Ən intellektual insanlar bu rəngi sevir
Modern.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Yüksək intellekt səviyyəsinə malik insanlar daha çox mavi rəngə üstünlük verirlər. Psixologiyada bu rəng sakitlik, təmkin və etibarlılıqla əlaqələndirilir.
Modern.az xəbər verir ki, Misirin Heluan Universitetinin tədqiqatçıları İhab Mahmud Hənəfi və Reham Sanad bu nəticəyə gəliblər.
"ScienceDirect"də dərc olunan araşdırma çərçivəsində qrafik dizayn və informatika ixtisaslarında təhsil alan 80 tələbə arasında sorğu keçirilib. Onlardan geyim və interyer üçün üstünlük verdikləri rəngləri seçmək istənilib.
Nəticələrə görə, iştirakçıların 15%-i geyimdə mavi rəngə üstünlük verib. Bu rəng analitik düşüncə qabiliyyəti ilə seçilən respondentlər arasında ən populyar olub.
Tədqiqatçılar rənglərin müxtəlif simvolik mənalar daşıdığını qeyd edirlər:
Mavi – sakitlik və etibarlılıq;
Qırmızı – ehtiras, cəsarət və impulsivlik;
Ağ – nizam-intizam və səliqə;
Narıncı – uğur və bolluq;
Yaşıl – təbiət, həyat və təhlükəsizlik.
Bununla belə, mütəxəssislər mavi rəngə üstünlük verməklə yüksək IQ arasında birbaşa əlaqənin hələ elmi şəkildə sübut edilmədiyini vurğulayırlar. Bu nəticələrin təsdiqlənməsi üçün daha geniş araşdırmalara ehtiyac var.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:130
Bu xəbər 29 Noyabr 2026 13:16 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















