Icma.az
close
up
RU
Araq içmə, işlə, pul qazan, uşaqlara geyim al dedim Ailə cinayətinin təfərrüatı

Araq içmə, işlə, pul qazan, uşaqlara geyim al dedim Ailə cinayətinin təfərrüatı

Demokrat.az portalından verilən məlumata görə, Icma.az xəbər yayır.

Masallı rayonunda 1972-ci il təvəllüdlü Abbas şəxsi münasibətlər zəminində yaranan mübahisə zamanı həyat yoldaşı Samirəyə (adlar şərti verilib – red.) xəsarət yetirib. 
Demokrat.az-ın əldə etdiyi məlumata görə, hadisə 1 sentyabr 2024-cü ildə, saat 9 radələrində Masallı rayonunun kəndində baş verib. 
Abbas yaşadığı fərdi yaşayış evində arvadı Samirə ilə aralarında yaranan ailə məişət zəminində baş vermiş mübahisə zamanı sonuncunun ona spirtli içki qəbul edib ailəsinin qayğıları ilə məşğul olmaması barədə iradlarını bildirməsi səbəbindən onun sifət və bədənin müxtəlif nahiyələrindən qəsdən əli, təpiklə vurub. Ona müxtəlif dərəcəli bədən xəsarətləri yetirib.
Hadisəni törədən Abbasın barəsində Cinayət Məcəlləsinin 128-ci (qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham elan edilib. 
Cinayət işi üzrə təqsirləndirilən şəxs qismində ifadə verən Abbas ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilib. O, ifadəsində göstərib ki, zərərçəkmiş Samirə ilə 2009-cu ildə evlənərək birlikdə yaşamağa başlayıblar: “Birgə nikahdan iki uşağımız var. Spirtli içki qəbul etdiyim üçün Samirə ilə aramızda müxtəlif vaxtlarda mübahisələrimiz olub. Sentyabrın 1-də, saat 9 radələrində yaşadığımız evdə olarkən Samirədən nə üçün uşaqlara məktəb geyimi almamağı soruşdum. Samirə mənə “araq içmə, get işlə pul qazan uşaqlara geyim al, sən kişi olsaydın, arağa verdiyin pulu gedib evə ərzaq alardın” dedi. Samirənin bu sözünə əsəbləşdim və Samirəni əlim ilə sifət, təpiklə bədəninin müxtəlif nahiyələrindən vurmağa başladım. Sonra Samirə məndən kənarlaşdı, evin digər otağına keçdi. Mən də evdən çıxaraq getdim”.
İş üzrə zərərçəkmiş qismində ifadə verən Samirənin sözlərinə görə, əri Abbasla yaşadığı müddət ərzində sonuncu hər gün spirtli içki qəbul etdiyi üçün aralarında müxtəlif vaxtlarda mübahisələri olub: “Sentyabrın 1-də, saat 9 radələrində evdə olarkən Abbas məndən nə üçün uşaqlara məktəb geyimi almamağımı soruşdu. Mən də Abbas araq içməməsini, gedib işləyib pul qazanaraq uşaqlarına özünün geyim almasını bildirdim. Bu sözlərimdən sonra Abbas əli ilə sifətimə və təpiklə bədənimin müxtəlif nahiyələrindən vurmağa başladı. Abbasın vurduğu zərbələrdən ağrı hiss edərək yaşadığım evin digər otağına keçdim. Abbas isə evdən çıxaraq getdi. Sonra mən qardaşım oğlu Rəsula zəng edərək bizə gəlməsini dedim. 2-3 dəqiqə sonra Rəsul bizə gəldi. Həmin vaxt Rəsul məndən nə baş verdiyinin soruşdu. Mən də Abbas tərəfindən döyüldüyümü dedim. Sonra Rəsulla birlikdə xəstəxanaya getdim. Xəstəxanada həkimlər tərəfindən mənə ilkin tibbi yardım göstərildi. Sentyabrın 3-də Masallı rayon Polis Şöbəsinə gedərək Abbas tərəfindən döyülməm barədə şikayət etdim”.
Bu cinayət işinə Masallı Rayon Məhkəməsində baxılıb. Məhkəmə təqsirləndirilən şəxsin zərərçəkmişlə barışmasını, zərərçəkmiş şəxsin ondan şikayətçi olmamasını nəzərə alıb. Bu səbəbdən Abbasın barəsində olan cinayət təqibinə xitam verilib. O, cinayət məsuliyyətindən azad edilib. 
Fariz Məlikli
Demokrat.az
Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:77
embedMənbə:https://demokrat.az
archiveBu xəbər 06 Dekabr 2024 17:38 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

İrana qarşı hərbi əməliyyatlar Azərbaycana təsirsiz ötüşməyəcək

31 Yanvar 2026 00:12see321

İranla birbaşa müharibə Tramp hakimiyyətinin sonu ola bilər ŞƏRH

30 Yanvar 2026 17:09see309

Təmir zamanı çəkilən Çin maşının görüntüləri gündəm oldu VİDEO

30 Yanvar 2026 12:31see294

Rza Pəhləvinin təklifini rədd etdim Çehrəqanlı

30 Yanvar 2026 13:47see264

Tramp Melaniya filminin premyerasında ABŞ ın bir az cazibəyə ehtiyacı var deyib

30 Yanvar 2026 12:26see246

Qeyri neft ixracında rekord nəticə

31 Yanvar 2026 10:46see223

Sabah a məxsus olan futbolçu: Sumqayıt dan ayrılan zaman Karvan Yevlax a keçəcəyimi bilirdim

30 Yanvar 2026 13:22see216

Məşhur memardan ev dekorasiyası dərsləri: Bu əşyaları evimə əsla qoymuram

31 Yanvar 2026 08:12see206

Türkiyə PKK nı bitirdi, CHP ittihamları isə bitmir TƏHLİL

30 Yanvar 2026 12:25see200

Bürclərə inanmaq psixoloji pozuntuların əlamətidir?

30 Yanvar 2026 17:39see191

Gəncədə 18 yaşlı gənc bıçaqlandı

31 Yanvar 2026 23:51see188

İlham Əliyev bu gəncləri mükafatlandırdı SİYAHI

30 Yanvar 2026 16:40see182

Elmi və mədəni maarif proqramları strateji əhəmiyyət daşıyır

30 Yanvar 2026 16:03see178

Hikmət Hacıyevdən İranla bağlı MÜHÜM KONKRET

30 Yanvar 2026 20:56see157

Türkiyə serialları ailə və mədəni dəyərləri zəhərləyir Aydın Xam Əbilov

30 Yanvar 2026 19:07see155

Gəncə şəhər Baş Polis İdarəsinə yeni rəis təyin edilib

31 Yanvar 2026 02:40see155

Gec yatanlarda bu xəstəliklər yarana bilər Araşdırma

31 Yanvar 2026 01:09see154

İsveçrədəki məhkəmə prosesi İtaliya ilə gərginliyə səbəb olub

30 Yanvar 2026 22:47see153

Hikmət Hacıyev: Azərbaycan İrandakı vəziyyətlə bağlı ABŞ ilə müzakirə aparmayıb

30 Yanvar 2026 23:20see146

Trampdan İrana sərt mesaj: “Daha pis ssenari mümkündür”

01 Fevral 2026 02:28see144
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri