Icma.az
close
up
RU
Araz Paşayev Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Konfransında İcraiyyə Komitəsinin üzvü seçilib

Araz Paşayev Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Konfransında İcraiyyə Komitəsinin üzvü seçilib

Icma.az, Adelet.az saytına istinadən bildirir.

26-27 noyabr tarixlərində Monteneqronun Budva şəhərində Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin Konfransı keçirilib.

Adalet.az xəbər verir ki, Avropa regionundan 55 ölkənin 123 üzv təşkilatından təxminən 500 nümayəndənin qatıldığı bu mötəbər tədbirdə Azərbaycanı ATİAHİ Respublika Komitəsinin sədri Araz Paşayevin rəhbərlik etdiyi nümayəndə heyəti təmsil edib.

Konfransın əsas mövzusu “Sosial Avropada dövlət təhsilinin gələcəyi uğrunda mübarizə” olub. Tədbirdə həmkarlar ittifaqlarının gücləndirilməsi, dövlət təhsilinin hər kəs üçün əlçatan və keyfiyyətli olması, ədalətli və inklüziv təhsil, təhsildə rəqəmsal alətlərin və süni intellektin təsirləri, eləcə də mühafizəkar ideologiyalara qarşı mübarizə kimi aktual məsələlər geniş müzakirə olunub. Eyni zamanda, konfrans çərçivəsində təşkilatın son dörd illik fəaliyyəti və auditor hesabatları nəzərdən keçirilib, 2025-2028-ci illər üçün strateji fəaliyyət proqramı və büdcə qəbul edilib.

Tədbirdə Beynəlxalq Təhsil Birliyinin prezidenti Muqvena Maluleke, baş katibi David Edvard, Təhsil üzrə Avropa Həmkarlar İttifaqının prezidenti Larri Flanagan, Beynəlxalq Təhsil Birliyinin Avropa regionu üzrə koordinatoru Jelmer Evers, həmkarlar ittifaqı liderləri, elm və təhsil üzrə ekspertlər, eləcə də ictimaiyyətin və mətbuatın nümayəndələri iştirak ediblər.

Təhsilin qarşısında duran çətinliklərə həsr olunmuş çıxışlarda dövlət məktəblərinin azalması, özəl təhsil müəssisələrinin artması, təhsilə ayrılan büdcələrin azaldılması və peşəkar müəllim çatışmazlığı kimi məsələlər xüsusi vurğulanıb.

Konfrans zamanı Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezident, vitse-prezident və İcraiyyə Komitəsi üzvlərinin seçkiləri keçirilib. Qapalı səsvermə nəticəsində İrlandiya Müəllimlər Birliyinin sədri Con Makqabhann dörd illik müddətə Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin prezidenti seçilib. Danimarka, Böyük Britaniya, Fransa, Serbiya, Polşa və İspaniyadan olan təhsil işçiləri həmkarlar ittifaqlarının liderləri vitse-prezident vəzifəsinə seçilib.

Azərbaycan Təhsil İşçilərinin Azad Həmkarlar İttifaqı Respublika Komitəsinin sədri Araz Paşayev də İcraiyyə Komitəsinə namizəd göstərilib və böyük səs çoxluğu ilə 2025-2028-ci illər üçün İcraiyyə Komitəsinin üzvü seçilib.

İcraiyyə Komitəsinin ilk iclasında çıxış edən Araz Paşayev ona göstərilən etimada görə iştirakçılara təşəkkür edib və ATİAHİ-nin Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının ən böyük üzv təşkilatı kimi təhsil işçilərinin hüquqlarının qorunmasında gördüyü işlər barədə məlumat verib.

Səfər çərçivəsində Araz Paşayev Beynəlxalq Təhsil Birliyinin prezidenti Muqvena Maluleke, Təhsil üzrə Avropa Həmkarlar İttifaqı Komitəsinin yeni seçilmiş prezidenti Con Makqabhann və direktor Jelmer Evers ilə təkbətək görüşlər keçirib. Görüşlərdə əməkdaşlıq perspektivləri müzakirə edilib. Bununla yanaşı, Bolqarıstan, Polşa və İspaniyanın həmkarlar ittifaqları liderləri ilə əməkdaşlıq imkanları barədə fikir mübadiləsi aparılıb.

Ən son xəbərləri və yenilikləri almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:86
embedMənbə:https://adalet.az
archiveBu xəbər 27 Noyabr 2024 22:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Çin mediası İlham Əliyevin Çinə dair fikirlərindən yazır FOTO

07 Yanvar 2026 00:04see221

ASCO 35 milyon manat kredit cəlb edib

06 Yanvar 2026 16:46see206

Venesuela məsələsi BMT TŞ da müzakirə edilib

06 Yanvar 2026 09:11see182

“İsrail NATO üçün aktiv müdafiə sistemləri tədarük edəcək“ İsrail mətbuatı

07 Yanvar 2026 21:52see175

Məşğulluq Agentliyi Gülnarə İbadovadan yenə ofis icarəyə götürdü 3 milyon manat ödəyəcək

06 Yanvar 2026 10:16see175

Messi karyerasını başa vurduqdan sonra nə etmək istədiyini açıqladı

07 Yanvar 2026 09:09see171

Muğanlı İsmayıllı avtomobil yolunda ağır qəza olub FOTO

07 Yanvar 2026 00:43see166

Manat əmanəti hansı banklarda daha sərfəlidir? Yanvar 2026

06 Yanvar 2026 14:55see162

Mərkəzi Bank məşhur sığorta şirkətinə müvəqqəti inzibatçı təyin edib

06 Yanvar 2026 17:25see157

Qızılın bahalaşması davam edir

06 Yanvar 2026 10:14see156

163 nömrəli avtobus TÜSTÜLƏDİ Sərnişinlər üçün ehtiyat avtobus göndərildi

07 Yanvar 2026 14:51see153

Gənc həndbolçuların respublika birinciliyi keçirilib

06 Yanvar 2026 21:11see153

Vaşinqtonun Venesuela ilə bağlı planı ortaya çıxdı

06 Yanvar 2026 10:13see149

Xarici valyutaların manata qarşı MƏZƏNNƏLƏRİ

07 Yanvar 2026 09:32see146

Messinin qeyri adi vərdişi: “Şərabla Sprite içib sərxoş oluram FOTO

08 Yanvar 2026 01:15see144

Bakı Slavyan Universitetinin tələbələri təmir səbəbilə KÖÇÜRÜLƏCƏK? RƏSMİ AÇIQLAMA

06 Yanvar 2026 16:32see142

Ukraynada sülhməramlılar yerləşdiriləcək Bəyannamə

07 Yanvar 2026 00:01see141

Qarabağ Universitetinin beynəlxalq akkreditasiya sahəsində ilk uğuru Foto

06 Yanvar 2026 17:20see140

“Arvadım rəqsimə nifrət edir” Tramp Video

07 Yanvar 2026 05:02see132

Ordubadda Xaraba Gilan şəhər yerinə baxış keçirildi FOTO

07 Yanvar 2026 05:03see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri