Icma.az
close
up
RU
AQTİnin HACCP mövzusunda keçirdiyi təlimlərdə 549 nəfər iştirak edib AZƏRTAC

AQTİnin HACCP mövzusunda keçirdiyi təlimlərdə 549 nəfər iştirak edib AZƏRTAC

Azertag saytından alınan məlumata görə, Icma.az bildirir.

Bakı, 26 noyabr, AZƏRTAC

HACCP – Təhlükənin Analizi və Kritik Nəzarət Nöqtələri prinsipləri qida məhsullarının istehsalında risk əsaslı yanaşmanı ehtiva edir. Bu yanaşmaya əsasən müəssisə təhlükə növlərinə uyğun risk qiymətləndirməsi və nəzarət tədbirlərini özündə əks etdirir.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutunun (AQTA) İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a bildirilib ki, HACCP qida müəssisələrində təhlükəsiz qida istehsalı üçün tələb olunan gigiyena şərtlərini müəyyənləşdirir. Gigiyena şərtləri dedikdə şəxsi gigiyena, avadanlıq gigiyenası, xammal gigiyenası, ətraf mühitin gigiyenası və s. nəzərdə tutulur. Proses çərçivəsində istehlakçının sağlamlığına təhlükə yarada biləcək səbəblər müəyyən olunur. Sistem istehsal və xidmət mərhələlərində riskləri aradan qaldırır və etibarlılıq yaradır.

Azərbaycan Qida Təhlükəsizliyi İnstitutu sahibkarlıq subyektləri üçün HACCP sisteminin müəssisələrdə tətbiqi ilə bağlı qiymətləndirmə, məsləhət və təlim xidmətləri təklif edir. Cari dövr ərzində qanunun icrası ilə əlaqədar olaraq, AQTİ tərəfindən HACCP mövzusunda keçirilən təlimlərdə 549 nəfər iştirak edib.

Sahibkarlar AQTİ-nin təklif etdiyi xidmətlərdən yararlanmaq üçün [email protected] elektron poçt ünvanına məktub göndərə və ya “1003-Çağrı Mərkəzi”nə zəng edə bilərlər.

Qeyd edək ki, “Qida Təhlükəsizliyi haqqında” Qanun dərc olunduğu gündən sahibkarlıq subyektləri mərhələli şəkildə HACCP sistemini tətbiq etməlidir. Həmin müddət iri sahibkarlıq subyektləri üçün 2 il, kiçik və orta sahibkarlıq subyektləri üçün 4 il, mikro sahibkarlıq subyektləri üçün isə 6 ildir. Xatırladaq ki, Qanun 2022-ci il iyunun 30-da dərc olunub.

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:134
embedMənbə:https://azertag.az
archiveBu xəbər 26 Noyabr 2024 17:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Tarixə düşən kişi

04 Noyabr 2025 11:57see194

​Televiziya aparıcısı anasını bıçaqlayaraq öldürdü

03 Noyabr 2025 23:31see192

Antiinhisar Agentliyi:”Ombudsmana cavab verəcəyik”

04 Noyabr 2025 12:04see181

“Bu istiqamətlər tam şəkildə nəzərə alınıb”

04 Noyabr 2025 12:17see180

Müəllimlər cəmiyyətin yükünü daşıyan müdriklərdir

03 Noyabr 2025 16:38see174

Sian şəhərinin meri “Biznes Park Abşeron” layihəsi ilə tanış olub

04 Noyabr 2025 08:48see158

Pozulan nikahlar və gizli qalan səbəblər

03 Noyabr 2025 10:41see156

Monqol əti Bakıda buna görə ucuz imiş SƏBƏB BİLİNDİ

03 Noyabr 2025 11:14see137

Yüksək şəkər və infarkt arasında əlaqə

03 Noyabr 2025 06:06see137

Bütün nadir xəstəliklər üçün təsir göstərə biləcək vahid dərman hazırlanıb

03 Noyabr 2025 02:03see134

Turan Tovuz da oynamış futbolçu bu ölkədə klubunu dəyişdi FOTO

03 Noyabr 2025 12:35see131

Bakıda metrolarda yeni ödəniş qaydası tətbiq olunur

04 Noyabr 2025 16:34see131

İstanbulda Qəzza üzrə zirvə görüşü başlayıb

03 Noyabr 2025 16:39see129

Avropa bütün sursatımızı alıb, aparsın Vuçiç

03 Noyabr 2025 01:44see126

Müharibədə daha bir idmançı öldü

03 Noyabr 2025 06:28see125

Paşinyan artıq düzgün və konstruktiv siyasət yürütməyə başlayıb

04 Noyabr 2025 01:21see124

Xəzərdə batma təhlükəsi ilə üzləşən 3 balıqçı xilas olundu Video

03 Noyabr 2025 16:38see124

Sumqayıt sakinlərinin yol dərdi: Vətəndaşların problemi nə vaxt həll ediləcək?

03 Noyabr 2025 02:00see124

Toral Bayramov əli Kriştiano Ronaldonun çiynində Foto

03 Noyabr 2025 08:32see123

İsraildən Türkiyə etirafı: Toz halına saldılar

03 Noyabr 2025 10:47see122
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri