Araz Naxçıvan ın oyununa DQR bayraqlarının gətirilməsinə imkan verilməyib Salonikidə təxribat
Icma.az bildirir, Footbal-plus portalına istinadən.
Məlum olduğu kimi, Konfrans Liqasının 2-ci təsnifat mərhələsinin "Aris" - "Araz-Naxçıvan" oyunu həm də tribunalarda yaşanan xoşagəlməz olaylarla yadda qaldı. Yunanıstan təmsilçisinin bəzi azarkeşləri Salonikidə keçirilən matçda həm "qırmızı-ağlar"ı təhqir etdi, həm də Ermənistan bayrağını dalğalandırmağa cəhd göstərdi.
Bu təxribatla bağlı "Araz-Naxçıvan"ın mətbuat xidmətinin rəhbəri Mahal Məmmədovun fikirlərini öyrəndik. Onun "Football-plus.az"a cavabı:
"Azərbaycanın Yunanıstandakı səfirliyi bu məsələlərlə bağlı əvvəldən region polisiylə əlaqə yaratmış, müəyyən təhlükəsizlik tədbirləri görülmüşdü. Stadiona gətirilən bayraqlar Ermənistan bayrağı idi ki, polisin müdaxiləsiylə dərhal yığışdırıldı. Səfirliyimizin əməkdaşları qondarma "DQR" bayrağını kağızlara çap edərək polislərə vermiş və həmin bayraqların stadiona buraxılmamalı olduğunu bildirmişdi. Belə də oldu. Qalan məsələlərə gəlincə, bunu düşmənçilik saymazdım. Çünki şəhərdə çox rahat gəzə, istədiyimiz yerə gedə bilirdik. Yalnız həm oyuna gələndə, həm də stadionda müəyyən fikirlər səsləndirildi ki, bu da normaldı. Azarkeşlərin belə təzyiq göstərmək cəhdinə futbolda rast gəlinir".
KƏNAN BAHADIR
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:61
Bu xəbər 05 Avqust 2025 19:02 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















