Icma.az
close
up
RU
Çingiz xandan Aqşin Mürsəlova məsləhət REPLİKA

Çingiz xandan Aqşin Mürsəlova məsləhət REPLİKA

Footbal-plus saytından verilən məlumata əsasən, Icma.az məlumatı açıqlayır.

Düzü, bu yazını srağagün – “İmişli” portuqaliyalı Xorxe Kaskilyanı baş məşqçi vəzifəsinə təyin edəndə qələmə almaq fikrində idim. Lakin baş redaktorumuz Mahir Rüstəmli bu sözlərlə məni fikrimdən daşındırdı:

“Hər kəs bu qərarı tənqid edir. Əvvəl Aqşin bəylə (Aqşin Mürsəlov “İmişli”nin icraçı direktorudu – red.) əlaqə saxla. Bəlkə o, elə dəlil təqdim edəcək ki, təyinata haqq qazandıracaqsan?”


Odu ki, həmin gündən bəri Aqşin bəyə mesaj yazdım, zəng etdim. Lakin funksioner nə dəstəyi qaldırdı, nə də mesajları cavabladı. Başqa əməkdaşlarımızdan birinə isə dünən günorta saatlarında cavabını axşam təqdim edəcəyini dedisə, vaxt-vədə yetişəndə yenə “qeybə çəkildi”. Qısası, təkcə “İmişli” azarkeşlərinin yox, həm də futbol ictimaiyyətinin böyük hissəsinin yanlış addım saydığı qərarı qınamasına baxmayaraq, məsələyə aydınlıq gətirməkdən üz çevirdi...
Oxucularımızı Kaskilyanın dosyesi ilə tanış etmişik. Artıq bilirik ki, portuqaliyalı karyerası ərzində ciddi uğur qazanmayıb. Bu üzdən “İmişli”nin premyer-liqada böyük çətinliklərlə üzləşəcəyinə şübhə yoxdu. Bəs tərəfdar dəstəyi? Komanda ev oyunlarını Ağsu şəhər stadionunda keçirəcək. Bəs maliyyə gücü? Bu sualın cavabı klubun sponsoru olan RDC MMC-də gizlidi. Məlum olduğu kimi, adı çəkilən şirkət konsaltinq xidmətiylə məşğuldu. Yəni hansısa müəssisə üçün gələcək planların proqnozlaşdırılması, strategiyaların hazırlanması, problemlərin aşkar edilməsi və həll yolunun təqdim edilməsi kimi xidmətlər göstərir.
Görünür, buna ilk növbədə məhz “İmişli”nin ehtiyacı var. O başqa məsələ ki, RDC MMC pullarının havaya sovrulmasından məmnun görünür. Bəlkə elə ilk növbədə onlar bu qərarla razılaşmamalıydı. Azı ona görə ki, ölkəmizdə xeyli yerli, təcrübəli, ancaq işsiz qalan məşqçilərlə anlaşmaq mümkün idi.
Qayıdaq Aqşin Mürsəlova... İnsafən, funskioner portuqaliyalı baş məşqçi məsələsindən başqa bütün mövzularla bağlı müraciətlərimizi cavablayıb və imkan daxilində ətraflı məlumat verməyə çalışıb. Bu üzdən məhz bu məsələylə bağlı yuxarıda bəhs etdiyim davranışına izah tapmaqda çətinlik çəkdim. Bəlkə də hansısa dəlili var. Ancaq hər kəsə bəllidi: susmaq razılıq əlamətidi! Belədə dünya tarixinin ən nəhəng imperiyasının banisi, monqol hökmdarı Çingiz xanın məşhur ifadəsi ağla gəlir:

“Etmisənsə, qorxma! Qorxursansa, etmə! Etmisənsə, peşman olma!”


Allah “İmişli”ni sonrakı, başqa sözlə, fayda verməyən peşmanlıqdan qorusun!
KƏNAN BAHADIR
Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:194
embedMənbə:https://www.football-plus.az
archiveBu xəbər 27 İyun 2025 07:21 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

ABB də pulu qalan müştərinin üsyanı

06 Oktyabr 2026 09:15see1437

Türkiyədən İsrailə 456 gəmi səfəri: “Sıfır ticarət”in görünməyən tərəfi ARAŞDIRMA

06 Oktyabr 2026 10:33see712

Toy yasa döndü: Dava zamanı komaya düşən Cavid vəfat etdi Foto

06 Oktyabr 2026 06:25see566

BMT: Miqrant uşaqların çoxu Avropaya valideynlərsiz gəlib

07 Oktyabr 2026 18:19see489

Barselona nın sabiq futbolçusu karyerasını bitirdi

07 Oktyabr 2026 18:12see478

Tacikistan və İran quru sərhəd keçidləri də daxil olmaqla, tam vizasız rejimə keçiblər

07 Oktyabr 2026 18:17see467

Azərbaycan mirvari, qiymətli və ya azqiymətli daşların ixracını 17 dəfədən çox artırıb QRAFİK

07 Oktyabr 2026 18:13see450

Bakıda həbs edilən klinika direktoru HAKİM QARŞISINDA

07 Oktyabr 2026 18:21see415

Məhəmməd Bədəlbəyliyə töhmət verildi

06 Oktyabr 2026 16:23see398

Adəm İsmayıl Bakuvi Prezidentə məktub yazıb

06 Oktyabr 2026 19:04see353

Azərbaycana ən çox hansı ölkələr sərmayə yatırır?

07 Oktyabr 2026 15:59see320

Neftin qiyməti ilə bağlı SENSASİON PROQNOZ 200 dollar olacaq

07 Oktyabr 2026 13:22see305

Yenidən məhkəmədə üz üzə gələcəklər

07 Oktyabr 2026 18:13see300

Karyera seçimi, qərarvermə və liderlik: UNEC in məzunu tələbələrə təcrübəsindən danışıb

07 Oktyabr 2026 18:17see296

Niyazi Bayramov növbəti dəfə vətəndaşlarla görüşdü Fotolar

07 Oktyabr 2026 18:20see291

Ucuz maşın almaq istəyənlərin NƏZƏRİNƏ Qiymətlər 600 AZN dən başlayır

07 Oktyabr 2026 16:36see288

OpenAI BƏƏ fondları və BlackRock dan 30 milyard dollar cəlb etmək üçün danışıqlar aparır

07 Oktyabr 2026 14:27see274

La Liqanın ən bahalı 10 oyunçusu SİYAHI

07 Oktyabr 2026 18:17see272

Milli Məclisin Təbii ehtiyatlar, energetika və ekologiya komitəsində müzakirəyə üç məsələ çıxarılıb

07 Oktyabr 2026 14:39see272

Orta Dəhliz uzunmüddətli iqtisadi inkişaf və regional inteqrasiya platformasıdır ŞƏRH

07 Oktyabr 2026 18:13see271
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri