Icma.az
close
up
RU
Статья не опубликована
Aqşin Yeniseyin 3 dəqiqədə 3 səhvi REPLİKA

Aqşin Yeniseyin 3 dəqiqədə 3 səhvi REPLİKA

Icma.az, Aznews.az portalına istinadən məlumat yayır.

Aqşin Yenisey Azərbaycanın ən istedadlı qələm sahiblərindən biridir. Gözəl şeirləri, romanları, dil texnikası var. Ancaq Aqşinin intellektual imkanları "Azərbaycan Konstitusiyasında dövlət dilimizin adı niyə Azərbaycan dili kimi təsbit olunub" sualına cavab verməyə yetərli deyil. Onun müsahibəsinin bir bölümünə Yotube üzərindən yayımlanan Yeni TV-də baxdım. Təxminən üç dəqiqədə 3 ciddi səhv etdi.

Birincisi. Dedi ki, AXC dövründə dövlət dilinin adı parlamentin qərarı ilə "Türk dili" kimi rəsmiləşib. Bu yanlış məlumatdır. 27 iyun 1918-ci ildə (o zaman Milli Şura da buraxılmışdı) Nazirlər Kabineti "Dövləti lisan türkçə qəbul edilərək müvəqqətən hökumət müəssisələrində rus lisanı istəmalına müsaidə edilməsi haqqında" qərar verib. Bu qərar Türk dilini dövlət dili elan etməklə yanaşı, rus dilinə paralel dövlət dili statusu verirdi. Həmin dövrdə Azərbaycan türkcəsinin elə bir samballı qrammatikası və akademik bazası yox idi. İlkin araşdırmalar vardı, amma istinad olunacaq elə bir elmi baza yox idi.

İkincisi. Dedi ki, "olay" sözü kimi bu gün Türkcədə işlənən və bizim də istifadə etdiyimiz (mən bu cür sözlərin istifadəsinə tərəfdaram) sözlər guya 20-ci əsrin əvvəllərində- 1918-20-ci illərdə Azərbaycan mətbuatında geniş istifadə olunub. Bu da yalandır. 20-ci əsrin əvvəllərindəki Azərbaycan mətbuatı "olay" sözü işlədə bilməzdi, çünki həm o zaman ədəbi dil Osmanlıcanın təsiri altında idi, həm də ərəb-fars basqısının tarixi izləri geniş şəkildə davam edirdi. Ən əsası, "olay" sözü "Yeni Türkcə"yə aiddir, yəni Türk Dil Qurumunun yaratdığı sözdür, ilk dəfə 1937-ci ildə lüğətə daxil olub.

Üçüncüsü. Dedi ki, Səcuqlu, Ağqoyunlu, Qaraqoyunlu, Əfşar və Qacarlar türk... (bəli, elədir!), amma birdən biz ortaya çıxırıq və deyirik ki, azərbaycanlıyıq. Görünür, Aqşinə bir yaxşı etnoqrafiya müəllimi lazımdır ki, "etnogenez" və "millət" anlayışlarını başa salsın. Adları çəkilən dövlətlərin heç biri bizim milli dövlətlərimiz deyil, etnogenimizdə rol oynayan tayfaların qurduğu feodal xanədanlardır. Milli dövlətlər kapitalizmlə birlikdə, millətləşmə prosesinin nəticəsi olaraq meydana çıxıblar. Bizim tarixdə yeganə milli dövlətimiz Azərbaycan Xalq Cümhuriyyətidir, bu günkü Respublikamız da eyni dövlət təsisatıdır. Azərbaycanda 28 may 1918-ci ildə Cümhuriyyətin elanı ilə başlayan dövlət millətləşməsi, 7 dekabr 1918-ci ildə AXC parlamentinin yaranması ilə başlayan xalqlaşma prosesi 1995-ci il noyabrın 12-də ümümxalq referndumu ilə qəbul olunan Konstitusiya ilə dialektik zirvəsinə çatıb. Konstitusiyada Türk dilləri arasında müstəqilliyinə və Azərbaycan SSR dövründə formalaşmış akademik-qrammatik bazasına söykənməklə Azərbaycan dilinin hüquqi statusu təsbit olunub. Bu hüquqi statusu müəyyənləşdirən səbəblərdən biri də budur ki, azərbaycanlı kimliyi həm xalqın (vətəndaşların cəminin) ümumi mənsubiyyətini, həm də türk mənşəli Azərbaycan etnosunun identifikasiyasını ehtiva edir.

Uzun sözün qısası, 3 dəqiqədə 3 ciddi səhv buraxmaqla, bu məsələlərdə ehkam kəsmək olmaz və hər kəs öz bildiyi işlə məşğul olsa, yaxşıdır! Aqşindən yeni əsərlər gözləyirəm!

Taleh ŞAHSUVARLI

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:138
embedMənbə:https://www.aznews.az
archiveBu xəbər 24 Fevral 2025 08:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Rusiya Ukrayna danışıqları dalana dirənib

04 Dekabr 2025 14:36see412

Tulin Ələkbərova və tələbəsi saxlanıldı

05 Dekabr 2025 09:49see274

Rusiyada 21 yaşına çatmamış şəxslər tütün və spirtli içkilərin satışı ilə məşğul ola bilməyəcək

05 Dekabr 2025 01:45see222

ABŞ də 2025 ci ildə ən çox səhv tələffüz edilən sözlər hansıdır?

05 Dekabr 2025 01:11see203

Kosmosdakı 5 sm lik peykimiz nəyə yarayır?

05 Dekabr 2025 08:03see179

Bakıda torpağın sotu 425 min oldu 41 faiz bahalaşma var VİDEO

05 Dekabr 2025 09:37see158

Çempionlar Liqası: Araz Naxçıvan qapını bərk çırpa biləcək?

05 Dekabr 2025 09:34see156

Gəncədə yeniyetmə və 22 yaşlı qadını bıçaqlayan şəxslər saxlanılıb

05 Dekabr 2025 09:28see155

Bakıda Şaxta baba lar dalaşdı VİDEO

04 Dekabr 2025 17:37see143

Qurudulmuş meyvələr hansı şəraitdə saxlanmalıdır? Mütəxəssis xəbərdarlığı

04 Dekabr 2025 07:15see139

“Əmək müqavilələrinin sayı 45 faiz artıb, əməkhaqqı fondu isə 3,2 dəfə yüksəlib” Nazir

05 Dekabr 2025 12:02see139

10 nəhəng qida şirkəti insan sağlamlığını belə məhv edir... Siyahıda “Coca cola , Nestle” kimi şirkətlər var

04 Dekabr 2025 11:53see138

Borclu sakinlərə görə bütün binanın istiliyi kəsilirsə... Ekspert

05 Dekabr 2025 08:31see138

Neymar və het trik

04 Dekabr 2025 09:17see135

Tanınmış şirkətin milyon yarımlıq dələduzluğu işində Hökm oxundu

04 Dekabr 2025 11:29see133

İsrail Avroviziyaya qatılacaq 4 ölkədən boykot qərarı

05 Dekabr 2025 01:11see130

Dövlət Turizm Agentliyi ölkəyə turist axınının azalmasına münasibət bildirib

04 Dekabr 2025 11:02see128

Hərbçi olmaq üçün 160 sm boy kifayətdir YENİ QƏRAR

04 Dekabr 2025 08:11see128

Juninyo Braziliya çempionu oldu

04 Dekabr 2025 08:20see128

Piastri Norrisə kömək etməyəcək

05 Dekabr 2025 00:16see126
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri