AQTA ərzaq bazarlarında monitorinq keçirib
Cebheinfo portalından verilən məlumata görə, Icma.az xəbər yayır.
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) tərəfindən Neftçala, İmişli və Tovuz rayonlarında fəaliyyət göstərən ərzaq bazarlarında növbəti monitorinqlər həyata keçirilib.
“Cebheinfo.az” xəbər verir ki, bu barədə Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) məlumat yayıb.
Bildirilib ki, monitorinq zamanı bir sıra nöqsanlar aşkar olunub. Belə ki, bazarlarda balıq məhsullarının açıq havada satışının həyata keçirildiyi, süd və süd məhsullarının satışı sahələrində isə saxlanc və soyuducuların təşkil olunmadığı müəyyən edilib.
“Bundan başqa, müəyyən olunub ki, bazar daxilində abadlaşdırma işləri aparılmayıb, işçilər sanitar geyimlərlə təmin edilməyib, piştaxtalar asan yuyulub təmizlənə bilən materialdan təşkil olunmayıb.
Aşkar edilmiş nöqsanların aradan qaldırılması üçün bazar sahiblərinə müvafiq göstərişlər verilib, qanunvericilik çərçivəsində inzibati tədbirlər görülüb.
İnsanların sağlamlığını riskə atan, qida təhlükəsizliyi tələblərinə əməl etməyən satış subyektləri ilə bağlı nəzarət tədbirləri davam etiriləcək və sərt tədbirlər görüləcək” - məlumatda qeyd olunub.
Gülər
“Cebheinfo.az”
Problemlərinizi bizə yazın, şahidi olduğunuz hadisələri çəkib göndərin
Baxış sayı:48
Bu xəbər 03 Dekabr 2025 17:33 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















