Icma.az
close
up
RU
“ArazNaxçıvan”ın futbolçusu: Premyer Liqa və aşağı liqa klubu arasında bir fərq var

“ArazNaxçıvan”ın futbolçusu: Premyer Liqa və aşağı liqa klubu arasında bir fərq var

Apasport saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

“Araz-Naxçıvan”ın futbolçusu Benni Kardozo apasport.az saytına müsahibə verib.

- “Mingəçevir”ə 3:1 hesabı ilə qalib gəldiniz. Bu görüş sizin üçün ağır, yoxsa asan matç oldu?
- Hər bir matç çətin keçir. İndiki dövrdə asan oyun yoxdur. Bilirdik ki, rəqibimiz aşağı liqa təmsilçisidir. Buna baxmayaraq, biz oyuna çox yaxşı hazırlaşıb, yaxşı da fokuslanmışdıq. Qalib gəlməyi çox istəyirdik ki, növbəti tura yüksələk.

- Bura gələndən yalnız Premyer Liqa matçlarında meydana çıxmışdın. İlk dəfə aşağı liqa klubuna qarşı oynadın. Fərqi çox hiss etdin? Hansı fərqləri gördün?
- Portuqaliyada aşağı liqa komandaları da daha intensiv futbol oynayır. Bizim birinci liqa komandasına qarşı oyunumuz yaxşı alındı. Amma intensivlik çox da yox idi. Bütün oyunu “Mingəçevir”ə qarşı topla oynadıq, qələbə üçün çalışdıq. Premyer Liqa və aşağı liqa klubu arasında intensivlik fərqi var. 

- “Araz-Naxçıvan”ın kuboku qazanmaq üçün gücü var? Məqsədlər hansıdır?
- Biz meydana çıxdığımız hər matçda qalib gəlmək istəyirik. Bunun üçün də ən yaxşısına çalışırıq. Mövsümün sonuna çox oyunlar var. Qarşıdakı mərhələni də keçərsək, kuboka yaxınlaşarıq. Amma biz çempionat və kubok arasında fərq qoymuruq. Hər görüşdə qələbə haqda düşünürük.

- Premyer Liqaya qayıtsaq, çoxları “Araz-Naxçıvan”ın turnir cədvəlində ikinci pillədə qərarlaşacağını gözləmirdi. Sənin özün üçün gözlənilməz olmadı?
- Komandaya gəlməmişdən əvvəl layihəni görmüşdüm. Kollektivimiz çox yaxşıdır. İrəliləməyimiz isə daha çox işləməyimizdən asılıdır. Biz məşqlərdə yaxşı işləyirik, məşqçilər korpusumuz göstərişlərini verir. Mövsümün sonuna hələ var, asan deyil. Bəzən yaxşı oynaya bilmərsən, amma oyunu üç xalla başa vurursansa, həmin periodu da yaxşı başa vurursan deməkdir. Çətin periodda da qalib gəlmək xoşdur. Biz işimizə davam edirik.

- Bu il sizin üçün son oyun “Qarabağ”a qarşıdır. İlk turda uduzduğunuz rəqibi udacaq gücdəsiz? Realdır?
- Əlbəttə. “Qarabağ”ın gücünü bilirik. Hamımız yaxşı anlayırıq ki, “Qarabağ” Azərbaycanın ən böyük klublarındandır. Ölkə də bu klubun nəyə qadir olduğunu bilir. Lakin futbolda mümkünsüz heç nə yoxdur. Biz işimizi ən yaxşı şəkildə yerinə yetirmək istəyirik. “Qarabağ”a qalib gəlsək, əla olar. Qalib gəlməsək də, pis deyil. Layiqli mübarizə aparacağıq. Növbəti matça hazırlaşacağıq. Çünki bu oyunla mövsüm bitmir ki, qarşıda çox oyun olacaq. Amma istənilən halda biz mübarizəmizə davam edəcəyik.

- “Qarabağ”dan söz düşmüşkən, Juninyo və Kevin Medina ilə Portuqaliyadan yaxşı münasibətinin yarandığını bilirəm. Bakıda onlarla görüşürsən?
- Bəli, bəli onlarla danışırıq, görüşürük Bakıda. Oyunlardan öncə söhbətləşirik. Biz birlikdə Portuqaliyada oynamışıq. Oradan münasibətimiz var. Bakıda da imkan olduqca görüşürük. Juninyo və Medina yaxşı insanlardır. Bura gəlməmişdən də danışmışdıq. İndi də münasibətdəyik.

- Əksər vaxtlarda meydana sonradan meydana daxil olursan. İlk dəqiqələrdən oynamamağın fiziki problemlə bağlıdır?
- Xeyr, heç bir problemim yoxdur. Fiziki olaraq da meydana çıxmağa 100 faiz hazıram. Mən daim işimə yaxşı, məsuliyyətli yanaşıram. Hər gün işləyirəm. Fiziki durumumun da ən yaxşı formada olmasına can atıram. Ən yaxşı formada komandaya kömək olmaq istəyirəm. Baş məşqçinin qərarıdır. Nə zaman şans verilirsə, onda meydana çıxaraq komandama kömək olmağa çalışıram.

Ayxan Abbasov: "Komandanın potensialı ümid verir" "Qarabağ"ın veteran futbolçusu vəfat edib Azər Bağırov: "Maraqlı həftə keçirəcəyik" Samir Abasov: "Adımızı təmsil edirik, bunu qoruyub saxlamalıyıq" Ölkə kubokunda bütün cütlər müəyyənləşdi
Ən son yeniliklər və məlumatlar üçün Icma.az saytını izləyin, biz hadisənin gedişatını izləyirik və ən aktual məlumatları təqdim edirik.
seeBaxış sayı:110
embedMənbə:https://apasport.az
archiveBu xəbər 05 Dekabr 2024 11:39 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Abbas Arakçıya göndərilmiş rəsmi dəvət ləğv edildi

16 Yanvar 2026 20:13see249

Balıq ovlamaq istəyənlərin NƏZƏRİNƏ Nazirlik kvotanı açıqladı

16 Yanvar 2026 17:05see189

Qadın sahibkarlar üçün sosial dəstək mexanizmləri mövcuddur ŞƏRH EDİLDİ

16 Yanvar 2026 11:22see175

Alimlərdən maqnit qasırğaları ilə bağlı narahatedici proqnoz

17 Yanvar 2026 05:26see173

İslandiya 52 ci Amerika ştatı olacaq? Səfirdən şok açıqlama

16 Yanvar 2026 17:16see173

Bakıya köçən “Güllü Erhan” paylaşımı ilə diqqət çəkdi Foto

16 Yanvar 2026 05:49see166

“Kapital Bank”ın 2 ilə həll edə bilmədiyi sadə problem

16 Yanvar 2026 16:17see160

Aya getmək istəyənlərə şad xəbər 250 mindən rezervasiya başladı

16 Yanvar 2026 04:41see159

Trampın məqsədi İran xalqına kömək etmək yox, ölkənin neftini ələ keçirməkdir POLİTOLOQ

16 Yanvar 2026 22:39see151

Serenay Sarıkayanın 425 minlik kürkü

16 Yanvar 2026 01:16see150

“Güzəştli ipoteka kreditlərinə tələbat yüksək, ayrılan maliyyə resursu məhdudur“ EKSPERT DANIŞDI

16 Yanvar 2026 15:15see149

Doğuşla Xoşqədəm məhkəmədə qalib gəldi Show Tv təzminat ödəyəcək

16 Yanvar 2026 13:24see143

YAP Səbail rayon təşkilatında 20 Yanvar Ümumxalq Hüzn Günü qeyd olunub

16 Yanvar 2026 18:40see142

Ağ evin mətbuat katibi jurnalisti tənqid hədəfinə çevirib

16 Yanvar 2026 08:46see142

Süni intellekt iqtisadi bərabərsizliyi artıracaq

16 Yanvar 2026 15:55see140

13 illik vəzifəsindən uzaqlaşdırılan sədr və yerinə gətirilən Cəlilovun DOSYELƏRİ

16 Yanvar 2026 17:48see139

Uşaq qidasında qiymət oyunu ARAŞDIRMA

16 Yanvar 2026 15:15see137

Hakerlər Bluetooth vasitəsilə insanları izləyə bilərlər XƏBƏRDARLIQ

17 Yanvar 2026 03:14see135

NASA 2030 cu ilə qədər Ay səthində nüvə reaktoru quracaq

16 Yanvar 2026 05:39see134

Keçmiş icra başçısı Qoca Səmədovun oğlu 46 yaşlı kişini GÜLLƏLƏDİ

16 Yanvar 2026 15:33see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri