Icma.az
close
up
RU
Menu

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

İzləyicilərdən “Uzak şehir”ə etiraz

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

Qaradağ Lökbatan ın Şəki Siti ni məğlub etdiyi matç VİDEO

BMT dən dünyaya səsləndi “İnsanlığa ləkədir”

“Türklər bizi sevmir”i bizə “yedirənlərə” bir neçə kəlmə

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

Qızıl külçələrə görə təqsirləndirilən məmurlara hökm oxunub Bakı məhkəməsi

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

Azərbaycanla Ermənistan arasında sülhdən məmnunuq Ərdoğan

Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında Türk Azərbaycandilli yazılarda

Arçut (Ardıc) kəndi XX əsrdə Ermənistan SSR mətbuatında Türk Azərbaycandilli yazılarda

Bakivaxti saytından alınan məlumatlara görə, Icma.az xəbər verir.

Onuncu  yazı

Kənd həyatından bəhs edən yazılar -1960-cı illərin əhatəsi

İkinci hissə

Arçut kəndi -1965-1969-cu illərin nəşrlərinin səhifələrində

Tarixdən məlumdur ki, XX əsrin 60-cı illəri və xüsusilə ikinci yarısı  güclü Sovet quruculuğu dövrünə təsadüf edib. Kolxoz və sovxozların fəaliyyətinə, elmə, təhsilə mədəniyyətə, səhiyyəyə  və sənayenin inkişafına məxsusi diqqət yetirilib.

Arçut kolxozu Ermənistanda Lori-Pənbək bölgəsinin fəal, gəlirli təsərrüfatlarından biri olub. Kəndin potensialı kolxozun inkişafında böyük rol oynayıb. Bu fəaliyyət respublikanın yerli və mərkəzi mətbuat orqanlarının diqqət mərkəzində olub. Belə ki, mətbuat səhifələrində kəndlə bağlı xeyli yazılara rast gəlmək olur.  Kiçik yazılarda, orta və iri həcmli  məqalələrdə  görülən işlər qiymətləndirilir, eləcə də nöqsanlar aşkar edilir və rəhbərliyin, aidiyyatı şəxslərin nəzər  diqqətinə çatdırılır.  Arçut kəndi haqqında yazılar həm məxsusi olaraq tək kəndin özünə həsr olunub, həm də bölgənin digər yaşayış məskənləri ilə əlaqələndirilib və müştərək formada həkk olunub.

“Sovet Ermənistanı” qəzetinin  12 iyul 1966-cı il tarixli, N81(8806) sayında, S.Kazımovun imzası ilə dərc olunan, “Gündə 70 ton silos” başlıqlı məqalədə Arçut  kəndi haqqında bu kimi fikirlərə rast gəlinirdi: “Quqark rayonunun təsərrüfatlarında ot çalınının və yabanı otlardan silos basdırılmasının qızğın çağıdır. Şaumyan adına sovxozun zəhmətkeşləri bu sahədə böyük fəallıq göstərirlər. Onlar hər gün yabanı otlardan 70 ton keyfiyyətli silos hazırlayırlar. Burada indiyədək 1100 ton silos basdırılmışdır. Heyvandarlar hər inək hesabı ilə azı 8 ton silos basdırmaq üçün var qüvvələrini əsirgəmirlər. Rayonun Arcut kənd kolxozunda da yem tədarükü cəbhəsi gündən-günə genişləndirilir. Kolxozçular 450 ton silos basdırmaq barəsində öhdəçilik qəbul etmişlər. Lakin burada silosluq yaşıl kütlə çox olduğuna görə daha 100 ton silos hazırlamaq nəzərdə tutulmuşdur”.  

Qəzetin 6 sentyabr 1966-cı il tarixli, N105(8830) sayında, “Quqark” qəzetinin əməkdaşı M.Çilingəryanın imzası ilə dərc olunan,  “Kolxozçular yeni qaydada əmək haqqı aldılar” başlıqlı məqalə kənd kolxozunun  təsərrüfat həyatında tətbiq olunan yeniliyi əks etdirmişdir. Yazıda qeyd olunurdu: “Quqark rayonundakı Arcut kənd kolxozunda artel üzvlərinin təminatlı aylıq əmək haqqı verilməsinə başlanılmışdır. Avqustun 15-də iş saatından sonra kolxozçular kassirin yanına gəlmişdilər. İlk dəfə əmək haqqı cədvəlində Murtuz Osmanov qol çəkdi. Onun əmək haqqı 60 manat idi. Adlı-sanlı sağıcı Firuzə Yusifovanın aylıq əmək haqqı 161 manat təşkil etmişdir. Çobanlardan Hüseyn Qasımov birinci ayda 134 manat əmək haqqı almışdır. Bu kimi yüksək əmək haqqı alanların sayı çoxdur. Onlar bir ağızdan deyirdilər: -Bu sistem olduqca yaxşıdır, işimizə kömək edir, güzəranımızın gündən-günə yaxşılaşdırılmasına müsbət təsir göstərəcəkdir. Biz, kolxoz kəndinin əmək adamları haqqında belə böyük qayğı göstərən doğma Kommunist Partiyamıza hədsiz minnətdar olduğumuzu bildirir, onun qarşıya qoyduğu bütün vəzifələrin öhdəsindən  müvəffəqiyyətlə gəlmək üçün işdə heç bir qüvvə və səy əsirgəməyəcəyimizə söz veririk”.

“Sovet Ermənistanı” qəzetinin 3 fevral 1968-ci il tarixli, N14 (9048) tarixli sayında,  T.Həsənovanın imzası ilə, “Quqark” başlığı ilə dərc olunan yazıda qeyd olunurdu: “Arcut kənd məktəbinin şagidləri kolxozun heyvandarlıq fermalarına gedir, işlə tanış olurlar. Ferma müdiri S.Həsənov, sağıcılardan B.Alıyeva, P. Yusifova, S.İsgəndərova məktəbliləri gülər üzlə qarşılayır, onları maraqlandıran suallara mehribanlıqla cavab verirlər”.

Qəzetin 23 mart 1968-ci il tarixli, N34(9068) sayında, “ Ciddi siqnal. Quqarklılar, hərəkətə gəlin!” başlıqlı məqalədə yazılırdı: “Respublikamızın bütün kənd təsərrüfatı zəhmətkeşləri ilə birlikdə Quqark rayonunun tarlaçı və heyvandarları da beşilliyi vaxtından əvvəl yerinə yetirməyi vəd etmişlər. Rayonda qaramalın sayını 4.515 başa, qoyunların sayını 26.674 başa çatdırmaq, 9300 sentner ət, 59.430 sentner süd, 600 sentner yun istehsal etmək nəzərdə tutulmuşdur. Dövlətə heyvandarlıq məhsullarının təhvil verilməsi və satılması sahəsində qəbul edilən öhdəliklər də yüksəkdir. Lakin öhdəliklərin həyata keçirilməsi uğrunda mübarizə lazımınca genişləndirilməmişdir. Təsərrüfatların əksəriyyətində heyvandarlar cari ildə nə qədər ət, süd və yun istehsal edəcəklərini düzgün təsəvvür etmirlər. Buna görə də işdə ciddi nöqsanlara yol verilir, heyvandarlar öz əməklərinin nəticələrinə görə maddi cəhətcə maraqlı deyildirlər. Budur, Yeğeqnut sovxozunda əmək təşkili yaxşı deyildir, əmək intizamı zəifdir. Heyvandarlar arasında sosializm yarışı və kütləvi-siyasi iş genişləndirilmir. Onlara lazımi mədəni-məişət xidməti göstərilmir.   Formal surətdə düzəldilən qırmızı guşədə elmin nailiyyətlərinə və qabaqcıl təcrübəyə dair lazımi ədəbiyyat yoxdur. Mal-qaranın tox yedizdirilməsinə ciddi fikir verilmir. Yemlər azlıq edir və keyfiyyətsizdir. Zoobaytarlıq tədbirlərinin həyata keçirilməsi kolxoz idarə heyətinin və ilk partiya təşkilatının diqqət  mərkəzindən tamamilə yayınmışdır. Belə bir fakta necə dözmək olar ki, cari ilin keçən ayları ərzində 17 baş qaramal və davar tələf olmuşdur. Dzoragyuğ sovxozunda  da vəziyyət olduqca pisdir. Təsərrüfata baxımsızlıq üzündən tələf olan heyvanların sayı gündən-günə artır. Son vaxtlaradək tələf olan heyvanların sayı 50 başı ötmüşdür. Hər iki təsərrüfatda yaranan qeyri-normal vəziyyət ət və süd istehsalının azalmasına səbəb olmuşdur. Reyd briqadamız Arcut kənd kolxozunun fermalarında olarkən aydın oldu ki, burada hər cür imkan və şərait olduğuna baxmayaraq ətlik heyvanların bordaqda bəslənilib  kökəldilməsi, bunların vaxtında dövlətə təhvil verilməsi haqqında lazımi qayğı göstərilmir. Kolxoz keçən iki ayda dövlətə ət təhvilinə başlamamışdır. Kilsə kənd kolxozunda inəklərin dölü pis təşkil olunmuşdur. Yem çatışmır. Doğan inəklərə gündəlik yem payı düzgün verilmir. Süd istehsalı azalır və son iki ayda süd təhvilinə dair planın 10 faizi belə yerinə yetirilməmişdir. Lermontov, Jdanov sovxozlarında da ciddi nöqsanlar aşkara çıxarılmışdır. Hər iki təsərrüfatda dövlətə təhvil veriləcək ətlik heyvanlara ayrıca xidmət göstərilməsi  kimi mühüm məsələ unudulmuşdur. Beləliklə, kvartal planı yerinə yetirilməmişdir. Fioletov adına, Şaumyan adına sovxozların heyvandarları indiyədək dövlətə keçən ilin müvafiq dövründəkinə nisbətən bu il xeyli  az süd təhvil vermişlər....”

Qəzetin 3 avqust 1968-ci il tarixli, N90 (9124) sayında, Arcud kənd kolxozunun zootexniki Həsən İsgəndərovun imzası ilə dərc olunmuş,  “ Bol yem tədarük edəcəyik”, başlıqlı məqalədə bu kimi fikirlər yer alırdı: “Kolxozumuzun iqtisadiyyatında heyvandarlıq başlıca yer tutur. Tarlaçılıq əsas etibarı ilə heyvandarlığın inkişaf etdirilməsinə xidmət edir. Son illərdə mal-qaranın sayı daha da çoxalmış, məhsul istehsalı artmışdır. İndi biz təsərrüfat ilinin ən məsul və həlledici dövrünə daxil olmuşuq. Yem tədarükü cəbhəsi gündəın-günə genişləndirilir. Bütün tarlaçı və mexanizatorlarımız tarlalara  hücuma keçmişlər. 120 nəfərdən çox kolxozçu hər gün yem tədarükü ilə məşğuldur. Bu il 500 tondan artıq silos basdırılmalı, 600 ton quru ət tədarük edilməlidir. Bu planı yerinə yetirmək üçün imkanlarımız çoxdur. Yaşıl kütlə boldur. 27 hektar sahədə xaşa becərilmişdir. Təbii biçənəklərimiz genişdir. Silosluq yaşıl kütlə əldə etməkdən ötrü vələmirlə qarışıq çöl noxudu əkini də keçirilmişdir. Yem tədarükü ilə məşğul olanlardan Məmməd Abdullayev, Cahangir Əhmədov, Əsəd Çəltikov, Hüseyn Hüseynov və bir çox başqaları öz yaxşı işləri ilə nəzərə çarpırlar. Onlardan hər biri gündə 3000-3500 kvadratmetr təbii biçənəyin otunu kərənti ilə biçir, tapşırıqlara əlavəsilə əməl edir. Birinci ongünlüyün nəticələri yekunlaşdırılarkən onlara əlavə əmək haqqı verilməsi nəzərdə tutulmuşdur. Bu tədbir yem tədarükü ilə məşğul olanların əmək fəallığının daha da yüksəldilməsinə ciddi müsbət təsir göstərmişdir. Demək lazımdır ki, həmişə olduğu kimi, indi kənd məktəbinin kollektivi təsərrüfatımıza yaxından  yardım edir. Məktəbin dierktoru Məmməd Əliyev müəllim və şagirdlərin işinin səmərə verməsi üçün xeyli fəallıq göstərir. 7 yük avtomobili, 2 traktor lafeti hər gün ot daşımaqla məşğuldur. Hələlik 300 tondan çox keyfiyyətli silos basıdırılmışdır. Bu iş və çalınması davam etdirilir. Biz bol yem tədarük edəcəyik”. Qeyd: lüğətə əsasən, xaşa bitkisi –paxlakimilərn (kəpənəkçiçəklilər) fəsiləsindən olan bitki cinsidir. Çoxillik otlardır.

Qəzetin 4 yanvar 1969-cu il tarixli, N2 (9188) sayında, Arcud kənd kolxozunun üzvü Tamara Həsənovanın imzası ilə dərc olunan “Əmək coşqunluğu” başlıqlı məqalədə qeyd olunurdu: “Üzümüzə  yeni il, xoşbəxtlik və səadət ilə gəlmişdir. O, özü ilə birlikdə hədsiz sevinc və şadlıq da gətirmişdir. İndi hər yerdə olduğu kimi, bizim kolxozda da işlər aşıb daşır. Hamının üzü gülür, əmək müvəffəqiyyətləri artır və möhkəmlənir. Başqa cür də ola bilməz. Axı, kolxozumuz, birinci növbədə heyvandarlarımız  ötən ili müvəffəqiyyətlə başa vurmuşlar. Mal-qaranın sayının çoxaldılmasına, ət, süd, yun və yumurta istehsalının artırılmasına, habelə bu məhsulların dövlətə təhvil verilməsinə dair nəzərdə tutulan planlar vaxtından  tez  həyata keçirilmişdir. İndi bizim kəndimizdə hər yan qalın qar yataqları ilə örtülmüşdür. Lakin bu, tarlaçı və heyvandarlarımızın qarşısında çətinlik əmələ gətirmir. Onlar qışın şaxtalarına mərdcəsinə sinə gərir, tarlalara gübrə daşıyır, fermalarda mal-qaraya nümunəvi zoobaytarlıq tədbirləri əsasında xidmət göstərirlər. Məhz bunun nəticəsidir ki, son günlərdə əkin yerlərinə 300 tondan çox  peyin daşınmışdır. Fermalarda işlər daha yaxşı gedir. Piruzə Yusifova, Fatma Mansırova, Bəsti Abdullayeva, Şövkət Əhmədova, Bayram Məşədiyev, Əli Yolçuyev, Sultan Mustafayeva və başqaları V.İ. Leninin anadan olmasının 100 illiyi şərəfinə sosializm yarışına qoşularaq mal-qaraya nümunəvi xidmət göstərilməsində var qüvvələrini əsirgəmir, məhsul istehsalının yeni yüksəlişinə nail olurlar. Cari ilin keçən birinci üç günlüyündə tədarük məntəqəsinə ötən ilin müvafiq dövründəkinə nisbətən 150 kiloqram çox süd göndərilmişdir. Bu, yeni ilin ilk günlərindən etibarən heyvandarlar arasında hökm sürən yeni əmək coşqunluğunun nəticəsidir”.

Eyniadlı qəzetin 13 fevral 1969-cu il tarixli, N19(9203)  sayında, Əli Əliyevin imzası ilə dərc olunan “Qəhrəman ana”, başlıqlı yazıda qeyd olunurdu: “Quqark rayonunun Arcud kənd zəhmətkeşləri Həcər Həsənovanın hörmətini yüksək saxlayır, onun şirin söhbətlərinə maraqla qulaq asırlar. Həcər qayğıkeş ana, gözəl tərbiyəçidir. Yaşlı ana 13 uşaq doğub böyütmüş, qəhrəman ana kimi yüksək və şərəfli ada layiq görülmüşdür. 9 oğul və 4 qızın anası olan Həsənovanın nəvələrinin  sayı da ildən-ilə artır. Böyük oğlu Sabir, ondan kiçiyi Qarabəy vətəndaşlıq borcunu yerinə yetirdikdən sonra ordudan qayıtmış  və istehsalatda ictimai əməklə məşğuldurlar. Aydın hazırda hərbi xidmətdədir, qalan uşaqların hamısı məktəbdə təhsillərini davam etdirirlər. Partiya və hökumətimizin şoxuşaqlı analara göstərdikləri hərtərəfli qayğı uşaqların gümrah böyümələrinə, firavan həyat sürmələrinə səbəb olmuşdur. Həsənova da milyonlarla digər analar kimi partiya və hökumətə özünün hədsiz minnətdarlığını bildirir. Kənddə çoxları qəhrəman ananın ailəsindən nümunə götürür, onun kimi həyat qurmağa çalışır. Həsənova isə bu işdə öz göstəriş və məsləhətlərini əsirgəmir”.

Qəzetin  25 fevral 1969-cu il tarixli, N24(9210) sayında, “Şad xəbərlər” hissəsində İbrahim Məmmədovun imzası ilə dərc olunan, “Quqark” yarımbaşlıqlı məqalədə bu kimi fikirlər əksini tapırdı: “Arcut kəndindəki 26 komissar adına kolxozun əməksevər kollektivi ötən ili yaxşı başa vurmuşdur. Kənd təsərrüfatı məhsulları istehsalının artırılmasına və bu məhsulların dövlətə satılmasına dair qəbul edilən öhdəliklər əlavəsi ilə ödənilmişdir. Artelin üzvləri ikiillik yem tədarük etmişlər. Buna görə də qışın şaxtalı günlərində mal-qara tox yedizdirilir, məhsul istehsalı gündən-günə sürətlə artır. Kolxozda ötən ildən tikinti işlərinə başlanan yeni heyvandarlıq binası və məhsul anbarı da bu günlərdə istifadəyə verilmişdir”.

Qəzetin 8 iyul 1969-cu il tarixli, N79 (9265) sayında, Arcud kənd kolxozu bağçılıq briqadasının briqadiri Bayram Həsənovun imzası ilə dərc olunan, “Meyvəçilik inkişaf etdirilir”,   başlıqlı məqalədə yazılrıdı: “Bizim kolxozda bağların inkişaf etdirilməsinə də yaxından fikir verilir. Hazırda 62 hektar meyvə bağımız vardır. Dağlıq şəraitində bağçılığın inkişaf etdirilməsində kolxozçulardan Rəhim Alıyevin, Hidayət Xəlilovun, Məhərrəm Qurbanovun, Əhməd Məmmədovun, Hüseyn İbrahimovun və Ziyəddin Ələsgərovun əməyini xüsusilə qiymətləndirmək lazımdır. Qabaqcıl bağbanlar  fərdi iş üsulu ilə çalışır, becərdikləri sahələrdən hər il hektar hesabı ilə plandan əlavə 300-500 kiloqram məhsul yığırlar. Bu il işlərimiz daha yaxşı gedir. Bağlarda məhsul boldur. İlk hesablamalar göstərir ki, təkcə briqadamızda plan azı 125 sentner artıqlaması ilə ödəniləcəkdir. Biz bağçılıqdan ildə 50 min manatdan çox pul gəliri əldə edirik. Kolxozun idarə heyəti təcrübəli bağbanlarla məsləhətləşərək bağçılığın inkişaf etdirilməsinə dair perspektiv plan tərtib etmişdir. Bu plana əsasən xam və dincə qoyulmuş torpaqların əkinçilik dövriyyəsinə daxil edilməsi və yeni suvarma şəbəkələrinin yaradılması yolu ilə 1975-ci ilədək meyvə bağlarının sahəsi 200 hektara çatdırılacaqdır”.   

Eyniadlı qəzetin 13 sentyabr 1963-cü il tarixli, N108 (9294) sayında dərc olunmuş,  “Məktəb həyatından yazırlar”, başlıqlı məqalədə qeyd olunurdu: “  İki həfətdir ki, məktəblərimizdə dərslər başlanmışdır. Hər yerdə ilk həftənin məşğələləri mütəşəkkil keçmişdir. Məktəblərin tədris bazası möhkəmlənmiş, laboratoriya və fənn kabinələri xeyli zənginləşmiş, ixtisaslı müəllimlərin sayı artmışdır. Redaksiyamıza gələn çoxsaylı məktublarda da bu barədə danışılır...Quqark rayonunun məktəblərində də dərslərə vaxtında başlanılmışdır. Müəllim Məmməd Vəliyev xəbər verir ki, Şaumyan adına sovxozdakı orta məktəbdə bu il xeyli yeniliklər vardır. Məktəb ixtisaslı müəllimlərlə tam təmin olunmuş, təkcə laboratoriya və emalatxana üçün 800 manatlıq cihaz və alətlər alınmışdır. 500 şagirdi olan bu məktəbdə məşğələlər normal və keyfiyyətlə keçirilir. Müəllimlərdən M.Məmmədov, İ.Məhərrəmov, Ə. Məhərrəmov və başqaları tədris etdikləri fənlərin bütün incəliklərini şagirdlərə əyani qaydada izah etməyə səy göstərirlər. Həmin rayondan aldığımız digər bir məktubda isə deyilir: Arcut kəndinin uşaqları yeni dərs ilini yeni binada qarşılamışlar. Bu, dərslərin bir növbədə keçirilməsinə imkan vermişdir. Binanın laboratoriyası, emalatxansı, fənn kabinələri və sair uyğunluqları vardır. İşıqlı sinif otaqlarında müəllimlər elmlərin əsasını şagirdlərə dərindən mənimsədir, nəzəri bilikləri təcrübə ilə sıx əlaqələndirirlər. Dərslər ixtisaslı müəllimlərə verildiyindən mövzular hərtərəfli izah edilir...”  

Elşən Nəsibov (Elşən Ardıc)

Siyasətşünas-alim, yazıçı-publisist. “ARDIC” Hərəkatının təsisçisi. Qərbi Azərbaycan İcmasının üzvü

24  sentyabr  2025

Bakıvaxtı.az üçün

Hadisənin gedişatını izləmək üçün Icma.az saytında ən son yeniliklərə baxın.
seeBaxış sayı:51
embedMənbə:https://bakivaxti.az
archiveBu xəbər 25 Sentyabr 2025 09:42 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Putin dünyaya meydan oxudu: Avropanı gözləyən dəhşət Moskva böyük hücuma...

23 Sentyabr 2025 14:17see484

AZƏRBAYCAN RESPUBLİKASI PREZİDENTİ ADMİNİSTRASİYASININ VƏTƏNDAŞ QƏBULU MƏRKƏZİNDƏ 2025 ci ilin oktyabr ayında vətəndaşların qəbulu CƏDVƏLİ

24 Sentyabr 2025 18:39see180

Arda Güləri nə gözləyir? Real Madrid qərarını verdi

24 Sentyabr 2025 03:41see180

İzləyicilərdən “Uzak şehir”ə etiraz

23 Sentyabr 2025 13:59see176

Zelenski BMT də danışır: Dostlar və silahlardan başqa təhlükəsizlik zəmanəti yoxdur

24 Sentyabr 2025 17:46see175

Milli Musiqimizin Memarı” adlı konsert keçirildi FOTOLAR

23 Sentyabr 2025 16:08see149

Rusiyadan Ağalarovlarla bağlı gözlənilməz TƏLƏB

23 Sentyabr 2025 12:45see147

Evdə sistem qoşulması qanunla qadağan edilsin TƏKLİF

23 Sentyabr 2025 21:01see134

Şəbnəm Tovuzlu: “Vəfa mənim üçün bacıdır” VİDEO

24 Sentyabr 2025 00:42see133

AIIF 2025 çərçivəsində 10 milyard dollarlıq sənədlər imzalanıb

23 Sentyabr 2025 18:09see131

Bakı təhlükəsizlik məkanına çevrilir: “Azərbaycan nümunəsi dünya üçün çox əhəmiyyətlidir”

24 Sentyabr 2025 23:49see130

Qaradağ Lökbatan ın Şəki Siti ni məğlub etdiyi matç VİDEO

23 Sentyabr 2025 22:34see130

BMT dən dünyaya səsləndi “İnsanlığa ləkədir”

23 Sentyabr 2025 20:29see129

“Türklər bizi sevmir”i bizə “yedirənlərə” bir neçə kəlmə

23 Sentyabr 2025 12:49see127

Xərçəng xəstəliyinin bu növünü yox etməyin çarəsi TAPILDI

24 Sentyabr 2025 17:43see127

Cənubi Koreyada iki il ərzində polisə 60 minə yaxın zəng edən şəxs həbs olundu

25 Sentyabr 2025 05:12see126

Qızıl külçələrə görə təqsirləndirilən məmurlara hökm oxunub Bakı məhkəməsi

23 Sentyabr 2025 17:14see124

Bakıda tanınmış şirkət bahalı maşınlarını ucuz qiymətə satışa çıxardı SİYAHI

24 Sentyabr 2025 19:02see123

Avropa Liqası: Fənərbaxça məğlub oldu günün nəticələri

25 Sentyabr 2025 01:02see121

Azərbaycanla Ermənistan arasında sülhdən məmnunuq Ərdoğan

23 Sentyabr 2025 20:05see116
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri