Araz Supermarket i alıcını belə aldadır
Newscenter.az portalından verilən məlumata əsasən, Icma.az bildirir.
Prezident yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Agentliyi "Araz Supermarket" MMC barəsində inzibati xəta haqqında protokol tərtib edib.
Bu barədə Newscenter.az-a Agentlikdən bildirilib.
Məlumata əsasən, Agentliyin İstehlakçı hüquqlarının müdafiəsi və İstehlak bazarına nəzarət şöbələrinin apardığı yoxlamalar zamanı marketdə qida məhsulunun üzərində göstərilmiş qiymətdən baha satıldığı müəyyən edilib.
Bununla da "Araz Supermarket" "İstehlakçıların hüquqlarının müdafiəsi haqqında" qanunun 13-cü maddəsinin 1-ci bəndinin tələblərini pozub.
Şirkətin əməlində İnzibati Xətalar Məcəlləsinin 447.0.1-ci (malın hesabına dair istehlakçıların az miqdarda aldadılması) maddəsinin əlamətləri müəyyən olunduğu üçün barəsində inzibati xəta haqqında protokol rəsmiləşdirilib.
Süleyman
Bu mövzuda digər xəbərlər:Məhkəmə “Araz Supermarket”i cərimələyib
18 Noyabr 2024 12:28
“Araz Supermarket”i süni qiymət artımına yol verib
23 İyul 2025 16:19
Araz Supermarket barədə protokol tərtib olunub
22 Sentyabr 2026 13:04
Araz Supermarket məhsulu baha satdığı üçün CƏRİMƏLƏNDİ
02 İyun 2025 11:28
Baxış sayı:55
Bu xəbər 02 Noyabr 2026 11:12 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Neftin Qiyməti
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2026 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















