Ardanın yerinə ulduz futbolçu gəlir Real dan radikal qərar
Icma.az, Metbuat saytına istinadən bildirir.
"Real Madrid” yarımmüdafiədə Arda Gülerlə rəqabət apara biləcək gənc alman futbolçunu heyətinə qatmaq üzrədir.
Metbuat.az xəbər verir ki, “Real” "Ştutqart"ın futbolçusu Angelo Stillerin xidmətində maraqlıdır. İddialara görə, oyunçunun transfer edilməsini “Real”a klubun keçmiş futbolçusu Toni Kroos təklif edib. İddialara görə, “Real”ın yeni məşqçisi Xabi Alonso futbolçunun transferi üçün təlimat verib. Angelo Stiller Bundesliqada uğurlu mövsüm keçirib, ümumilikdə 46 matçda iştirak edib, 4 qol və 11 məhsuldar ötürmə ilə çıxış edib. Stiller topu əldən verməyən və gərginlik yaşamayan yarımmüdafiəçi kimi seçilir.
Məlumata görə, “Ştutqart”dakı futbolu ona "yeni Toni Kroos" ləqəbini qazandırıb. Angelo Stillerin transfer dəyəri 40 milyon avrodur.
Bu mövzuda digər xəbərlər:
Baxış sayı:126
Bu xəbər 02 İyun 2025 21:41 mənbədən arxivləşdirilmişdir



Daxil ol
Online Xəbərlər
Xəbərlər
Hava
Maqnit qasırğaları
Namaz təqvimi
Kalori kalkulyatoru
Qiymətli metallar
Valyuta konvertoru
Kredit Kalkulyatoru
Kriptovalyuta
Bürclər
Sual - Cavab
İnternet sürətini yoxla
Azərbaycan Radiosu
Azərbaycan televiziyası
Haqqımızda
TDSMedia © 2025 Bütün hüquqlar qorunur







Günün ən çox oxunanları



















