“Araz Naxçıvan” “Turan Tovuz” matçına doğru: 8 futbolçu zədəlidir
Idmanxeber.az portalından alınan məlumata görə, Icma.az xəbər verir.
Misli Premyer Liqasının XXXI turunda “Araz Naxçıvan” doğma meydanda “Turan Tovuz”la üz-üzə gələcək.
İdmanxeber.az-ın məlumatına görə, görüşə hər iki komanda da itkilərlə çıxacaq. Naxçıvan klubunda Mustafa Əhmədzadə, Miço Kuzmanoviç, Bəxtiyar Həsənalızadə, Əyyub Allaş və Sezar Meza Kolli zədə səbəbindən bu oyunda çıxış edə bilməyəcək.
Tovuz təmsilçisində də zədəli futbolçular var. Denis Marandiçi, Şəhriyar Əliyev və Rüfət Əhmədov oyunu buraxacaq. Cəzalı Kurban Berdiyev isə görüşü tribunadan izləyəcək.
Qeyd edək ki, 18 apreldə Mərdəkanda “Liv Bona Dea Arena”da keçiriləcək “Araz-Naxçıvan” – “Turan Tovuz” qarşılaşması saat 19:00-da başlayacaq.

“Turan Tovuz” “Araz Naxçıvan”a qarşı
16 Fevral 2025 08:01
“Araz Naxçıvan” “Turan Tovuz”: start heyətlər İdmanXəbər
29 Noyabr 2024 15:29
Araz Naxçıvan Turan Tovuz oyununda qalib müəyyənləşməyib
18 Aprel 2025 22:00
“Araz Naxçıvan” “Turan Tovuz”la üz üzə
18 Aprel 2025 09:18
“Araz Naxçıvan” “Turan Tovuz”u məğlub etdi VİDEO
29 Noyabr 2024 20:19

