“Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş keçirilib
Azertag saytına istinadən Icma.az xəbər verir.
Bakı, 1 iyul, AZƏRTAC
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyinin Şərqi Zəngəzur Regional Məşğulluq filialında İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyindəki “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında fəaliyyət göstərən işəgötürənlərlə növbəti görüş təşkil olunub.
Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, yaxın vaxtlarda həmin Sənaye Parkında fəaliyyətə başlayacaq işəgötürənlərin də iştirak etdiyi görüşdə işğaldan azad olunmuş ərazilərə köçürülən sakinlərin məşğulluğunun təminatı sahəsində görülən işlərdən bəhs olunub. Bu mövzuda təqdimat edilib, icra olunan məşğulluq proqramları barədə məlumat verilib.
İşəgötürənlərin kadr ehtiyaclarının qarşılanması, peşə hazırlığı və əmək yarmarkalarının təşkili, birgə maliyyələşmə proqramı və agentliyin digər fəaliyyət istiqamətləri üzrə gələcək əməkdaşlığa dair müzakirələr aparılıb.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:92
Bu xəbər 01 İyul 2025 15:22 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















