Icma.az
close
up
RU
Araz dəhlizinin əhəmiyyəti açıqlanıb: Azərbaycan yeni geosiyasi imkanlar əldə edəcək

Araz dəhlizinin əhəmiyyəti açıqlanıb: Azərbaycan yeni geosiyasi imkanlar əldə edəcək

Apa.az saytından alınan məlumata görə, Icma.az bildirir.

Araz dəhlizi ilə əlaqədar görülən işlər və koridorun əhəmiyyəti açıqlanıb.

APA-nın İrana ezam olunmuş əməkdaşının xəbərinə görə, bu barədə Baş nazirin müavini Şahin Mustafayev məlumat verib.

“Azərbaycanın möhtəşəm qələbəsindən sonra torpaqlarımız işğaldan azad olundu. Bununla regionda yeni geosiyasi vəziyyət yarandı. Eyni zamanda, bu, nəqliyyat-logistika sahəsində yeni, geniş imkanlar yaratdı. Azərbaycan bu imkanlardan istifadə edilməsi üçün dərhal işlərə başladı. İran hökuməti ilə 2022-ci ilin mart ayında müvafiq Anlaşma Memorandumu imzalandı. Bu Memorandum Azərbaycanın Şərqi Zəngəzur bölgəsini İran ərazisi ilə Naxçıvan Muxtar Respublikası ilə birləşdirəcək infrastrukturun yaradılması idi. İlk addım kimi Azərbaycanın Ağbənd və İranın Kəlalə kəndləri yaxınlığında avtomobil körpüsünün tikintisinə başlanıldı. Bu körpünün tikintisi ilin sonuna kimi başa çatacaq. Gömrük və sərhəd infrastrukturunu da müvəqqəti olaraq gələn il Novruz bayramınadək başa çatdırmağı nəzərdə tuturuq. Bununla da yeni Araz dəhlizinin fəaliyyətə başlamasına start veriləcək. Bu dəhliz həm Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə daha qısa yolla əlaqəsini təmin edəcək, həm Şimal-Cənub Beynəlxalq Nəqliyyat Dəhlizinin yeni qolu rolunu oynayacaq. Rusiyadan gələn yükləri Körfəzə kimi daşımağa imkan yaranacaq. Eyni Şərq-Qərb Nəqliyyat Dəhlizinin, Orta Dəhlizin yeni bir qolu olacaq. Bu, Körfəzi Qara dənizlə birləşdirəcək. Ağbənd, Zəngilan, Cəbrayıl, Füzuli, Ağdam, Yevlax, Gürcüstan sərhədi və Qara dənizdən söhbət gedir. Burada həm iqlim, həm də relyef çox əlverişlidir. İlin 365 günü bu dəhlizdən istifadə etmək mümkün olacaq. Beləliklə, Azərbaycan bununla yeni geosiyasi imkanlar əldə edəcək. Bu, iqtisadi əlaqələrin genişləndirilməsinə xidmət göstərəcək. Eyni zamanda, azad olunmuş ərazilərdə aktiv iqtisadi fəaliyyətə imkan yaradacaq. Ora qayıdan keçmiş məcburi köçkünlərin aktiv iqtisadi fəaliyyətinə imkan yaranacaq. Bu dəhliz həm Azərbaycan, həm də qonşu ölkələr, region üçün çox faydalı olacaq”, – Baş nazirin müavini vurğulayıb.

Daha ətraflı məlumat və yeniliklər üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:41
embedMənbə:https://apa.az
archiveBu xəbər 14 Oktyabr 2025 15:10 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Türkiyədə tarixi qərar: Türk soylular artıq vətəndaş kimi işləyə biləcək ŞƏRH

12 Oktyabr 2025 21:27see318

Ərdoğan təyyarəsini Misir üzərindən geri qaytarırdı...

13 Oktyabr 2025 21:05see251

Sebastian Lekörnünün yenicə formalaşdırılmış hökuməti parlamentdə senzura təhlükəsi ilə üz üzədir

13 Oktyabr 2025 02:05see210

Rusiya pensiyaların maaşlara həqiqi nisbətini açıqlayıb...

12 Oktyabr 2025 21:16see207

Gürcüstan DTX “İmedi“ televiziyası ətrafında təxribatla bağlı araşdırmalara başlayıb YENİLƏNİB

13 Oktyabr 2025 20:18see190

Tərkibində buz olan komet Günəş sisteminə daxil olur

13 Oktyabr 2025 09:32see165

Rusiyada Türkiyə təyyarəsi ilə mikroavtobus toqquşdu

12 Oktyabr 2025 19:48see163

Dünyadakı aviaşirkətlər sərnişinlər üçün qaydaları dəyişdirdi ekspertlər nədən qorxurlar?

13 Oktyabr 2025 12:50see141

Günün qoroskopu: daxili alovunuz kənardan sakit görünsə də

13 Oktyabr 2025 00:03see139

Ukrayna yeni raketlərlə hansı əraziləri vuracaq?

13 Oktyabr 2025 00:17see136

Səhər yeməyində yeyənin zehni açılır: Alzheymer və demans riskini azaldır

13 Oktyabr 2025 08:09see136

Misirdə keçirilən Sülh Sammitinin əhəmiyyəti böyükdür

14 Oktyabr 2025 11:26see132

Kiyev və London İran “Şaxed”lərinə qarşı qüvvələrini birləşdirir...

12 Oktyabr 2025 19:34see129

20 dəqiqə belə kifayətdir Təbiətdə olmağın 4 FAYDASI

14 Oktyabr 2025 05:06see129

Peskov: “Ukraynalılar bir növ “çirkli bomba” yarada bilər”...

12 Oktyabr 2025 19:54see128

Şamaxı yolundakı qəzanın ANBAAAN GÖRÜNTÜLƏRİ

12 Oktyabr 2025 21:13see127

Ağrıları bir anda azaltmağın qorxulu üsulu açıqlandı

13 Oktyabr 2025 19:02see125

Tarixi maksimum: Qızılın qiyməti ən yüksək həddə çatdı

14 Oktyabr 2025 05:59see124

Türkiyə Gürcüstan qarşılaşması bu kanalda

14 Oktyabr 2025 11:01see124

Siz, bürcünüzə görə hansı yadplanetlisiniz..?

14 Oktyabr 2025 00:26see120
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri