Araz Naxçıvan : İkisi oynamayacaq, biri sual altındadır, o biri sıraya döndü
Icma.az, Fanat portalına istinadən məlumat yayır.
Bizon Azərbaycan Kubokunun 1/8 final mərhələsi çərçivəsində "Kəpəz"i qəbul edəcək "Araz-Naxçıvan"ın oyuna neçə itki ilə çıxacağı bəlli olub.
Bu barədə Fanat.Az-a Naxçıvan təmsilçisinin sözçüsü Mahal Məmmədov məlumat verib:
"Cəzalı futbolçu yoxdur. Uzun müddətə sıradan çıxdıqları öncədən bilinən Rahil Məmmədovla Əyyub Allaşın oynamayacaqları dəqiqdir. Şarl Bolinin yüngül zədəsi var. Meydana çıxa da bilər, çıxmaya da. Baş məşqçinin qərarından asılıdır. Mikrozədə ilə üzləşən digər oyunçunun - Felipe Santosun durumu daha yaxşıdır. Santosun "Kəpəz"ə qarşı mübarizə aparacağı gözlənilir".
Qeyd edək ki, "Araz-Naxçıvan" - "Kəpəz" matçı dekabrın 4-də keçiriləcək. "Liv Bona Dea Arena"da baş tutacaq qarşılaşmanın start fiti 19:00-da səsləndiriləcək.
Nihat
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:43
Bu xəbər 02 Dekabr 2025 13:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















