“Araz” Logistika Mərkəzində “Yaşıl anbar” ağacəkmə aksiyası keçirilib FOTO
Apa.az saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.
“Araz” supermarketlər şəbəkəsinə məxsus “Araz” Logistika Mərkəzinin həyətyanı sahəsində ekoloji tarazlığın qorunmasına və yaşıllığın artırılması məqsədilə ağacəkmə aksiyası keçirilib.
"APA-Economics" xəbər verir ki, “Yaşıl anbar” adlı layihə çərçivəsində təşkil olunan aksiya şirkətin sosial məsuliyyət strategiyasının tərkib hissəsi olaraq həyata keçirilib.
“Logistika Gücümüzdür, Təbiət Məsuliyyətimiz” şüarı ilə reallaşdırılan layihənin əsas məqsədi anbar ərazisində yaşıllığın artırılması, ekoloji mühitin yaxşılaşdırılması və ətraf mühitin qorunmasına töhfə verməkdir.
Aksiya zamanı ümumilikdə 300-dən çox söyüd və çinar ağacı əkilib. Tədbirdə “Araz” supermarketlər şəbəkəsi, “Oba” marketlər şəbəkəsi və Veysəloğlu Şirkətlər Qrupuna daxil olan digər şirkətlərin əməkdaşları iştirak edib.
Qeyd edək ki, “Yaşıl anbar” layihəsi şirkətin dayanıqlı inkişaf prinsiplərinə sadiqliyini, ekoloji məsuliyyətə verdiyi önəmi və gələcək nəsillər üçün daha sağlam ətraf mühitin formalaşdırılmasına yönəlmiş fəaliyyətini bir daha nümayiş etdirir.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:60
Bu xəbər 05 Yanvar 2026 14:32 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















