Icma.az
close
up
RU
“Aqressiyalaşan” MƏKTƏBLƏR Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?

“Aqressiyalaşan” MƏKTƏBLƏR Valideynlərin yalnış tərbiyəsi, yoxsa müəllimlərin metodikasızlığı?

Icma.az, Bizim media portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Ötən günlərdə bir müəllimin şagirdə stol atdığını əks etdirən görüntülər yayılmışdı. Bu cür görüntüləri, xəbərləri təəssüf ki, çox görmüşük. Maraqlısı isə odur ki, bu cür görüntülər yayıldıqda insanların şərh bölməsində təzyiq göstərən müəllimlərə haqq qazandırdıqlarını görürük.
Ümumiyyətlə, cəmiyyətimizdə hər zaman belə bir düşüncə var ki, müəllimlər ipə-sapa yatmayan uşaqları vura da bilər, müxtəlif üsullarla cəzalandıra da bilər. Bunu da çox vaxt valideynlərin uşaqlarına verdiyi tərbiyənin doğru olmaması ilə əlaqələndirirlər. Müəllimlər də öz növbələri də şagirdləri sakitləşdirə bilmədiklərini, dərsi pozduqlarını, uyğunsuz hərəkətlər etdiklərini əsas gətirərək öz aqresiyalarına haqq qazandırırlar.
 

MÖVZU İLƏ BAĞLI:
Sumqayıtda müəllimin şagirdə stul atmasına direktordan REAKSİYA – “Ani olub...” – VİDEO


Bəs kim haqlıdır?
Klinik psixoloq, psixoterapevt Rövşən Nəcəfov Bizim.Media-ya bu barədə danışıb.
“Müəllimin aqressiv davranışlarına heç bir halda haqq qazandırıla bilməz. Bu cür hadisələr həm müəllimlərin, həm də cəmiyyətin dəyərlər sistemində ciddi problemlərdən xəbər verir. Müəllim, peşəkar olaraq uşaqların tərbiyəsi və təliminə məsuliyyət daşıyan şəxsdir. Valideynin evdə verdiyi tərbiyə vacibdir, amma bu, müəllimin təhsil prosesində uşağa qarşı aqressiya göstərmək hüququ yaratmır. Müəllim peşəkar davranış qaydalarına riayət etməli və uşaqları təhlükəsiz bir mühitdə təhsil almalarına çalışmalıdır. Məktəblərdə hüquq və psixologiya fənlərinin tədrisinə ehtiyac var. Sağlam cəmiyyətin formalaşması üçün məktəblərdə hüquq və psixologiya elmləri sahəsində müntəzəm maarifləndirmə fəaliyyətləri aparılmalıdır”.
Cəmiyyətin müəllimlərə olan münasibəti
Psixoloq qeyd edib ki, cəmiyyətdə müəllimlərin aqressiv davranışları iş yükü, onlara stress və psixoloji dəstəyin olmaması ilə əlaqədar ola bilər:
“İnsanlar bəzən müəllimlərin ağır şəraitdə çalışdıqlarını əsas gətirərək, onların aqressiv hərəkətlərinə haqq qazandırırlar. Uşaqların hüquqlarının pozulmasına və təhlükəsizliyinin təhdid edilməsinə imkan verilməməlidir. Heç bir şəraitdə müəllimin fiziki və ya psixoloji zorakılığı normal sayıla bilməz. Məktəblər uşaqların təhlükəsizliyi və rifahı üçün nəzərdə tutulan yerlərdir. Müəllimlərin hər hansı aqressiv davranışı uşaqlarda travma yarada bilər və təhsil mühitinə ciddi zərər verə bilər”.
Müəllimlərə psixoloji dəstək
Həmsöhbətimiz müəllimlərin psixoloji dəstək almasının vacibliyinə xüsusi diqqət çəkib:
“Valideynlər və müəllimlər arasında daha sıx əməkdaşlıq qurulmalıdır ki, uşağın davranış problemləri birlikdə həll edilsin. Cəmiyyət zorakılığa bəraət qazandırmaq əvəzinə, problemin həlli yollarını müzakirə etməlidir. Müəllimlər iş stressini idarə edə bilmək üçün məktəb psixoloqları ilə birlikdə addımlar atmalıdırlar. Mənfi emosiyaların inkişaf etməməsi üçün müəllimlər psixoloji dəstək almalıdırlar. Gələcək üçün uşaqların təlim və tərbiyəsində məsuliyyət olmalıdır. İnsanı şəxsiyyət olaraq formalaşdırmaq üçün ailədə, məktəbdə və digər mühitlərdə böyüklər kiçiklərə qarşı məsuliyyətli davranmalıdır”.
Nuray, Bizim.Media

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:128
embedMənbə:https://bizim.media
archiveBu xəbər 20 Dekabr 2024 12:23 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see263

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see259

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see253

Siz sağ qalmayacaqsınız Tramp bu ölkələri HƏDƏLƏDİ

30 Yanvar 2026 10:23see240

Nihat Kahveci: “Liverpul”la oyunu unudun, bu büdcə ilə pley offdasınız”

29 Yanvar 2026 16:26see233

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see231

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see219

“Əl İttihad”ın baş məşqçisi Benzemanın komandada oynamaqdan imtina etməsinə reaksiya verib

30 Yanvar 2026 01:43see215

O, mərd, qürurlu və məğrur kişilərdəndir...

29 Yanvar 2026 16:25see211

Tehrana qarşı ehtimal olunan hərbi əməliyyatlar, Azərbaycanı risk zonasına çevirir

29 Yanvar 2026 16:53see208

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see191

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see186

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see180

583, 586 əyar və diş qızılı.. Qiymət Azərbaycanda nə qədər qalxıb?

29 Yanvar 2026 18:37see180

Müəllimlərin pensiyası ilə bağlı AÇIQLAMA

29 Yanvar 2026 22:38see179

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see160

MƏRKƏZİ BANKDA İKİ YENİ TƏYİNAT: direktor müşavir oldu, yerinə isə...

29 Yanvar 2026 17:53see159

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see154

Fermada keçən uşaqlıq: Cəlilabadda dörd qardaş məktəb üzü görmür

30 Yanvar 2026 00:41see143

Məhəmmədəliyev: “Heyətdə 11 azərbaycanlının olması üçün uşaq futboluna investisiya qoymalıyıq”

30 Yanvar 2026 02:58see141
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri