Icma.az
close
up
RU
AQTA: Ölkədə 824 min 599 heyvan identifikasiya edilib

AQTA: Ölkədə 824 min 599 heyvan identifikasiya edilib

Azertag saytına istinadən Icma.az xəbər verir.

Bakı, 19 noyabr, Günel Türksoy, AZƏRTAC

Azərbaycan Respublikasında heyvanların identifikasiyası və qeydiyyatı normativ və texniki normativ hüquqi aktlarla tənzimlənir. Məqsəd heyvan xəstəliklərinin diaqnostikası və profilaktikası üzrə baytarlıq tədbirlərinin həyata keçirilməsinə nəzarət etməkdir. Bu günə qədər ölkədə 824 min 599 heyvan identifikasiya edilib.

Bu barədə AZƏRTAC-ın sorğusuna cavab olaraq Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) İnformasiya təminatı və innovativ həllər şöbəsindən məlumat verilib.

Bildirilib ki, heyvanların identifikasiyası onların xəstəliklərinin diaqnostikası, profilaktikası və peyvəndləmənin izlənilməsi üçün əvəzolunmazdır. Bu, xəstəliklərin yayılmasını minimuma endirməyə və heyvanların ümumi sağlamlıq vəziyyətini yaxşılaşdırmağa kömək edir, hər bir heyvanın müayinə, müalicə və profilaktika keçmişinin sənədləşdirilməsinə imkan yaradır.

Eyni zamanda, qida zəncirinin izlənilməsi – “fermadan süfrəyə” konsepsiyasının qorunmasına zəmin yaradır. Kənd təsərrüfatı sahəsində heyvanların izlənilməsi məhsuldarlığın artırılmasına, heyvan mənşəli məhsulların izlənilməsinə və elmi araşdırmalara kömək edir.

Kənd təsərrüfatı heyvanlarının identifikasiyasının aparılması məcburidir və identifikasiya dövlət baytarlıq müfəttişlərinin nəzarəti altında həyata keçirilir, identifikasiya xərcləri mülkiyyətçilərin vəsaiti hesabına ödənilir.

Heyvanların identifikasiyası Avtomatlaşdırılmış Qida Təhlükəsizliyi İnformasiya Sistemi (AQTİS) vasitəsilə həyata keçirilir. Müvafiq qaydada identifikasiya olunaraq qeydiyyata alınmayan kənd təsərrüfatı heyvanlarının ölkə ərazisində hərəkətinə (heyvan kəsimi məntəqələrinə, bazarlara, digər təsərrüfatlara və s.) icazə verilmir.

Heyvan müvafiq qaydada identifikasiya olunaraq qeydiyyata alındıqda aqrar sığortanın predmeti hesab olunur. Heyvandarlıq sahəsi üzrə müəyyən edilən subsidiyanın alınması süni mayalandırılan heyvan və süni mayalanma nəticəsində doğulan hər bir sağlam buzov və balağ (camış balası) identifikasiya olunduğu halda mümkündür.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:155
embedMənbə:https://azertag.az
archiveBu xəbər 19 Noyabr 2025 12:31 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Jirunun son dəqiqələrdə vurduğu qol “Lill”ə qələbə qazandırdı

31 Oktyabr 2026 02:06see301

Ən çox qiymət artımının qeydə alındığı rayonumuz açıqlandı

31 Oktyabr 2026 12:04see273

Azərbaycan əhəng istehsalını 77 % artırıb

31 Oktyabr 2026 11:26see270

Avstraliya alimləri ilə birgə layihə

31 Oktyabr 2026 15:41see255

Azərbaycan hekayələri Sankt Peterburqda nəşr olunub

31 Oktyabr 2026 15:41see246

Azərbaycanın qiymətli metallar bazarının həftəlik icmalı

31 Oktyabr 2026 18:02see246

Milli Kitabxananın rəqəmsal fəaliyyəti beynəlxalq konqresdə

31 Oktyabr 2026 15:42see245

Sehrli tablet? İnulin nədir və oynaqlar üçün nə dərəədə faydalıdır...

31 Oktyabr 2026 21:07see238

Parkinson müalicəsində kök hüceyrə transplantasiyası aparıldı Dünyada ilk dəfə

31 Oktyabr 2026 19:17see230

Məşhur aşpazın restoranı borca görə bağlandı

31 Oktyabr 2026 17:23see229

“Zikra: xatirələr gecəsi” tamaşası nümayiş olunub

31 Oktyabr 2026 22:40see220

Əldə olunan mühüm nailiyyətlər FOTO

31 Oktyabr 2026 13:07see217

Dövlət Gömrük Komitəsi maliyyə konsaltinqinə 116 min manat ayırır

31 Oktyabr 2026 13:51see212

Daxili işlər orqanlarında kütləvi yerdəyişmə

01 Noyabr 2026 17:23see211

8 yaşını qeyd edir

31 Oktyabr 2026 11:14see210

Xalq şairinin ölməzlik abidələri

31 Oktyabr 2026 15:41see202

Sürücülərin çoxu bu sarı nişanın mənasını bilmir Cərimə ilə üzləşməmək üçün diqqətli olun

31 Oktyabr 2026 01:26see200

Röya tanınmaz obrazda (Foto/Video)

31 Oktyabr 2026 22:49see196

Cütlüklər niyə ayrı yatmalıdır? Xoşbəxt ailə münasibətinin sirri

01 Noyabr 2026 01:28see195

Amazon bulud biznesindən illik 1 trilyon dollar gəlir əldə etməyi hədəfləyir İnvestisiyalar 220 milyard dollara çatır

31 Oktyabr 2026 13:45see194
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri