hara qaçsın” Onkoloji müalicə ilə bağlı ÇAĞIRIŞ

20 Noyabr 2026 17:30see217

Mən Ukraynada Prezident olsaydım... Tramp Putinlə söhbətində danışdı

20 Noyabr 2026 22:29see216
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri