Icma.az
close
up
RU
“ArazNaxçıvan”ın baş məşqçisi: Komandamızda kiminsə çempionluq xəyalları qurduğuna inanmıram MÜSAHİBƏ AZƏRTAC

“ArazNaxçıvan”ın baş məşqçisi: Komandamızda kiminsə çempionluq xəyalları qurduğuna inanmıram MÜSAHİBƏ AZƏRTAC

Icma.az, Azertag portalından verilən məlumatlara əsaslanaraq xəbər verir.

Bakı, 11 dekabr, AZƏRTAC

Misli Premyer Liqasında 39 xalla turnir cədvəlinə liderlik edən “Araz-Naxçıvan” klubunun baş məşqçisi Elmar Baxşıyev AZƏRTAC-ın suallarını cavablandırıb. Həmin müsahibəni təqdim edirik:

- Komandanız Misli Premyer Liqasının XVI turunda “Səbail”ə qalib gələrək, tarixində ilk dəfə Azərbaycan çempionatında həftəni lider kimi başa vurdu. “Araz-Naxçıvan”ın uğurlu çıxışının sirri nədədir?

- Deməzdim ki, bunun xüsusi bir sirri var. Keyfiyyətli, mehriban futbolçularımız və nizam-intizama riayət edən, uğur üçün ac olan heyətimiz var. İntizam kollektiv oyunlarda çox önəmlidir. Çalışırıq ki, hər həftə keçirəcəyimiz qarşılaşmaya yaxşı hazırlaşaq, üzərimizə düşəni edək. Buraya addım-addım gəlmişik. Müəyyən hədəflərimiz, istəklərimiz var. Şükürlər olsun ki, komandamız uğurla yoluna davam edir.

- Bəlkə də bir çoxları mövsümün əvvəlində komandadan bu nəticələri gözləmirdi...

- Biz komanda olaraq bir-birimizə inanırıq. Heyətə elə futbolçular cəlb etmişik ki, əksəriyyəti ilə müxtəlif illərdə birgə işləmişik, hansi xarakterə, qabiliyyətə malik olduqlarını bilirik. İnanmaq və çox işləməklə onu reallaşdırmaq lazımdır.

- “Araz-Naxçıvan” kimi komandalar adətən qış fasiləsinə kimi yaxşı mübarizə aparsalar da, ikinci dövrədə eniş yaşayırlar. Siz də bu halla üzləşməkdən qorxmursunuz?

- Futbolda hadisələri əvvəlcədən proqnozlaşdırmaq çox çətindir. Məsuliyyətimizi anlayırıq, peşəkar insanlarla çalışırıq. Əlbəttə, qış fasiləsi zamanı güclənən, heyətinə əl gəzdirən komandalar olacaq. Amma biz öz işimizi görməli, oyunlarımıza köklənməliyik.

- Maraqlıdır, futbolçularınız çempionluq xəyalları qurmağa başlayıblar?

- Komandada kiminsə xəyal qurduğuna inanmıram. Yenə deyirəm, hər kəs bura niyə toplaşdığımızı bilir və həmin hədəfə çatmaq üçün mübarizə aparır. Təbii ki, mübarizəni fərdi yox, kollektiv olaraq aparırıq.

- Çoxları “Araz-Naxçıvan”ın praqmatik futbol oynadığını düşünür. Bu fikirlərə münasibətiniz necədir?

- Niyə praqmatik? Axı “Araz-Naxçıvan” hər oyunda 4-5 real qol epizodu yaradır, hücum qurmaqdan çəkinmir. Çatışmazlıq bu epizodları realizə etməklə bağlıdır. Bəlkə də az qol vurmağımız kimlərisə belə düşünməyə vadar edər. Ancaq oyuna baxan əksini düşünür.

- Sizin üçün mövsümü hansı pillədə bitirmək böyük uğur olar?

- Futbolda proqnoz vermək çətindir. Mümkün qədər üst sıralarda yer almaq istəyirik. Necə olacağını mayda - çempionatın yekununda görəcəyik.

- Hazırda komandada əsas çatışmazlıq nədir?

- İstənilən komanda hər zaman transferə ehtiyac duyur. Təbii ki, heyətin geniş olması rotasiya imkanlarını da genişləndirir. Qışda vəziyyətə baxacağıq. Klubsuz futbolçular arasında layiqlisini tapa bilsəm və həmin oyunçunun komandamıza fayda verəcək potensialda olduğunu görsəm, transfer edəcəyik.

- Azərbaycan Kubokunda da mübarizəni davam etdirirsiniz və 1/4 finalda “Zirə” ilə qarşılaşacaqsınız. Bu heyətlə mövsümün sonuna kimi iki cəbhədə mübarizə aparmaq çətin olmayacaq?

- “Zirə” güclü və iddialı klublarımızdandır. Kubokda mübarizəmizi sonadək davam etdirəcəyik. Komandama inanıram və yaxşı bilirəm ki, hər iki yarışda mübarizə aparacaq gücdəyik.

- Yəqin ki, qış transfer dövrü ilə bağlı planlar qurmusunuz...

- Qış fasiləsində vaxt az olacaq. Maksimum 10-12 günlük hazırlıq keçə biləcəyik. Bakıda hazırlaşacağıq və 1-2 yoxlama oyununda gücümüzü sınayacağıq.

- Azərbaycanda uğur qazandıqdan sonra özünüzü Avropada da sınamaq istəyərsiniz?

- Bunu zaman göstərəcək. Sadəcə, onu deyə bilərəm ki, uğur qazanmaq hər məşqçinin arzusudur.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:62
embedMənbə:https://azertag.az
archiveBu xəbər 11 Dekabr 2024 15:00 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Həmzət Çimayev Pereyranın onunla döyüşməkdən imtina etdiyini bildirib

18 Yanvar 2026 05:23see271

İranla gərginlik fonunda İsrailə yeni F 35 lər gətirildi

19 Yanvar 2026 00:45see203

Qəhvə yuxunun keyfiyyətinə necə XEYİR verə bilər?

18 Yanvar 2026 02:14see187

Davos Forumunun prezidenti dünya iqtisadiyyatının əsas problemini açıqladı

18 Yanvar 2026 01:13see167

Mayorka üç qırmızı vərəqə ilə Atletik i məğlub edib

17 Yanvar 2026 22:26see160

Qızıl alanların nəzərinə: Hansı məhsullar daha keyfiyyətlidir?

17 Yanvar 2026 22:43see159

Azərbaycan türkü, səbir diplomatiyası və mütləq hakimiyyət: Xamaneyini bir də belə tanıyaq

18 Yanvar 2026 12:39see157

Ronaldunun qızı Titanik filmindəki məşhur mahnını oxudu

18 Yanvar 2026 06:52see150

Araz Naxçıvan 1 ci liqa klubuna qarşı

18 Yanvar 2026 10:41see150

Estoniya Qrenlandiyanı müdafiə etmək üçün bir zabit göndərəcək

18 Yanvar 2026 21:40see146

Sabah bəzi bölgələrdə çovğun olacaq

17 Yanvar 2026 23:55see143

İsrailə yeni qırıcılar verildi

18 Yanvar 2026 23:46see139

Etirazlara baxmayaraq azad ticarət sazişi imzaladılar

18 Yanvar 2026 06:36see138

Övladına süd almaq üçün qonşusunun evini qarət etdi

18 Yanvar 2026 13:49see137

İstanbul un xəritəsi yenidən çəkiləcək! Həmin ərazidə nəhəng şəhər salınır

17 Yanvar 2026 22:09see136

Vətəndaşlar çıxarış ala bilmir, ii qurum məsuliyyəti bir birinin üzərinə atır (VİDEO)

18 Yanvar 2026 21:54see132

Təbrizdə yarımçıq qalan ömür: Nüsrət Kəsəmənli adi bir səhlənkarlığın qurbanı olub?

19 Yanvar 2026 01:01see131

“Bavariya” Avropanın top 5 liqasında bir mövsümdə 100 qola çatan ilk komanda olub

18 Yanvar 2026 01:11see129

Komedixana nın aktyoru başında parik Tramp kimi oynadı VİDEO

18 Yanvar 2026 16:12see128

Xameneidən etiraf: Vəziyyət yaxşı deyil, həqiqətən...

17 Yanvar 2026 19:49see127
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri