Araz dəhlizi nə vaxt açılacaq? “2 il yarım qalıb”
Icma.az xəbər verir, Yenisabah saytına əsaslanaraq.
Prezident İlham Əliyev və İran İslam Şurası Məclisinin sədri Məhəmməd Baqir Qalibaf arasənda görüşdə Ağbənd-Kəlalə körpüsünün tikintisinin başa çatdığı və Araz dəhlizinin artıq hazır olduğu bildirilib.
“Yəqin ki, ümumi siyasi vəziyyət, müharibə təhlükəsi və s.-ə görə dəhlizin açılışı ləngiyir”.
Bunu “Yeni Sabah”a politoloq Zərdüş Əlizadə bildirib. pizza
“O, Naxçıvana gediş-gəlişin quru əlaqəsini təmin edəcək. Araz dəhlizi hər iki dövlətin qarşılıqlı asılılığı, həm də qarşılıqlı faydalılığını artıracaq”, - deyə politoloq əlavə edib.
Layihənin icrasında bütün xərcləri (500 milyon avro) Azərbaycan tərəfi ödəyib. Bu, Naxçıvan əhalisi və ümumən Azərbaycan vətəndaşlarının Araz dəhlizindən sərhəd-gömrük yoxlanışı olmadan keçməsini təmin edəcəkmi?
Z.Əlizadənin fikrincə, layihəyə sərmayəni Azərbaycan tərəfinin qoyması hansısa oxşar mexanizmin düşünldüyü ehtimalı yaradır.
O, Rusiya Baş nazirinin müavini Aleksey Overçukun “nə Rusiya, nə də Çin Araz dəhlizinə paralel olan “Trump yolu”ndan istifadə etməyəcək” bəyanatını da şərh edib:
“Amerika harda yerləşir? Qərb yarımkürəsində. Azərbaycanla Amerikanın arasında 20 min km məsafə var. Azərbaycandan Ermənistandan keçməklə Naxçıvana məsafə 42 km-dir. Bu coğrafiyada Amerikanın nə işi var?! “Tramp yolu” ona görə çəkilir ki, gələcəkdə Çin və Mərkəzi Asiya ölkələri dəmir yolu ilə öz yüklərini Qərbə, o cümlədən, Avropa ölkələrinə daşıya bilsinlər. ABŞ istəyir ki, bu dəmir yolu üzərində nəzarət əldə eləsin. Bu, bizim milli maraqlara cavab verir?
İran da görür ki, Amerika onun sərhədində yerləşir. Buna görə də “Tramp yolu”na etiraz edir.
Ermənistan hakimiyyəti çaşıb bir balaca, "hə" deyib. Amma İran da buna dözümlü yanaşır, çünki bilir ki, Trampın hakimiyyətdə qalmasına 2 il yarım vaxt qalıb. TRIPP dəhlizinin isə texniki əsasları hələ işlənməyib. Onun dəqiq marşrutu hələ müəyyənləşməyib. Kim tikəcək, necə tikəcək, hələ texniki layihə hazırlanmayıb. Bütün bunlar yoxdur, 2 il yarıma da bu olmayacaq. Tramp çıxıb gedəcək prezidentlikdən, heç kəsin də yadına TRIPP düşməyəcək”.
Aytəkin Əzizqızı
Baxış sayı:236
Bu xəbər 26 İyun 2026 16:03 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
Əlaqə
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















