Icma.az
close
up
RU
ARDNF nin beynəlxalq tərəfdaşlarla əməkdaşlığının genişləndirilməsi Səudiyyə Ərəbistanında müzakirə olunub

ARDNF nin beynəlxalq tərəfdaşlarla əməkdaşlığının genişləndirilməsi Səudiyyə Ərəbistanında müzakirə olunub

Icma.az bildirir, Azertag portalına istinadən.

Bakı, 29 oktyabr, AZƏRTAC

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədovun rəhbərlik etdiyi nümayəndə heyətinin Səudiyyə Ərəbistanına işgüzar səfəri olub.

Fonddan AZƏRTAC-a bildirilib ki, səfərin əsas məqsədi Dövlət Neft Fondunun beynəlxalq tərəfdaşlarla əməkdaşlığının genişləndirilməsi, qlobal maliyyə tendensiyalarının təhlili və yeni investisiya imkanlarının dəyərləndirilməsi olub.

Səfər çərçivəsində nümayəndə heyəti “The Arab Energy Fund”, “Starwood Capital Group”, “Gulf Islamic Investments”, “Investindustrial”, “Warburg Pincus”, “Luma Group”, “CVC Capital Partners”, “Franklin Templeton”, “Brookfield Asset Management”, “BTG Pactual”, “China Investment Corporation” və “FSI (Fondo Strategico Italiano)” kimi aparıcı beynəlxalq investisiya və maliyyə qurumlarının rəhbərləri ilə görüşlər keçirib.

Görüşlər zamanı əməkdaşlığın mövcud istiqamətləri nəzərdən keçirilib, birgə investisiya təşəbbüslərinin genişləndirilməsi, yeni bazarlarda iştirak imkanları, uzunmüddətli kapitalın idarə olunması və qlobal iqtisadi şəraitdə kapital axınlarının effektivliyinin artırılması müzakirə olunub. Həmçinin dayanıqlı və məsuliyyətli investisiya modelləri, suveren sərvət fondlarının institusional kapital bazarlarında rolu və beynəlxalq tərəfdaşlıq çərçivələrinin təkmilləşdirilməsi istiqamətində fikir mübadiləsi aparılıb.

Azərbaycan Respublikası Dövlət Neft Fondunun (ARDNF) İcraçı direktoru İsrafil Məmmədov Ər-Riyad şəhərində keçirilən “Future Investment Initiative 2025” (FII9) adlı beynəlxalq konfrans çərçivəsində “Yeni iqtisadi reallıqda suveren sərvət və institusional kapital” mövzusunda panel müzakirəsində çıxış edib. Müzakirələr suveren sərvət fondları və institusional investorların qlobal iqtisadiyyatda artan rolu, kapital axınlarının dəyişən geosiyasi şəraitdə effektiv idarə edilməsi, məsuliyyətli və dayanıqlı maliyyələşdirmə modellərinin formalaşdırılması kimi aktual məsələlərə həsr olunub.

İ. Məmmədov suveren sərvət fondlarının qlobal kapital bazarlarında strateji rolunu vurğulayaraq, ARDNF-nin investisiya fəaliyyətində dayanıqlı idarəetmə, risklərin effektiv idarə olunması və uzunmüddətli dəyər yaratmağa əsaslanan məsuliyyətli investisiya yanaşmasını diqqətə çatdırıb, eləcə də Fondun investisiya strategiyasında texnoloji innovasiyaların və enerji keçidi proseslərinin dəstəklənməsinin prioritet istiqamət olduğunu qeyd edib.

ARDNF rəsmisi ilə yanaşı panelin spikerləri sırasında “The TCW Group, Inc.” şirkətinin prezidenti və baş icraçı direktoru Keti Kox, “Liberty Strategic Capital” şirkətinin təsisçisi və baş tərəfdaşı, ABŞ-ın keçmiş maliyyə naziri Stiven T. Mnuçin, “China Investment Corporation” şirkətinin icraçı vitse-prezidenti Şaoçin Jan və “The National” nəşrinin geoiqtisadiyyat üzrə redaktoru Manas Krenni çıxış ediblər.

Sonrakı hadisələr barədə daha çox məlumat almaq üçün Icma.az saytını izləyin.
seeBaxış sayı:82
embedMənbə:https://azertag.az
archiveBu xəbər 29 Oktyabr 2025 17:35 mənbədən arxivləşdirilmişdir
0 Şərh
Daxil olun, şərh yazmaq üçün...
İlk cavab verən siz olun...
topGünün ən çox oxunanları
Hal-hazırda ən çox müzakirə olunan hadisələr

Penitensiar xidmətdə dəyişiklik: iki hərbi struktur nazirliyə birləşdirildi

13 Dekabr 2025 17:36see328

Puqaçova və Qalkinin uşaqlarının dünyaya gəlməsinin sirri AÇILDI

14 Dekabr 2025 15:28see226

Azərbaycanda tanınmış tiktoker saxlanıldı Foto

13 Dekabr 2025 16:57see194

Sabahın havası Leysan, qar

14 Dekabr 2025 13:12see179

“Rusiya Ukrayna müharibəsinin həllində əhəmiyyətli irəliləyiş var” Tramp

13 Dekabr 2025 08:23see170

Sığınacaqda futbolu tək izləyən Əkbəri ziyarətə getdi

13 Dekabr 2025 10:45see146

Səmaya bulud səpdilər VİDEO

13 Dekabr 2025 10:01see146

Azərbaycan Premyer Liqasında daha bir görüş baş tutub

14 Dekabr 2025 16:50see143

Mayonezin gizli riskləri Həkimdən XƏBƏRDARLIQ

14 Dekabr 2025 02:37see141

Qəbələ 10 nəfərlə qaldı YENİLƏNİR

14 Dekabr 2025 15:19see138

“Kəpəz” “Qəbələ”yə, “Qarabağ” “Araz Naxçıvan”a qarşı YENİLƏNİR

14 Dekabr 2025 08:06see137

Kral xalqa müraciətində nə danışıb?

13 Dekabr 2025 19:01see134

İllərin qəzalı binaları tarixə qovuşurlar: Sumqayıtda böyük söküntü BAŞLAYIR

14 Dekabr 2025 08:41see132

FİFA Argentinanı DÇ 2026 dan uzaqlaşdıra bilər

13 Dekabr 2025 21:23see132

Zaxarovanın bu zarafatı gündəm oldu

13 Dekabr 2025 17:08see132

Almaniyada məcbur hərbi xidmət gündəmdədir, qadınlar da çağırıla bilər

14 Dekabr 2025 01:08see130

İnkişaf etmək istəyirsizsə, necə belə meydançada oynayırsız? Valdas Dambrauskas

13 Dekabr 2025 19:42see130

Ramiz Mehdiyevlə Eldar Mahmudovun yaxşı əlaqələri vardı Sabiq nazir

13 Dekabr 2025 09:19see129

Müharibənin sonu görünür Zelenski artıq sülh masasına hazırdır

14 Dekabr 2025 02:59see129

Zelenski NATO dan imtina etməyə hazır olduğunu açıqladı

14 Dekabr 2025 18:12see129
newsSon xəbərlər
Günün ən son və aktual hadisələri