Türkiyənin bu şəhərində oğurluq və cibgirlik yoxdur
Icma.az, Moderator.az saytından verilən məlumata əsaslanaraq xəbər yayır.
Türkiyənin Amasya şəhərində son iki ildə oğurluq və cibgirlik hadisəsi baş verməyib.
Moderator.az Türkiyə mediasına istinadən xəbər verir ki, bu barədə Amasya valisi Önder Bakan məlumat verib.
Vali son bir ildə asayiş hadisələrində azalma müşahidə olunduğunu, 2024 və 2025-ci illərdə isə bir dənə olsun belə, oğurluq və cibgirlik hadisəsinin baş vermədiyini qeyd edib.
Vali Bakan bunu polis tərəfindən həyata keçirilən tədbirlər sayəsində bacardıqlarını deyib və asayiş keşikçilərinə təşəkkür edib.
“Baş verməyən bir şey bizi sevindirdi və diqqətimizi çəkdi. Bu şəhərdə 2024 və 2025-ci illərdə oğurluq və cibgirlik heç baş verməyib. Bu, sizin işinizin və sahədə olduğunuzun təsdiqidir. Siz sahədə olduqca, pisliklər sahədən qaçmaq məcburiyyətində qalacaq. Bizə verilən etimad üçün məsuliyyət daşıyırıq” - deyə vali vurğulayıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:65
Bu xəbər 21 Yanvar 2026 00:08 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















