AQTA Etibar Kərimovun obyektini yenə icarəyə götürdü Bu dəfə 45 minə
Yeniavaz saytından əldə olunan məlumata görə, Icma.az məlumat yayır.
Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) tabeliyində fəaliyyət göstərən Qida Təhlükəsizliyi İnstitutu fiziki şəxs Kərimov Etibar Həmzə oğlu (VÖEN – 1700495512) ilə müqavilə imzalayıb.
Yeniavaz.com xəbər verir ki, müqavilə tender müsabiqəsi keçirilmədən, bir mənbədən satınalma metodu əsasında bağlanıb.
Müqavilənin şərtlərinə görə, Qida Təhlükəsizliyi İnstitutu Bakı şəhəri, Binəqədi rayonu, Dərnəgül qəsəbəsi 17-ci Dağlıq küçəsi, 13 ünvanında yerləşən qeyri-yaşayış sahəsinin ümumi sahəsindən 545 kv.metr olan hissəsini icarəyə götürüəcək və icarə haqqı olaraq Kərimov Etibar Həmzə oğluna bir il üçün (26.05.2026 – 26.05.2027) 44 min 733 manat 60 qəpik ödəyəcək.
Onu da bildirək ki, Etibar Kərimov qeyd olunan ünvandakı qeyri-yaşayış sahəsini 3 ildir Qida Təhlükəsizliyi İnstitutuna icarəyə verir. Bundan başqa Etibar Kərimov “Aqrar Tədarük və Təchizat” ASC-yə də müxtəlif vaxtlarda anbar sahəsi icarəyə verib.
Elnur Əli
Bu mövzuda digər xəbərlər:AQTA bu şirkətdən yenə ofis icarəyə götürdü Hər ay 116 min ödəyəcək
17 Yanvar 2025 22:44
İslam Kərimovun qızına qarşı yeni iddia Bu dəfə İsveçrədə
28 Aprel 2026 14:38
Lətif Kərimovun xatirəsi anıldı
18 Noyabr 2024 12:48
Kərimovun ilk Afrika marafonu
30 Yanvar 2025 12:33
Teymur Kərimovun cəzası azaldıldı
24 Dekabr 2025 14:09
Baxış sayı:149
Bu xəbər 19 May 2026 11:19 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















